Vikimənbə:Günün mətni/mart 2
Görünüş
Məni
Miskin Abdal
Əhdinən, səmədən həyya layəmud,
Tut dəstimdən, yetir dür üstə məni.
Görsən nadürüstəm, vermə dürüstə,
Dürüstəmsə yetir dürüstə məni.
Səmimizə yetişməyir haqq səda,
Bir gün olar bükürərlər ağ səda,
Günbəz əl xizrədə, məscid-əğsada,
Onlar da tanıyır dür usta məni.
Əbcət hesabilə dərs aldım ağdan,
Baxmadım qaraya, dərs aldım ağdan,
Heyvatək soyuldum, dərs saldım ağdan,
Yetirdim dərsimi-dürüst aməni.