Vikimənbə:Günün mətni/may 20
Görünüş
Eyni-vüsal içindəyəm
İmadəddin Nəsimi
Gərçi fəraqə düşmüşəm, eyni-vüsal içindəyəm,
Gəl nəzər eylə halıma gör ki, nə hal içindəyəm.
Vəsli-rüxün zülalına susadım, üştə yanıram,
Gözümə baxü gör necə abi-zülal içindəyəm.
Nəqşi-xəyali-surətin sanma ki, məndən ayrıdır,
Çün bu xəyalü nəqş ilə nəqşü xəyal içindəyəm.
Xürrəm edər ümid ilə vəsli-rüxün məni, vəli
Vəsl irişincə canıma, hüznü məlal içindəyəm.
Zülf ilə qaşü kirpigin əbcədi-cimü dal imiş,
Mən bu hüruf şəkliçün cim ilə dal içindəyəm.