Məzmuna keç

Vikimənbə:Günün mətni/may 4

Vikimənbə saytından

İçindəyəm
İmadəddin Nəsimi

Canıma düşdü firqətin, gör ki, nə nar içindəyəm,
Güldən iraq gül kimi möhnəti-xar içindəyəm.

Canımı vüsləti-ləbin hicrə mübəddəl eylədi,
Gör nə meyü piyalədən rənci-xumar içindəyəm.

Zülfü rüxün şümarını şamü səhərdə sayaram,
Kim bilir ol şümari kim, mən nə şümar içindəyəm?

Lə’lü əqiqü inciyi saçaram altun üstünə,
Gör ki, gözümdən uş necə bəzlü nisar içindəyəm.

Ey qamu xubların şahı, lütfü inayət eyləgil,
Dut əlimi ki, düşmüşəm əqrəbü mar içindəyəm.