Məzmuna keç

Vikimənbə:Günün mətni/noyabr 16

Vikimənbə saytından

Məcnunun Nofələ açıqlaması
Nizami Gəncəvi

Bir gün ikilikdə oturmuşdular,
Yenə məclis açıb keyf qurmuşdular.
Məcnun zəmanəyə nifrət deyirdi,
Şerlər qoşaraq qəmlər yeyirdi:
"Ey mənim ahımdan xəbərsiz duran,
Aldadıb külümü göyə sovuran,
Yüz dostluq vədəsi verdinsə də sən,
Yarım dostluğa da vəfa etmirsən.
Gəl öz başındakı xəyalı unut,
Sən mənim sözümü, ilticamı tut.
Məni ağ yalanlar felinə verdin,
Yenə kimsəsizlik əlinə verdin.
Söz verdik dostluğa, səmimiyyətə,
İndi göz yumursan sən bu niyyətə.
Səndən mən eşitdim yüz dil yarası,
Görmədim bir dərman, bir dərd çarası.
Səbrim tükənmişdir,şaşqınam bu dəm,
Dadıma yetməsən əldən gedərəm.