Vikimənbə:Günün mətni/oktyabr 12

Vikimənbə saytından

Mehtər Nəimə'
Cəfər Cabbarlı

Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim"!
Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.

Söyləyib millət sözün sübhi-məsa dad eyləmə!
Millətin keçmişlərin barmaqla tedad eyləmə!
Milləti-qafil iştəmir sən də ki, fəryad eyləmə!
Çox da kəskinləşdirib əşarını ad eyləmə,
Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim"!
Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.

Ay əfəndim! Millətin yoxdur həyadan qisməti,
Zəlamü cövrü cəbir zillətdir müdam sənəti.
Xoşlamır düzgün həyatı, xoşlayıbdır bədəti.
Sən ha qişqir, bir çağır! Vallahi yoxdur qeyrəti,
Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim"!
Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.

Söyləmə bielmlikdən millətim oldu zəbun,
Cəhli dağın tişeyi-fəryadı yetməz sərnigün
Cəhli dağı bir quru şeydir: degildir Bisütun
İstəyorsan xalidun yaz, fadxülun yaz, yədxülun!
Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim"!
Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.