Vikimənbə:Günün mətni/sentyabr 23
Görünüş
Al şanə dəstinə, sənəma, darə tellərin
Məhəmməd Xəlifə Aciz
Al şanə dəstinə, sənəma, darə tellərin,
Könlüm kimi dağıt yenə rüxsarə tellərin.
Tutmuş günün qabağını zülfün, kənarə çək,
Etmiş əcəb qəra günümü qarə tellərin.
Bimari-eşq, xöstəvü rəncurəm, ey təbib,
Etməz nədən bu dərdimə bir çarə tellərin?!
Axırda aşikar olub, sirri-eşqə bax,
Yusif kimi salıb məni bazarə tellərin.
Bülbül kimi nəvayə gəlib, eylərəm xüruş,
Etmiş əsir hər gülü bir xarə tellərin.
Ey mahi-gülüzarü ey şuxi-dilrüba!
Qoymuş məni bu dəhrdə avarə tellərin.