Vikimənbə:Günün mətni/sentyabr 27
Görünüş
Muəttər qıldı eşq əhlin dəhanın nəfyu isbatı
Abdulla Canıoğlu
Muəttər qıldı eşq əhlin dəhanın nəfyu isbatı,
Yəqin oldu mənə kim, var-yoxdandır onun zatı.
Nə şirindir dəhanın sohbəti, ləli-ləbin hərfi,
Ki, təlx olmuş ləbi-ləlindən ayrımlar ovqatı.
Cəhan zulmət sarayın rovşən etməzdi, əgər yuz gəz,
Yuzundən kəsbi-ənvar etməsəydi şəms miratı.
Dağıtdı əğdi-zulfun dovri-ruyindən səba, guya,
Tului-subgahı nurdan fərq eldi zulmatı.
Gozun gordum, xətadan olmadım xali, musəlmanlar,
Xuda kuffarə mərcu etməsin həm beylə afatı.
Məqaləti-ləbin babində natiq İsavu Məryəra,
Xətu xalu ruxun haqqında nazil mushəf ayatı.