Məzmuna keç

Vikimənbə:Günün mətni/yanvar 1

Vikimənbə saytından

Olmaz
Ağ Aşıq Allahverdi

Dedim, könül, bacar yaxşılıq eylə,
Həmişə əlində ixtiyar olmaz.
Çox da bel bağlama dünya malına,
Nə mala, nə mülkə etibar olmaz.

Yaxşı olar mərd igidin təməli
Namərd tutmaz heç kəsə dad əli
Hər qul Qənbər olmaz Hər ağa ƏLi
Hər qılınc kəsməklə Zülfüqar olmaz

Ey nazənin, sən geydiyin nə aldır?
Yenə başındakı hansı xəyaldır?
Birisi büdrəsə qolundan qaldır,
Hər zaman dost-dosta səbəbkar olmaz.