Məzmuna keç

Daş qəlbli insanları neylərdin, İlahi?!: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Restored revision 71589 by Turkmen (talk): Restore (TwinkleGlobal)
Teq: Geri qaytarma
Redaktənin izahı yoxdur
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
Sətir 4: Sətir 4:
| tərcüməçi =
| tərcüməçi =
| bölmə =
| bölmə =
| əvvəlki =
| əvvəlki = 2024
| növbəti =
| növbəti =
| il =
| il =

16:48, 2 yanvar 2024 tarixinə olan versiya

←2024 Daş qəlbli insanları neylərdin, ilahi?!
Müəllif: Mirzə Ələkbər Sabir


Daş qəlbli insanları neylərdin, ilahi?!

Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!

Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, -
Bilməm belə dövranları neylərdin, ilahi?!

Məzlumların göz yaşı dərya olacaqmış, -
Dəryaları, ümmanları neylərdin, ilahi?!

Səyyadi-cəfakardə rəhm olmayacaqmış, -
Ahuləri, ceyranları neylərdin, ilahi?!

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, -
Töxm əkməyə dehqanları neylərdin, ilahi?!

Iş rəncbərin, güc öküzün, yer özününkü, -
Bəyzadələri, xanları neylərdin, ilahi?!

Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, -
Dildadeyi-irfanları neylərdin, ilahi?!

Surtuqlu müsəlmanları təkfirə qoyan bu
Döşdüklü müsəlmanları neylərdin, ilahi?!

Yaxud buların bunca nüfuzu olacaqmış, -
Beş-üç bu süxəndanları neylərdin, ilahi?!

Qeyrətli danosbazlarımiz iş bacarırkən, -
Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!

Ərlər hərə bir qiz kimi oğlan sevəcəkmiş, -
Evlərdəki nisvanları neylərdin, ilahi?!

Tacirlərimiz Sonyalara bənd olacaqmış, -
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!

Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb!
Baxdıqca bu hikmətlərə heyran oluram həp!..

Mənbə

  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 158-159