Xaqaniyəm, yer üzünə yayılmışdır şöhrətim
Görünüş
Xaqaniyəm, yer üzünə yayılmışdır şöhrətim Müəllif: Xaqani Şirvani Tərcümə edən: M.Soltan |
Xaqaniyəm, yer üzünə yayılmışdır şöhrətim;
Bu aləmdən xilas olmaq hikmətimdir, hikmətim.
Qırmış tamah cinlərini sənətimin xəncəri,
Bu kəskin dil mələklərdən olmuş mənim qismətim.
Mələk üzlü, bəd tiynətli fələk istər: Cəmşidə,
Divlər bir qul olduğu tək bəlkə ola xidmətim*.
Yoxumsa da var-dövlətim, demərəm ki, yoxsulam,
Yoxsulluq bir varlılıqdır, artar onla şövkətim.
Bu dünyanın murdarlığı əlindən can qurtarsam,
Yusif olar suçəkənim, artar qədrim, qiymətim.
İstəyirdim mən xacənin töhfəsini rədd edəm,
Çünki belə töhfələrdən çox yüksəkdir hümmətim.
Xızr dilə gəlib, mənə dedi Kəbə adından:
Rədd eləmə, bil ki, odur mənim vəli-nemətim*.