Loğmanın vəqəsi (Belə təqrir ediblər əhli-bəyan): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Redaktənin izahı yoxdur
(Fərq yoxdur)

13:43, 8 fevral 2015 tarixindəki versiya

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Loğmanın vəqəsi
Müəllif: Seyid Əzim Şirvani


Belə təqrir ediblər əhli-bəyan,
Həbəş əhliydi həzrəti-Loğman.
Surəti sanki bir tutulmuş mah,
Ləb sitəbr idi, rəngi-ruyisiyah.
Dedilər: - Ey güli-riyazi-ədəb,
Sənə nə hüsi əta edibdir rəbb?
Dedi: - Pərvərdigari-ərzü səma
Hüsni-batin mənə edibdir əta.
Hüsni-zahir əgərci əhsəndir.
Leyk ondan ədəb mühəssəndir.
Hüsndür gərci bir ətiyyeyi-rəbb,
Leyk ondan gözəldir hüsni-ədəb.