Ah eylədiyim sərvi-xuramanın üçündür: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 31: Sətir 31:
Ol vəsf sənin külbeyi-əhzanın üçündür.<br>
Ol vəsf sənin külbeyi-əhzanın üçündür.<br>


[[Kateqoriya:Məhəmməd Füzuli]]
[[Kateqoriya:Qəzəllər]]
[[Kateqoriya:Füzuli qəzəlləri]]

10:09, 16 fevral 2015 tarixindəki versiya

Ah eylədiyim sərvi-xuramanın üçündür
Müəllif: Məhəmməd Füzuli


Ah eylədiyim sərvi-xuramanın üçündür,
Qan ağladığım qönçeyi-xəndanın üçündür.

Sərgəştəliyim kakili-mişkinin ucundan
Aşüftəliyim zülfi-pərişanın üçündür.

Bimar tənim nərgisi-məstin ələmindən,
Xunin ciyərim ləli-dürəfşanın üçündür.

Yaxdım tənimi vəsl günü şəm tək, əmma
Bil kim, bu tədarük şəbi-hicranın üçündür.

Qurtarmağa yəğmayi-qəmindən dilü canı,
Səyim nəzəri-nərgisi-fəttanın üçündür.

Can ver, könül, ol qəmzəyə kim, bunca zamanlar,
Can içrə səni bəslədiyim anın üçündür.

Vaiz bizə dün duzəxi vəsf etdi, Füzuli,
Ol vəsf sənin külbeyi-əhzanın üçündür.