Məzmuna keç

Ya Rəb, həmişə lütfünü et rəhnüma mana

Vikimənbə saytından
Ya mən əhatə elmükəl-əşya’ə külləha Ya Rəb, həmişə lütfünü et rəhnüma mana
Müəllif: Məhəmməd Füzuli
Ey mələksima ki, səndən özgə heyrandır sana


 Ya Rəb, həmişə lütfünü et rəhnüma mana,
Göstərmə ol təriqi ki, getməz sana, mana.

Qət’ eylə aşinalığm ondan ki, qeyridir,
Ancaq öz aşinalərin et aşina mana.

Bir yolda sabit et qədəmi-e’tibarimi
Kim, rəhbəri-şəriət ola müqtəda mana.

Yox məndə bir əməl sənə şayistə, ah əgər
Ə’malimə görə verə ədlin cəza mana.

Xövfi-xətadə müztəribəm, var ümid kim,
Lütfün verə bəşarəti-əfvü əta mana.

Mən bilməzəm mənə gərəgin, sən həkimsən,
Mən’ eylə, vermə, hər nə gərəkməz sana, mana.

Oldur mənə murad ki, oldur sənə murad,
Haşa ki, səndən özgə ola müddəa mana.

Həbsi-həvadə qoyma Füzulisifət əsir,
Ya Rəb, hidayət eylə təriqi-fəna mana!

Qeydlər

[redaktə]