Yaralanmamış

Vikimənbə saytından
Yaralanmamış
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 110

Tərlan könlüm qaynağında şir istər,
Gətirə şikarın yaralanmamış.
Maral pistanından ovçu şir istər,
Xəstə yetirməmiş, yaralanmamış.

Elmim bəhrü, helmim dərya havadan,
Dür danışar, sər açılsa havadan.
Coşub sinəm, deyir qalxıb havadan,
At xədəngin ovu ya aralanmamış.

Mərd iyidlər verərsə nan deyirlər,
Qatli-mövlaya sən an, deyirlər.
Yetim, Fərhad, Kərəm, Sənan deyirlər,
Onlar da İman tək yar alammamış.