Yası nəm ağlar

Vikimənbə saytından
Yası nəm ağlar
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 111

Mənim kür taleyim, bu kəc iqbalım,
Pozulan könlümün yasın əmi ağlar.
Günbəgün qarışıq gələn əhvalım,
Dilimdə söylənən yasin, əmi, ağlar.

Qəhrim çoxdu, sən də qurma ay alar,
Əcəl gəlsə, vaxtsız canım ay alar.
Düşəndə yadıma əziz ayalar,
Ah çəkər, gözlərim yası nəm ağlar.
 
Novrəs İman, könlün alsa, yar alı,
Geydirib qəddimə qəmdən yar alı.
Maral südlü vaxtsız ovçu yaralı,
Deyər vaxtı gözlə, ya sin əm, ağlar.