Məzmuna keç

"Əkinçi", 15 fevral 1876, №3

Vikimənbə saytından
"Əkinçi", 30 yanvar 1876, №2 "Əkinçi", 15 fevral 1876, №3

"Əkinçi", 29 fevral 1876, №4
Mənbə: Transliterasiya və tərtib edəni: Turan Həsənzadə. "Əkinçi. 1875-1877. (Tam mətni)" (PDF). kitabxana.net (az.). "Avrasiya Press". 2005. 2016-08-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-09-05.


E`lamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.


Cənab sərdarın dəftərxanasının rəisi knyaz Muxranski fevralın birində Badkubə qubernatoruna yazıb ki, təzə dadistəd qərardadı gərək yanvarın əvvəlində Qafqazın hər bir tərəfində qoyulaydı. Amma işin əvvəli olduğuna cənab sərdar dadistəd edənlərə iki ay möhlət verib ki, martın əvvəlinəcən hər kəs fikir edib zikr olan qərardada müvafiq özünü dadistəd edənlərin silkinə yazdırıb Ģəhadətnamə və bilet alsın. Lakin belə məlum olur ki, Qafazın dadistəd edənlərinin çoxu bu çağacan özlərinə şəhadətnamə və bilet almayıblar. Ona binaən cənab sərdar buyurur ki, onlara məlum olunsun zikr olan qərardad martın əvvəlində bişəkk qoyulacaq və əgər ol vaxtacan hər kəs özünə şəhadətnamə və bilet almamış ola, onun dükanı ya qeyri dadistəd olunan mənzili bağlanmaqdan savayı onlardan zakona müvafiq cərimə almacaq.