Məzmuna keç

"Əkinçi", 15 fevral 1876, №3/Təzə xəbərlər

Vikimənbə saytından
Məktubat "Əkinçi", 15 fevral 1876, №3

Bu fevralın 9-da bizim padşahın həmşirəsi Mariya Nikolayevna mərhum olub.

  • * *

Badkubə müsəlmanlarının arasında danışıq var ki, şəbnişindən ötrü bir mənzil kirayə edib oraya axşamlar söhbət etməyə və vaxtı xoş keçirmək üçün cəm olsunlar və bu camaat mənzilinin adını beistilahi-rus müsəlman klubu qoysunlar ki, haman mənzildə olan məşğulat cümləsi müsəlmanlar adət etdiyi məşğələlərdən olsun. Məsələn, şətrənc, nərd-taxta oynamaq və hər cürə özləri xahiş etdiyi müsəlman kitabları oxumaq. Bu mənzilin kirayəsin verməkdən ötrü, lazım olan müxəlləfatı və kitabları almaq üçün camaat məbləğ cəm edəcəkdir ol kəslərdən hansıları ki, ol mənzilə həmişə gəlməyə xahişmənd olacaqlar.

  • * *

Aşura axşamı Səlyan qəsəbəsində yanğından 30-dan ziyadə dükan tamam malları ilə ki, 40 min manata qədər qiyməti olsun, yanıb tələf olub. Yanğının şiddət etməyinə səbəb 2 neft dükanı olub ki, zikr olan 30 dükan 2 saatın müddətində yanıb qurtarıb.

  • * *

Osmanlı dövləti öz xaçpərəst tabelərilə cəng elədiyinə binaən tamam Avropa dövlətləri əsgər cəm edib ol cəngin aqibətini gözləyir idilər və Osmanlı çox əsgər yığıb, o cümlədən Qafqazdan gedən çərkəzlərdən əlahiddə polk düzəldib cəng gəmilərini və top-tüfəngi arastə etmiş idi. Keçən həftə ki, Avropa dövlətlərinin konsulları Andraşi yazdığı sülhnaməni sədri-ə’zəmə verəndə onu qəbul etməmişdi, hamı fikir elədilər ki, cəng başlanacaq. Amma indi teleqraf ilə xəbər gəlib ki, Osmanlı dövləti ol sülhnaməni qəbul edib.

  • * *

Andraşi yazdığı sülhnamənin məzmunu: 1) Bosnidə və Qerdseqovinədə sakin olan xaçpərəstlərə izn olsun ki, asudəlik ilə, yəni bimane öz məzhəblərinin adabların, məsələn, kəlisə tikmək və zəng vurmağı əmələ gətirsinlər. 2) Çünki zikr olan vilayətlərdə torpaq padşahlıqdır və ya müsəlman bəyzadələrinindir, ona binaən xaçpərəst rəiyyətlərə izn olsun ki, ol yerləri ki, onlar əkib-biçirlər, onları özləri üçün satın ala bilsinlər. Dövlət hökm eləsin ki, yer sahibləri ol yerləri onlara satsınlar. 3) Məzkur vilayətlərdən vüsul olan təhmilatın bir hissəsi ol vilayətlərin özlərinə məsrəf olsun. 4) Hər bir icarə ki, ol vilayətlərin sakinlərinə zərər edir, məsələn, təhmilatı icarəyə vermək bərhəm olsun.

  • * *

Hindistanda olan məmləkətləri ingilis bir-bir zəbt edib. Ġndi Hindistanın şimal tərəfində bir neçə məmləkət qalıb ki, alsınlar: Kabul, Herat, Gilat və Bilucistan. Onlardan Gilat və Bilucistan dərya tərəfində olduğuna, indi onları da zəbt etməyə səy edir.

  • * *

1874-cü sənədə Qafqaz vilayətindən 7 milyon 3 yüz min manat təhmilat vüsul olub. O məbləğdən 6 milyon 5 yüz min manat əskəriyyədən savayı divanxanalara məsrəf olub.

  • * *

Qazan şəhərindən Sibir vilayətinə gedən dəmiryol təsdiq olub. Onun Tulu 1600 verst olacaq.

  • * *

Bu halda dövlət tərəfindən müəyyən olan adamlar Türküstanın Daşkənd şəhərinə gedən yolların planını çəkirlər. Danışıq var ki, oraya da dəmiryolu aparsınlar.

  • * *

Rusiyanın elm sahibləri bir kitab çap ediblər ki, ismi "Qardaş köməyi"dir. Onu satmaqdan cəm olan məbləği Qerdseqovinə əhlinə göndərəcəklər.

  • * *

Kokan xanlığının əhli Rusiya ilə cəng etməkdən yorulub Nəsrəddin xanı Rusiyadan gətirib genə özlərinə xan ediblər.

  • * *

Keçən yanvarın 19-da Şuşa şəhərində, yəni Qarabağın Şuşa qalasında teleqrafxana açılıb.

  • * *

Peretburqdan yanvarın 27-də yazırlar: gərçək yağı 7 manat 25, neft cövhəri Amerikadan gələn 2 manat 30 qəpik, Badkubədən gələn 2 manat 2 şahı, Misir pambığı 8 manat 50 qəpik, inək yağı 8 manat 25 qəpik, buğdanın çetverti 11 manat 30 qəpik.

  • * *

Avropa dövlətlərinin hər bir vilayətində icmalar bina olunub ki, heyvanatları onları incidənlərdən mühafizət etsin. Hər kəs ol icmaya calis ola bilər və hər bir calisdə ixtiyar var ki, bir kəs öz heyvanını, məsələn, atını ağır yük yükləmək ilə ya döymək ilə incidəndə onu suda apardıb cərimə etdirsin.