Məzmuna keç

"Əkinçi", 15 fevral 1876, №3/Məktubat

Vikimənbə saytından
Elm xəbərləri "Əkinçi", 15 fevral 1876, №3

Təzə xəbərlər

5 - c i f ə s i l. Keçən fəsildə yazıldı ki, hər ataya lazımdır, övladına tərbiyət etsin ki, elm və ədəb sahibi olsunlar. Həməc olub xəyanət və şərarət nişlərilə xalqa niş vurmasınlar. Çün ənə və Əli əbu hazihil-ummət[1] fərmayişinin mənasına binaən mə’lumdur ki, padşah rəiyyətə atadır. Əlbəttə, övladın tərbiyəsində səy və onları təhris edər və övlad gərək ülül-əmr atanın itaətin özünə vacib bilib tərbiyətli və qabil olmağa səy etsin, ta cəhalət və füqəralıq odu onu yandırmasın. Fəqisəsülqissə lə əlləhum yətəfəkkərun[2] ayəsinə binaən bir misal deyək. Xalq içində məşhurdur ki, it və qurd ildə on doğar, əti yeyilməz, onilə belə artmaz. Amma qoyun ildə bir ya iki doğar və əti yeyilmək ilə genə azalmaz. Bu Allahın bərəkətidir. Bəli. Amma onun bir səbəbi-hikməti həm var ki, it-qurda mütəvvəcceh və mürəbbi olan olmadığına tələf olur, amma qoyunun müstəhfiz və mürəbbi və sahibi olduğuna məsrəf olursa da, genə artar, habelə vəqta ki, xalq hirfət və sənət elmlərilə tərbiyət oldular, hüquqi-soltan vermək ilə nöqsan etməzlər, genə artarlar. Qərəz, elm və tərbiyət insanın səbəbi-tərəqqi və nəf idir, amma bəzi adamlar nadanlıqdan deyir:

Be ciddi cəhd çu kari nəmirəvəd əz piş.
Bekirdigar rəha kərdə beh məsalehi-xiş.[3]

Əlbəttə, nadanlıq ilə ciddi-cəhd edən məqsudə çatmaz, gərək yol ilə getmək ta mənzilə çatmaq. Pəs insana vacibdir ki, elm ilə işlərə iqdam və ciddi-cəhd etsin, ta əməl fayda versin və hər bir tayfada olan yaxşı elmləri öyrənsin. Bə’d əz on ki, mə’lum oldu ki, təqazayi-zəmanəyə binaən ülumi-əbdandarlıq vacibdir. Pəs ülum və əf ali-mütəkəssirə qanuni-səltənət və sənaət və ticarət və ziraət və məadin və qeyri və bunlardan ötrü fabrika və maşınlar bina etməkdən tutub ta kəfşduz, bəlkə ədna mərtəbeyi-pinəduzluğa qədər. Elə ki, hər biri öz qayda və qanununda tərəqeyi-həqq və niyyəti-xalis və rəhmani ilə məhz millətin ümuri-əbdan və məaşları rövnəqlənib, özgələrə möhtac olmadığından ötrü oldu və əqrazi-şeytani daxil olmadı. Çün əsl ibadət Allahın bəndələrinə yaxşılıq etmək və onların hacətixeyirlərinə əncam vermək olduğuna binaən ülum sahiblərinin alim və mütəəlliminin əf alı ibadət olur, dünyavü axirət ne’məti və cinanın kəsb edirlər. Əgər nəzərdə əhli-dünya da olalar əl məcaz qəntərətül-həqiqəti[4] qapısından daxil olur əl əqlü ma übidə bihirrəhman[5] hədisinin cinanına. Bu neçə fəsil mücməli əqli-elm və tərbiyətin qəvaidində danışıldı, çün qəzet münşisi 2-ci nömrədə müsəlmanlarda qardaşlıq rəsmi və məhəbbəti olmadığın yazdığına binaən gələn fəsil qardaşlıq qəvaidində ərz olacaq.

Əhsənül-Qəvaid

  • * *

İ r ə v a n d a n. Əxbari-cədideyi-İrandan birisi də onu söyləyirlər ki, bu ənqərib zamanda Təbriz vilayətində sud divanxanası qoyublar ki, İran istilahi ilə məclis adlanır və o məclisdə əcza tə'yin olublar Mirzə Yusifxan Müstəşarüddövlə, Hacı şeyx hacı Məhəmməd İbrahim Qəzvini oğlu hacı Məhəmməd Hüseyn Nizamüttücar və onlara rəis təyin olunub Ağa Mirzə Rəfi xan Nizamülüləmaülhəqq. Bu xəbəri eşitməkdən dilşad olduq ki, əlhəmdülillah İranda nizam başlandı və şahın Avropa səfəri binəticə olmadı.

Ələkbər Elçizadə

  • * *

Q u b a d a n. Quba uyezdinin Xaltan isti suyunun üstə tə’mirat olmadığına bu çağadək isti suya gələnlər açıq yerə düşüb ziyadə korluq çəkirdilər və oradan kəndlər uzaq olmağına binaən tamam mayəhtacları gərək özlərilə gətirəydilər. Ondan masəva istisuda bircə hovuz var idi, amma keçən il cənab uyezdni naçalnikin sərəncamına binaən dəftər üzü ilə pul cəm olunub, o cümlədən cənab Hacı Xəlil bəy 300 manat verib. Zikr olan məbləğ ilə istisuda bir ev təmir olunub ki, olsun səkkiz bab otaq və təzədən iki hovuz təmir olub. Bu il genə bir neçə otaq və hovuz təmir olunacaqdır. Ondan savayı orada dükanlar açılacaqdır ki, hər bir mayəhtacı oraya gələnlərə satsınlar. İstisuya gələnlər zikr olan evə kirayə verməyəcəklər.

Qeydlər

[redaktə]
  1. Mən və Əli bu ümmətin atasıyıq.
  2. Qissədən hissə ola bilsin ki, onları bir fikrə gətirsin.
  3. İşin ki, səy və çalışmaqla irəli getmədi, onun düzəlməsini Allaha tapşırsan yaxşıdır.
  4. Məcaz həqiqətə keçmək üçün körpüdür.
  5. Ağıl ona deyilir ki, Allaha ibadət eləsin.