Məzmuna keç

"Əkinçi", 15 mart 1876, №5/Təzə xəbər

Vikimənbə saytından
Məktubat "Əkinçi", 15 mart 1876, №5

Əlahəzrət Fərhad Mirzə Mötəmədüddövlə Məkkə ziyarətindən qayıdıb sabah İrana gedəcək.

  • * *

Cənab Sərdarın dəftərxanasından qubernatorlara yazırlar ki, Məkkəyə gedən müsəlmanlara məlum eləsinlər öz pasportlarını Osmanlı konsuluna pişnəhad etməmiş sərhəddən keçsinlər ki, onlara Osmanlı dövləti təzə qaydaya binaən mane olur. Bu ayın 2-də "Pravi-telsvenni vestnik" qəzetində yazılıb ki, padşahi-imperator hökm edib Kokan xanlığını Rusiyaya tabe hesab edib, onu Fərğan oblastı adlasınlar və general Skoblev oraya hakim təyin olub.

İndi Rusiyanın sərhəddi Qaşqar dövlətinə yetişib.

  • * *

Qəzetlərdə yazırlar ki, ingilis Əfqanıstanı ki, Hindistan ilə İranın sərhəddində vaqedir, əldə saxlamaqdan ötrü oranın hakimi iirəliyə məvacib verir imiş. Amma cənab iirəli bir inigilis kitabından bilib ki, ingilisin muradı onun Herat şəhərini zəbt etməkdir. Ona binaən indi ingilisə düşmən olubdur.

  • * *

Misir ilə Həbəş dövlətinin cəngi hələ qurtarmayıb. Yazırlar ki, bu yavıq zamanda Misir əsgərləri həbəşlərə qalib olublar.

  • * *

Təzə çap olunan Rusiyanın pambıqdan qayrılan mallarını satmaqdan danışan kitab deyir: Rusiyanın pambıq malı ilbəil az satılır. Ona səbəb oldur ki, dəmiryolları artdığına Avropa dövlətlərinin malı bizim mal satmağa mane olur. Bu səbəbə bir neçə ildir ki, fabrika sahibləri öz mallarını Çin və Japon dövlətlərinə göndərirlər. Amma indi Avropa malı orada həm onlara mane olur.

Bu halda zikr olan rus malları yaxşı satılır Türküstanda, Kokanda, Buxarada, Qaşqarda, Dəşti-Qırğızda. Ona binaən ki, oralara atəş gəmiləri və dəmiryol işləmədiyinə qeyr tayfaların malı ona mane ola bilmir.

  • * *

"Moskovski vedomosti" qəzeti yazır ki, dövlət məsləhətxanasında məşvərət var taxsırkarları Sibirə göndərməsinlər.

Deyirlər hər vilayətdə bir dustaqxana bina olunacaq ki, taxsırkarları orada saxlasınlar.

  • * *

Rus qəzetlərində yazırlar ki, martın axırında vəliəhdi-İran Peterburqa gəlib, sonra Avropa səyahətinə gedəcək.

  • * *

"Uralski vedomosti" qəzeti yazır ki, Ural kazaklarından 87 adam dövlət qərar edən əsgər tutmaq qanununa əməl etmədiklərinə onları tutub Türküstanda dövlət tərəfindən müəyyən olan yerlərə sakin olmağa göndəriblər.

  • * *

Peterburqdan tel var ki, Rusiyanın Hacıtərxan, Samar və Tambov quberniyalarından çox adam xahiş edir ki, dövlət Türküstanda verdiyi yerlərdə gedib sakin olsunlar.

  • * *

1876-cı sənədə Rusiya dəmiryollarının tuli 17000 verst olub. Ol yolların hər versti bir ilin müddətində 8000 manat mədaxil gətirib.