Məzmuna keç

"Əkinçi", 15 mart 1876, №5

Vikimənbə saytından
"Əkinçi", 29 fevral 1876, №4 "Əkinçi", 15 mart 1876, №5

"Əkinçi", 29 mart 1876, №6
Mənbə: Transliterasiya və tərtib edəni: Turan Həsənzadə. "Əkinçi. 1875-1877. (Tam mətni)" (PDF). kitabxana.net (az.). "Avrasiya Press". 2005. 2016-08-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-09-05.


E`lamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.


3-cü nömrə ilə belə təzə dadistəd qərardadının müxtəsər məzmununu göndərdik. Amma hər tərəfdən bizə yazırlar ki, onlar ilə ol məzmuna müvafiq rəftar olunmur. Məsələn, deyirlər ki, amildən şəhər pulu istəyirlər. Çünki hər bir qanunda ismən demək olmaz ki, filan Ģey belə olsun, ona binaən qanuna əməl edən kəslər hər biri öz qüvvəsinə müvafiq onu anlayıb iş görürlər. Bizim Badkubə quberniyasında ol qanunu nə tövr anlayıblar, yazıb bəyan etmişik və əgər qeyr yerlərdə onu qeyr tövr anlayır isələr, bizdə taxsır yoxdur.