Anamın kitabı
Anamın kitabı Müəllif: Cəlil Məmmədquluzadə |
1) R ü s t ә m b ә y — Rus intelligenti libasında: yəni pidjak, jilet, nişastalı yaxalı köynək, boğazında qalstuk, nişastalanmış ağ qolları. Rus darülfünununda elm təhsil eləmiş və rus tərbiyəsi tərəfdarı. Hərəkəti ağır və təmkinli. Başı açıq, həmişə gözləri eynəkli (çeşmək). 40 yaşında.
2) M i r z ә M ә h ә m m ә d ә l i — İran ürəfası libasında, yəni uca İran börkü, uzun İran arxalığı, üstündən qurşaq, arxalığın üstündən uzun İrani çuxa (geymə), gen şalvar, ağ corab. Başmaqlarını qapının ağzında çıxardıb yerdə diz üstə oturur. Həmişə əlində təsbeh və gözündə eynək. Acıqlı və gülməyən. İran tərbiyəsi tərəfdarı. 35 yaşında.
3) S ә m ә d V a h i d — İstanbulda ədəbiyyat dərsi almış. Başında qırmızı fəs, əynində pidcak, jilet, ağ yaxalı köynək və qalstuk, gözlərində eynək. Təmkinli və sakit. Osmanlı tərbiyəsi tərəfdarı. 30 yaşında.
4) G ü l b a h a r--surətdə gözəl. Ümumi müsəlman qızları libasında, başında çarqat. Müsəlmanca savadlı. Anasını nəhayət istəyən. 20 yaşında.
5) Z i v ә r x a n ı m--Rus tərbiyəsi tapmış. Rus xanımları libasında. Boğazı və qolları açıq, müsəlmanca savadsız.
6) Q ә n b ә r--Sifətdə göyçək. Əynində çərkəzi çuxa, belində qəmə və tapança. Əlində qamçı.
7) A s l a n b ә y--hər cəhətdən Rüstəm bəyə oxşayır.
8) M i r z ә B ә x ş ә l i--hər cəhətdən Mirzə Məhəmmədəliyə oxşayır.
9) H ü s e y n Ş a h i d--hər cəhətdən Səməd Vahidə oxşayır.
10) S e n z o r M i r z ә C ә f ә r b ә y--Rus çinovniki libasında. Gözlərində eynək.
M Ә C L İ S L Ә R İ N Ә H A L İ S İ
1. Z ә h r a b ә y i m--60 yaşında.
2. R ü s t ә m b ә y--onun böyük oğlu, intelligent. 40 yaşında.
3. M i r z ә M ә h ә m m ә d ә l i--onun ikinci oğlu, elmi-ilahi müəllimi və vaiz. 35 yaşında.
4. S ә m ә d V a h i d--onun üçüncü oğlu, türk dili müəllimi (fəs qoyur) 30 yaşında.
5. G ü l b a h a r--qızı, müsəlmanca oxumuş. 20 yaşında.
6. Z i v ә r x a n ı m--Rüstəm bəyin övrəti, rusca tərbiyə tapmış. 25 yaşında.
7. M i r z ә H ә s ә n--Rüstəm bəyin dilmancı. 30 yaşında.
8. T e y m u r b ә y--Cəmiyyəti-xeyriyyənin dəftərdarı. 25 yaşında.
9. M i r z ә Z e y n a l--millətpərəst. 30 yaşında.
10. S ә l i m ә x a n ı m--müəllimə (danışmır). 25 yaşında.
11. A s l a n b ә y--mal həkimi (rus intelligenti libasında). 30 yaşında.
12. İ s m a y ı l a ğ a--cəmiyyəti-xeyriyyə üzvü (danışmır). 45 yaşında.
13. M ü n ә v v ә r x a n ı m--onun qızı (danışmır). 20 yaşında.
14. H ü s e y n Ş a h i d--türk dili müəllimi (fəsli). 30 yaşında.
15. M i r z ә B ә x ş ә l i--elmi-ilahi müəllimi. 35 yaşında.
16. Q ә n b ә r--Rüstəm bəyin sərkarı. 45 yaşında.
17. Q u r b a n--çoban. 25 yaşında.
18. Z a m a n--çoban. 25 yaşında.
19. S e n z o r M i r z ә C ә f ә r b ә y--45 yaşında.
20. P o l i s m ә m u r u (danışmır)--35 yaşında.
21. İ k i n ә f ә r f ә r r a ş (danışmırlar)--30–35 yaşında.
22. M ә ş ә d i C ә f ә r--ərizə sahibi, 40 yaşında.
23. Y e n ә ü ç n ә f ә r f ә q i r--40–45 yaşında.
24. B i r i n c i h a m b a l--30 yaşında.
25. İ k i n c i h a m b a l--30 yaşında.
Əhvalat vaqe olur tarixi-hicrnin min üç yüz otuzuncu ilinin yavıqlarında, Azərbaycan şəhərlərinin birində, Rusiya hökuməti əsrində.