Məzmuna keç

Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/İbrahim Əfəndi Nicati (məqalə)

Vikimənbə saytından
Fətəli xan "Müştəri" təxəllüs Azərbaycan ədəbiyyatı. I cild. İbrahim Əfəndi Nicati
Müəllif: Firudin bəy Köçərli
Kərim ağa Fateh


 Nuxa şəhərində nəşvü nüma tapıb təlim və tərbiyə almış şuəradan birisi də mərhum İbrahim əfəndi ibn Mustafa əfəndi olubdur ki, Mirzə Fətəli Axundovun və Kərim ağa Fatehin müasiri imiş. Səhih məlumata görə, İbrahim əfəndi hənuz tifl ikən valideyni ilə məən Qazax mahalından mühacirətən Nuxa şəhərinə gəlib orada sükunət edərmiş. Onun abavü əcdadı ruhani olublar.

Belə rəvayət olunur ki, İbrahim əfəndi iyirmi beş sinninə çatınca zərgərlik edərmiş və o vaxta kimi bisavad imiş. Bir dəfə ona kağız yazdırmaq lazım olubdur və bu işdən [ötrü] əhli-savad bir şəxsin himmətinə rücu edibdir. Məzkur şəxs naməni yazdıqdan sonra ona bir növ töhmət izhar edibdir ki, sənə eyib deyilmi özün üləma nəsli ola-ola qeyrisinə hali-dilini kəşf qılıb məktub yazdırırsan? İbrahim əfəndi bu etirazdan xeyli mütəəssir və pərişanhal olub, iyirmi beş yaşında ikən başlayıbdır oxuyub yazmağı və bu yolda gecə və gündüz xürdü xabı özünə haram edib, elmü mərifət təhsilinə məşğul olubdur və axırda alim və fazil bir şəxs olub müdərrislik edərmiş. Təbi-şeriyyəsi olaraq bir xeyli əsərlər vücuda gətirmişdir. Vəli onlardan çoxusu dağılıb tərk olubdur. Əşarü kəlamının əksəri münacat, nəti-rəsul və qəsaid qismi əsərlərdir. Onlardan bir-iki[si] nümunə olaraq burada yazılır.

Rəsuli-bərhəqqimiz Məhəmmədəl-Mustafa həzrətlərinin şəni-alilərində deyibdir:

Sən ol şahi-risalətsən ki, oldun əvvəlül-əşya,
Ədayi-xidmətində daim olmuş asiman bərpa.

Qüdumi-zati-pakiçün deşənmiş ərzi-gunagun,
Qurulmuş üstünə bu nöh rəvaqi-xeymeyi-xəzra.

Olur "lövlak"dən məfhum ki, bais olduğundan sən,
Neçə min kainatı həqt ədəmdən eylədi peyda.

Təcəllayi-naharasa olan ruyində gisuni
Görən ixlas ilə əzbər edər "vəlleyl iza yəğşa",

Ziyayi-sineyi-safın bəyanidə "ələm nəşrəh"
Mükəmməl gözlərinin mədhini sazağ edər inşa.

Nə əsəd leyldir ol leyl ki, etdin asiman seyrin,
Bu seyrindən edər əbna "sübhanəl-ləzi əsra"

Büraqi-bərq rəftar ilə yetdin "qabi-qövseynə",
Bil, ondan keçməyin izhar edər məzmuni-"ovədna".

Bulub feyzin, olub aşiq, qalıb heyranü sərgərdan,
Dolanır başına daim onun çün günbədi-mina.

Hümayun bəxti-fərruxfal sən tək puri-dilcuyi
Nə hərgiz görməmiş Adəm, nə əsla doğmamış Həvva.

Görülmüş möcüzatın çox edəndə xəsmini ilzam,
Biri Qurani-baqidir ki, oldur ayəti-kübra.

Nə həddi var edə mədhin, Nicati, naqisu asi --
Ki, nəti-zatına nazil olub "Yasin" [ilə] "Taha".