Məzmuna keç

Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Fətəli xan "Müştəri" təxəllüs

Vikimənbə saytından
Əbülfət xan "Tuti" təxəllüs Azərbaycan ədəbiyyatı. I cild. Fətəli xan "Müştəri" təxəllüs
Müəllif: Firudin bəy Köçərli
İbrahim Əfəndi Nicati


Quba və Səlyan hakimi Fətəli xan ibn Hüseynəli xan Molla Pənah Vaqifin və Hüseyn xan Müştaqın müasiri olub. Onun alim, şair və sahibi-tədbir bir vücud olduğu tarixdə yazılıbdır.

Fətəli xan hicrətin 1157-ci sənəsində ki, tarixi-məsihiyyənin 1741-ci ilinə mütabiqdir, atası Hüseynəli xanın vəfatından sonra Quba və Səlyanda xan olub, öz təvabe və rəayasını gözəl vəch ilə idarə edərmiş, ürəfa və şüəra silkinə himayət göstərib özü də şer deyərmiş.

1172-ci tarixdə Dərbənd camaatı Nadir şahın qətlindən sonra özləri intixab və təyin etdikləri Məhəmməd Hüseyn xandan narazı olub onu əzl etdilər və Dərbənd xanlığını Fətəli xana təslim elədilər. Fətəli xan durbin, aqibətəndiş və ziyadə cürətli bir vücud olduğundan Quba, Səlyan və Dərbənd hakimliyini artıq məharətlə idarə edərmiş.

Hicrətin 1181-ci sənəsində şəkili Hüseyn xan Müştaq ilə dostluq əlaqəsi qoyub, onunla müttəfiq qoşun götürüb Şirvan üstünə hərəkət eləyiblər. Bu niyyətlə ki, onu zəbt edib aralarında təqsim qılsınlar. Vəli bir vaxtdan sonra bunların mabeynində bürudət və ədavət vüqua gəlibdir, əzbəs ki, Fətəli xan Hüseyn xan Müştaqın da hissəsini qəsb etmişdi.

Fətəli xan Müştərinin əşarından bir şey tapa bilmədik. Xatəmində yazılan şer onun öz kəlamıdır:

Neveşte bər səfahate-fələk bexəttə-cəli,
Bedəhr şəqqe qoşa şod livaye-Fəthəli. [1]

[1] Tərcüməsi:
Fələyin səhifələrinə parlaq xətlə yazıldı,
Dünyaya Fətəlinin bayrağı qanad açdı.

Ömrünün axırında yazdığı mənzumat--ki, burada dərc olunur,--Mirzə Həsən Əlqədari əfəndinin "Asari-Dağıstan" adlı kitabından götürülübdür.

Kəlami-Fətəli xan ibn Hüseynəli xan "Müştəri" təxəllüs:

Oldu gözəl ömr sərf, heyf ki, nadanlığa,
Hər nə qalıb sərf olur indi peşimanlığa.

Zülfi-siyəh zövqünə uyma, xətadır, könül,
Fariq ikən sən səni salma pərişanlığa.

Feyzi-əzəl kafili-tərbiyəti-hal ola,
Muri-mühəqqər urar laf süleymanlığa.

Manei-ərzi-qəmim heyrəti-didar olur,
Mən nə deyim bilməzəm, ah, bu heyranlığa.

Nəfxeyi-badi-səba ruhə təravət verir,
Çün güzər etmiş səhər sünbülü reyhanlığa.

Müştəriyi-dürri-nəzm kimsə deyil, haliya,
Dürci-dəhən açma kim, köhərfşanlığa.