Hədiqətüs-süəda/Üçüncü bab
| Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild. Bakı, “Şərq-Qərb”, 2005, səh. 100-119 |
Həmişə dideyi-bəsirət birlə mütalieyi-övraqi-ləyalivü əyyam edən ərbabi-həqaiq və əshabi-mə’arifə mə’lum olmuşdur və həmvarə eyni-fərasətlə müşahideyi-müruri-sininü ə’vam qılan ülül-əbsəri-zəvil- əfham arasında vüzuh bulmuşdur bu ki, ə’yani-sabiteyi-mümkinə müstəlzimi-əhateyi-ədəmdür və əslinə racе’ olur hər mövcud ki, vücuduna ’ədəm müqəddəmdür. Şе’r:
Künci-bəqa sanma bu viranəyi,
Etməyə gör qiblə bu bütxanəyi.
Mehr götür günbədi-dəvvardən,
Rəsmi-vəfa umma bu qəddardən.
Mülki-vücudi ədəmabad bil,
Görmə vücudun, ədəmin yad qıl.
Açma cəhan zilinə çeşmi-həvəs,
Əqdinə bel bağlama, peyvənd kəs.
Dut ki, cəhan mülkini dutdun təmam,
Sud nə, çün mülkinə yоxdur dəvam.
Dəhr nədür, ayineyi-əksdar,
Surəti-ayineyi-biе’tibar.
Ey əziz, mütləq rəyahini-riyazi-imkana şəbnəmi-bəqadan əsəritəravət yetməmişdür və səbzeyi-bustani-həayti-müstə’ar hərgiz səhabi-səbatdan kəsbirütubət etməmişdür. Kitabeyi-eyvani-binayi-aləm rəqəmi-"Kullu məxluqin yəmutu"[1]dur və kümreyi-tinəti-bəni-Adəm xəmiri-mayeyi-"Kullu mərzuqin yəmut"[2]dur. Məsnəvi:
Təmə’ qılman vəfa mülki-cəhandan,
Vəfa qandan, bu fani mülk qandan.
Bu viran içrə sanman gənc yоxdur,
Cəvahirdən ləbaləb künc çoxdur.
Vəli adət bu olmuşdur ki, dövran
Qıla hər gənci bir topraqda pünhan.
Gər idrak eyləsən hər zərreyi-xak
Çəkibdür pərdəyə bin cövhəri-pak.
Nə bargahi-həşmətdir ki, taqü rəvaqi tarəmi-ə’layə yetdükdə seyli-fənadan təzəlzül bulub viran olmadı və nə nəqşi-kargahi-rif’ətdür ki, zinət və zibi dərəceyi-kəmal hasil etdükdə baziçeyi-lö’bətbazidəhrdən surəti-təğəyyür bulmadı. Laləzari-səhrayi-imkandan məşamiidraka rayiheyi-"Kullu mən əleyha fan"[3] gəlür və zəmzəmeyi-bəzmicəm’iyyəti- ə’yandan səm’i-irfana isğayi-sədayi-" Kullu şey’in halikun"[4] qılur. Şе’r:
Dəhrdən arizuyi-kam etmə,
Bunda kam istəyib məqam etmə.
Fələki-tizgərdü tündxüram,
Hiç nakama verməmişdür kam.
Əlhəqq, bu xarzara güli-murad ümidilə zülali-həyati-girami tökən, xarinədamətdən qeyr bəhrə görməmişdür və bustana şükufeyi-məqsəd təmənnası ilə nihali-təvəqqö’ dikən zəhri-bəladan özgə meyvə götürməmişdür. İttisali-söhbəti xətəri-infisaldan xali olmaz və iltiyami-ülfəti zərəri-infikakdən aman bulmaz. Şе’r:
Dünyaya gələn gedər zəruri,
Müstəlzimi-qeybdür hüzuri.
Dövri-fələkün qərarı olmaz,
Iqbalının е’tibarı olmaz.
Dutdun dutalım cəhanı yeksər,
Manəndi-Cəmü Qubadü Qeysər.
Nə sud çün aqibət gedərsən,
Əsbabi-cəhanı tərk edərsən.
Yəqin bilmək gərək ki, vəzi’ü şərif və qəvivü zə’if və alimü cahil və divanəvü aqil və məstü hüşyar və xüftəvü bidar mülki-ədəmdən hey’əti-mütəsaviyə ilə çıxub və aləmi-surətdə ətvari-müxtəlifə və övza’imütənəvvi’ə ilə süluk edüb, həngami-inqizayi-müddəti-ömr rəngi-təsavi dutub, şərbəti-"kullu nəfsin zaiqətül-mauti"[5] içmək müqərrərdür və е’tiqadü е’timad etmək gərək ki, xəl’əti-zühur geyüb feyzi-fitrət qəbul edənlərə idraki-təsəllüt "Əynəma takunu yüdrikəkumulmaut"[6] müqərrərdir. Şе’r:
Gəl, ey mülki-dünyayə məğrur olan,
Meyi-zövqdən məstü məsrur olan.
Giriftari-dami-bəlasan, saqın,
Əsiri-dəmi-əjdəhasan, saqın.
Giribanını pənceyi-ruzigar
Dutubdur həzər qıl sərəncami-kar.
Səni dami-qəbrə giriftar edər,
Başun möhreyi-rişteyi-mar edər.
Gələn bu güzərgaha getmək gərək,
Nüzul eyləyən rehlət etmək gərək.
Bulunmaz cahan kargahında kam,
Fərağət məqamı degil bu məqam.
Filvaqe, əgər bəqayi-bəşər mümkün olsaydı Хеyrül-Bəşər ki, nəqşi-nigini- "Və lakin Rəsulullahı və xətamən-nəbiyyin"[7] dir, bu təşriflə müşərrəf olmaq ənsəb idi; və əgər dəvami-Bəni-Adəm ehtimal bulsaydı, qaili-"Ənə seyyidu vələdi Adəm"[8] bu səadət istehqaqinə əqrəb idi. Dəlili-izaleyi-nəqşi təəyyinaticismani bu yetər ki, Həzrəti-Xaceyi-Kainat "İnnəkə məyyütun və innəhum məyyitun"[9] xitabına müxatib olmuşdur; və şahidi-təğəyyüri-süvərisəhayifiimkani bu kifayət edər ki, əfzəli-aləm "Və macə’əlna li-bəşərin min qəblikəl-xuld"[10] xitabi-müstətabin isğa qılmışdır. Şе’r:
Dövri-zəmanənin ədəmi-е’tibarinə
Şahid şiya’i-vaqi’еyi-ənbiya yetər.
Ümmali-karxaneyi-əhvali-aləmə
Mövti-Nəbi əlaməyi-fövtü fəna yetər.
Bitəkəllüf ə’zəmi-məsaibi-şəhidi-Kərbəla mövti-Həzrəti-Mustəfadür, zira mövcibi-italeyi-əyadiyi-zülmü cəfadür. Mücmələn, keyfiyyəti-mövti-Həzrəti- Risalət oldur ki, ol şəm’i-şəbistani-risalət və xurşidi-asimani-nübüvvət hicrətin onuncu ilində ədayi-HəccülVida’ etdükdə ərəfə günü sahəti-Ərəfatda bu ayətikərimə nüzul etdi ki: "Əl-yovmə əkməltu ləkum dinəkum və ətməmtu’əleykum ne’məti"[11]. Həzrəti-Rəsul bu ayətin məzmunundan istişmamirayiheyi- intiqal edub və bu ibarətin məfhumindən ehsasi-irtihal qılub, mühəqqəq bildi ki, təngnayi-şəhadətdən fəzayi-fərəhəfzayi-qeybə təvəccöh etmək gərək və darifənadan mülki-bəqaya getmək gərək.
Zira qərəz şərəfi-risalətdən bəyani-əhkam idi, təmam oldu və məqsud səadətizühurindən izhari-ne’məti-İslam idi, dərəceyi-kəmal buldu. Pəs, əkabirü əşrafisəhabəyi cəm’ edüb buyurdu ki: "Ey mühacirü ənsar, bəndən bu gün zəruriyyatiümuri- dininiz təhqiq edün, fürsəti-iktisab fövt olmadan ki, və’deyi-müfariqət qərib olmuşdur və təriqi-mürafiqət intiha bulmuşdur". Və dəxi buyurdu; "Ey qövm, ərseyi-Qiyamət" [Yovmə] yənfə’us-sadiqinə sidquhum[12] qərargahıdır və və qaziyi-ruzi-cəza "Yovmə la yənfəu malun və la bənun"[13] güvahidir, əgər ol gündə sizdən sual olunsa ki, "Məhəmməd necə süluk etdi?" cəvabınız nədür? Səhabə ittifaqla ayıtdılar: "Ya Rəsulullah, səndən ədayi-risalət və ilqayi-nəsihət istima’ etdik, şəhadət verirüz". Pəs Həzrəti-Rəsul əngüşti-səbbabeyi-qəmərşikaf canibi-asimana qaldurub ayıtdı: "Əllahumməşhədu"[14], yə’ni sən şahid ol".
Rəvayətdir ki, Həccül-Vida’dan müraciət qıldıqda əsnayi-təriqdə Ğədiri-Xum deməklə mə’ruf mənzildə cəmaətlə ədayi-nəmaz qıldıqdan sonra səhabəyə mütəvəccih olub buyurdu ki: "Ələstu bil-mümininə əvla min-ənfusihim"[15], yə’ni mö’minlərə deyilmiyəm nəfslərindən əvla. Hüzzari-məclis ittifaqla təsdiq verüb ayıtdılar: Nə’əm, ya Rəsulallah[16]. Pəs Həzrəti-Murtəzanın əlindən dutub ayıtdı: "Mən kuntu məvlahu fə-haza Əliyyun məvlahu", yə’ni "hər kimin mən mövlası idum", Əli anın mövlasıdür". Əllahummə ’adi mən adahu", yə’ni İlahi, anınla ədavət qılana ədavət qıl", "Və vali mən valahu", yə’ni anınla dost olana dostluq et; "Vəxzil mən xəzələhu" və anı xar dutanı xar dut, "Vənsir mən nəsərəhu" və ana nüsrət verənə nüsrət ver; "Vədirul-həqqə mə’əhu həysə ma kan" və müqarin eylə həqqi ana qanda olursa.
Rəvayətdir ki, [Ömər] Faruq Həzrəti-Murtəzanın əlin dutub təhniyə təriqilə ayıtdı: "Bəx bəx [ləkə] yəbnə Əbi Talib əsbəhtə [məvlayi və] məvlayi kulli mu’minin və mu’minətin"[17]. Şе’r:
Gəl ey rizayi-Rəsul istəyən zühura gətür,
Nişani-dövləti-tövfiqü vali mən vallah.
Ədavəti-Əsədullaha olma qail kim,
Sənə çəkilməyə şəmşiri-’adi mən ’adah[18]
.
Və bu kəlimati-hikmətamiz əsnasında ayıtdı: "Ey qövm, bəni aləmi-üqbaya də’vət etdilər. Ol halətə təvəccöh qılub hifzi-səlah üçün "Xəlləftu fikumussəqəleyn kitaballahi və itrəti"[19], yə’ni məzhəri-sirri-xilafətim iki əmri-əzimdir: biri Qur’an və biri ƏhliBeyt. Zinhar təriqi-mütabə’ətlərin-dən müxalifət qılman və rəsmimütavəətlərindən mütəcaviz olman ki, bunlar bir-birilə rabiteyitəmam bulub, hövzi-Kövsər kənarında bana mülhəq olub asari-şükrü şikayət zahir etsələr gərək".
Zəhi ümməti-bivəfa ki, bu məzmun müsəhhəh olmuş ikən əqrəb zəmandə təhrifi-məzmuni-Qur’an caiz görüb, Əhli-Beytə cəfalar rəva gördülər və dəşti- Kərbəlada övladi-Rəsula izalar yetürdilər. Şе’r:
Еy şəriət şərəfindən qafil,
Xələli-şər’ə dəmadəm mail.
Mustəfadan nə cəfa yetdi sənə,
Ol vəfapişə nə cövr etdi sənə
Ki, mükafatinə bidad etdin,
Özün azarinə mö’tad etdin.
Bünyeyi-şər’inə verdin təğyir.
Alü övladinə çəkdün şəmşir.
Ol səni sahibi-iman etdi,
Lütflər göstərüb ehsan etdi.
Sən anın zülm ilə irzin yıxdun,
Daği-bidad ilə canın yaxdun.
"Nurül-Əimmə"dən mənquldur ki, həngami-tüfuliyyətdə bir gün Hüseyni-məzlum ətfali-məhəllə ilə məla’ibəyə məşğul ikən Həzrəti-Rəsul hazir olub, anı dutmağa qəsd etdi. Hüseyn Həzrəti-Xacədən fərar edüb, hər tərəf təvəccöh qılub, Həzrəti-Rəsul mütə’aqib rəvan olub ayıtdı: "Ya Hüseyn, bu nə nifrətdir?" Hüseyn ayıtdı: "Ya Rəsulullah, nifrət degil, bəlkə təhərrüki-silsileyiməhəbbətdür". Şе’r:
Dilbərin üşşaqdan eyni-tələbdür nifrəti,
Mən’dəndir mehri-tüğyani-məhəbbət şiddəti.
Intifayi-nari-şövq eylər zülali-ittisal,
Mən’ miqdarincədir mətluba talib rəğbəti.
Məş’uq ki, aşiqdən ahəngi-güriz edər, atəşi-məhəbbət və bazaritələb tiz edər. Əlqissə, Xaceyi-Kainat ol əhsəni-məxluqatı tərəddüdlə dutub asimana mütəvəccih olub dua qıldı ki, "Əllahummə əhibbəhu və hibbəhu"[20]. Həm ol saət aləmi-qeybdən xitab gəldi ki: "Ya Rəsulullah, bu məhəbbətlə mümtaz etdigün cigərguşə və bu iltifatla sərəfraz etdigün qürrətül’еyn dəşti-Kərbəlada şəhid olub dərgahialəmpənahimizə pedəri-büzürgvar və bəradəri-alimiqdarla hazır olub, biri bir hərbətlə və biri bir şərbətlə və biri bir zərbətlə şəhid olub təzəllüm etsələr gərək". Şе’r:
Birinün fərqi tiği-zülmdən şəq,
Dəmi-mö’cüz misali-bədr mütləq.
Birinün zəhrdən hali digərgun,
Məzaci təlx, gültək bağrı pürxun.
Birinün laləvəş cismində yüz çak,
Cigər qanilə cismi-çakı nəmnak.
Rəvayətdir ki, Həccül-Vida’da əyyami-Mina ayeyi-kərimeyi- "İza ca’ə nəsrullahi və’l-fəth"[21] nüzul edüb, Həzrəti-Rəsul Cəbrailə ayıtdı: "Ey müqərrəbi-dərgahi- üluhiyyət və məhrəmi-bargahirübubiyyət, qaliba həngami-təvəccöhi-aləmi- axirətdir". Cəbrail ayıtdı: "Ya Rəsulullah, "Və’l-axirətü xəyrun ləkə minəl- aula"[22].
Həzrəti-Xacə bu ayət istima’indən və bu məzmun ittila’indən sonra təhiyeyiəsbabi- intiqala və tərtibi-alati-irtihala məşğul olub, həmişə kəlimeyi-təyyibeyi- "Subhanəkə əllahummə əğfirli innəkə əntəl-vəhhab"[23] təkrar edərdi. Səhabə ayıtdılar: "Ya Rəsulullah, bu kəliməyi təkrar etməkdən nədür qərəz?" Həzrəti- Rəsulullah ayıtdı: "Bəni aləmi-bəqaya də’vət etdilər". Və əsnayi-təkəllümdə giryan oldu. Ayıtdılar: "Ya Rəsulullah, mövtdən giryə etmək Həzrətinizdən nə münasibdür, xüsusən ki, möhtərəm və məğfur olduğun müqərrərdür?" Həzrəti- Seyyid ayıtdı: "Bənim iztirabım anınçündür ki, bunca cəfa çəküb daireyi-imana çəkdigüm müsəlmanlar, aya bəndən sonra məkayidi-İblisə giriftar olub nə afətlərə müqarin olalar və nə möhnətlərə düşüb nə ihanətlər bulalar".
Əlqissə, ol afitabi-asimani-lütfü kərəm mütəvəccihi-dərgah olub, bir ay vəfatından müqəddəm səhabeyi-kübari Ayişə mənzilində cəm’ edüb, anları birbirinə sifariş qılub, budua ilə sərəfraz etdi ki: "Rəfə’kumu əllah hədakumu’ əllah cəmə’kumu əllah, həfəzəkumu’əllah, nəsərəkumu’əllah, vəfəqəkumu’əllah"[24] və şəraiti-duadan sonra vəsiyyət qıldı ki: "Ey qövm, bənim təvəccöhüm aləmibəqaya müqərrər oldu və afitabi-həyatım rüxsəti-qürub buldu, hörməti-Əhli- Beytümi sizə tapşurub, sizi tapşurdum ol padişahibizəvala ki, mülki-bəqasına xələli-intiqal tari olmaz və mir’atihəyati-müəbbədi küdurəti-fəna bulmaz. Layiq oldur ki, həmişə təriqi-ta’ət məsluk edüb mütavə’ətindən müxalifət rəva görməyəsiz və qaideyi-əhkaminə ixtilafi-ara ilə xələl yetirməyəsiz, bir növlə süluk edəsiz ki, ruzi-Qiyamət sizün əf’alınız bəni şərmsar etməyə və damənimübahatimə nəticeyi-ə’mali-zəmimənüzdən gərdi-xəcalət yetməyə".
Siğar və kibar Həzrəti-Rəsuldan bu əxbari-mühəvvəşi istima’ etdikdə ittifaqla giryan olub ayıtdı: "Ya Rəsulullah, bu vaqieyi-hailə nə vəqt olsa gərək?" Buyurdu ki: "Ənqərib vüqupəzir olur". Dedilər: "Ya Rəsulullah "İyazən billah"[25] bu surət vaqe olsa, qüsli-şərifinizi qansı xidmətkarinə rücu edərsən?" Buyurdu ki: "Əqrabi-Əhli-Beytim qüslümə övladır". Dedilər: "Nə camə ilə cismimübarəküni dəfn edəlim?" Buyurdu ki: "Əgnimdəki cübbə ilə. Və əgər Misri hüllələr və Yəməni camələr dəxi olsa, caizdir". Dedilər: "Mərqədi-şərifin nə məqamda olmaq münasibdir?" Buyurdu ki, "Hala mütəvəttin olduğum mənzildə". Dedilər: "Sənə kimlər nəmaz etsinlər?" Buyurdu ki, "Təchizü təkfinim olduqda qəbrim mühəyya qılub cənazəmi qəbrim kənarında qoyub dışrə çıxun və bilmiş olun ki, nəmazimə iqdam edən əvvəl Cəbraildir, andan sonra Mikaildir və andan sonra Əzraildir və andan sonra İsrafildir cəmi’i-məlaikə ilə. Anlardan sonra siz gəlüb dəf’ə-dəf’ə də nəmaz edin, əmma ibtidayi-nəmaz Əhli- Beytimdən olsun". Səhabə biixtiyar naləvü zari edüb ayıtdılar: "Ya Rəsulullah, səni qəbrə kim endirsün?" Buyurdu ki: "Əqrəbi-Əhli-Beytim, güruhiməlaikə müavinəti ilə ki, anlar sizi görüb siz anları görməyəsiz".
Vəsiyyət təmam olduqda hüzzari-məclis ilə müvadi’ə qılub, qaiblərə səlam irsal edüb buyurdu ki: "Bəndən sonra dari-dün aya gəlüb şəriətimə iqtida qılanlara və qaibanə bənim risalətimə mötərif olanlara Qiyamətdək bəndən səlam olsun".
Andan sonra mütərəssidi-peyğami-vüsal və müntəziri-ittisal oldu. Əhyanən hicrətin on birinci (ilində) Səfər ayının igirmi səkkizinci günündə məqbəreyi- Bəqi’ ziyarətinə mütəvəccih olub, sükkani-büq’еyi-Bəqi’ üçün istiğfar edüb, ol miqdar dua qıldı ki, kəndüyə dəxi arzu oldu ki: "Ey kaş, bən dəxi bu büq’ə mədfunlarından olub bu duaya daxil olaydım".
Rəvayətdir Əbu Hüreyrədən ki, demiş: "Bən hazır idim ki, Həzrəti-Rəsul ayıtdı: "Ey Əbu Hüreyrə, bana dəvami-həyati müstə’ari və liqayi-Pərvərdigari və düxuli-darül-qərari ’ərz etdilər, liqayi-Pərvərdigari ixtiyar etdim və tərki-masiva təriqin dutdum".
Nəqldir ki, bu gecə ol Həzrət mə’mur oldu ki, guristani-Bəqi’ə gedüb əmvatinə istiğfar edə, andan sonra şühədayi-Uhud qüburun ziyarət qılub anlar üçün şəfi’ ola. Bu tərəddüd əsnasində ol Həzrətə bir süda’ tari oldu ki, fərqi-mübarəklərin ’isabə ilə möhkəm bağlayub, Meymunə sərayinə gəlüb biixtiyar təkyə qıldı və buyurdu ki, "Eynə əna qədən", yə’ni yarın bənim mənzilim qandadır?" Fatimə ol Həzrəti müztərib görüb ümməhatimöminata ayıtdı: "Ey xəvatinisəadətxaneyi- ismət, Həzrəti-Rəsul mütəkəssirdir. Və hər gün bir mənzilə getmək mütə’əzzir görünür, bir mənzildə müqim olmasınə razı olun". Müxəddərati-hücərati-risalət ol səlahə razı olub müqərrər etdilər ki, Həzrəti-Rəsul Ayişə mənzilində olub, hər biri xidmətin anda ədaqıca. Meymunə sərayindən çıxub, bir əli Murtəza kətfində və bir əli Əbbas kətfində Ayişə hücrəsinə gəlüb bəstərə düşdükdə hümmayi-mühriq peyda qıldı. Şе’r:
Afitabi-şər’inə, bulmuşdu övci-irtifa’,
Lacərəm məhrur olur bulduqca rif’ət afitab,
Nola gər təb hiddətilə axsa cismindən ərəq,
Bərgi-güldür axıdır fərti-hərarətdən gülab.
Əbdullah Məs’uddan nəqldir ki: "Bən ol vəqt hazır idim, nəbzinə əl basdıqda hərarətlərin qayətdə ziyadə görüb ayıtdım: "Ya Rəsulullah, bu nə əcəb təbimühriqdir?" Buyurdu ki, "hər kimin mərəzi miqdarıncədür". Dedim: "Ya Rəsulullah, bu dərdə dəva nədir?" Dedi: "Ol Mə’bud həqqi üçün ki, bənim nəfəsim anın qəbzeyi-qüdrətindədir ki, heç kimsənəyə mərəz tari olmaz ki, günahları anınla tökülməz. Netə ki, badi-sərsərdən övraqi-əşcar və təsadümihəvadan qətərati-əmtar".
Nəqldir Əbu Sə’id Xəzridən ki, demiş: "Mən hini-mərəz ol Həzrətə mülazim idim, üzərinə bir qətifə çəkilmişdi, hiddətihərarətləri qətifədən məhsus olub buyurdu ki: "Ənbiyanın məratibi ə’la olduğu kimi mərəzləri dəxi əşəddü əqvadür. Zira ənbiya möhnətlərinin ziyadə olduğun istid’a qılurlar və möhnət mövcibi-qürb olduğun bilürlər". Şе’r:
Rənci-rahət dilbərin dərdi dəvadır aşiqə,
Rənci bihəd ol səbəbdən dərdi bipayan olur.
Qafil olman dost dərdindən kim, olduqca füzun,
Mövcibi-təşrifi-lütfü şəfqətü ehsan olur.
[Rübai:]
Yarın ələmi-eşqi dəvadan yeg olur,
Xaki-səri-kuyi tutiyadan yeg olur.
Üşşaqa həbib eylədügi cövrü sitəm,
Qeyr etdügi lütfilə səxadan yeg olur.
Və buyurdu ki: "Bu mərəz ol zəhrin əsəridir ki, Ümmül Biramoğlunun ziyafətində bana verdilər". Və hər müddətdə ələmi mücəddəd olub bir dəva ilə dəf’ olurdu, əmma bu növbət həngamirehlət olmağın iştidad buldu. Qaliba bədəni-şərifində ol zəhrin əsəri mülazim olmaqdan qərəz şərəfi-şəhadət idi. "Ruhul-Ərvah"da məsturdur ki, çün bəhri-feyzi-nübüvvət və dəryayi-kəmalivilayət bir-birilə müqarin olub "Yəxrucu minhumal- lu’lu’uə vəl-mərcan"[26] müqtəzasincə Həsən və Hüseyn zühura gəldilər və ol şahzadələrün hər biri bir keyfiyyətə varis oldular, lacərəm Həzrəti-Həsən əkbər olmağın cəddibüzürgvarlərinə iqtida qılub ələmi-zəhrlə dünyadan getdi və Həzrəti-Hüseyn əsğər olmağın validi-alimiqdarinə təşəbbüh qılub zərbi-tiğ ilə axirətə nəql etdi. Şе’r:
Zəhrdən təlx olalı lə’li-şəkərbari-Həsən,
Zəhr kamın hiç kim aləmdə şirin görmədi.
Olalı şəmşirdən pürxun təni-paki-Hüseyn
İstirahət bulmadı şəmşir, təskin görmədi.
Və bu dəxi bir münasibətdir ki, Həzrəti-Həsən Mədinədə cəddi-büzürgvarının mücavirətin ixtiyar qıldı və Həzrəti-Hüseyn mütəvəttini İraq olub validialimiqdarınun mülazimi oldu. Şе’r:
Vadiyi-qürbətdə tənhalıqdan ikrah eyləyüb,
Murtəza Şibbiri həmxab etdi, Əhməd Şəbbəri.
Qıldılar qismət vilayət bəhrinin gövhərlərin,
Əkbər olan əkbəri hifz etdi, əsğər əsğəri.
Əlqissə, Həzrəti-Rəsul on dörd gün bimar olub qəzaya mütəvəqqif qaldı. "Rövzətül-əhbab"da məsturdur ki, iştidadi-mərəzdə Fatimeyi-Zəhrayi hazır edüb, təriqi-təvəddüd və qaideyi-təfəqqüd ri’ayətindən sonra ixfa ilə bir təkəllüm etdi ki, Fatimə giryan oldu. Andan sonra bir təkəllüm dəxi etdi ki, ənduhi nişata təbdil oldu. Ayişə ayıtdı: "Ya Fatimə, aya, ol ənduha vəsilə nə idi və bu nişata səbəb nədir?" Fatimə ayıtdı: "Ey müxəddəreyi-zəman, Həzrəti-Rəsul ibtidai-təkəllümdə buyurdu ki: "Ey Fatimə, hər il Cəbrail təbliği-əhkam üçün bir növbət gəlürdi, bi il iki növbət nüzul etdi, qaliba əcəlim qərib olmuşdur və həngamihəyatım dərəceyi-nihayət bulmuşdur. Bən bu xəbərdən mütəəllim olduqda buyurdu ki: Ey fərzəndi-əziz, qəm çəkmə ki, sənə bəşarət verirəm iki səadətə: biri ol ki, əfzəli-nisayi-əhli-behişt sən olursan və biri ol ki, Əhli-Beytimin cümləsindən müqəddəm sən bana mülaqat qılursən". Bu müjdə istima’indəki tiryaki zəhri-fəraqın bana sazqar edüb, süruri-lahiqdən ələmi-sabiqə təskin yetdi və buyurdu ki: "Ey Fatimə, çün cəmi’i-nisai-əhli-aləmdən sənin zürriyyatin ə’zəm və məqamın əfzəldir, lacərəm sənin bəliyyatın ətəmm və əkməldir; səbr et və təhəmmül pişə qıl". Qərəz bu ki, ol Həzrətin iştiyaqinə ki, əşəddi-bəliyyatdır, Fatimə səbr edüb təhəmmül pişə qıla. Filvaqe’ əgər müjdeyi-ülüvvi-dərəcatiüxrəvi və bəşarəti-sümüvvi-mərtəbeyi-mə’nəvi mövcibi-təskini-xatir olmasa, Həzrəti-Rəsulullah kimi sərvəri-xücəstəliqanın atəşi-fəraqinə və ələmi-iştiyaqinə təsəbbür və təhəmmül xarici-əhateyi-ehtimal və imkandır. Zira atəşi-cansuz və ələmi-cansitandır. Şе’r:
Хəncəri-hicranü tiği-qət’ü şəmşiri-fəraq,
Çak-çak eylərdi Zəhranın dili-əfgarını.
Verməsəydi və’deyi-vəslin verəndə Mustəfa,
Müjdeyi-zövqi-vüsalü dövləti-didarını.
Rəvayətdir ki, ol sərvərin təbi-mühriqi gəldikcə ziyadə olub və hərarəticismi- lətifi getdikcə təzayüd bulub, buyurdu ki, yeddi kuzə ilə yeddi quyudan su gətirüb üzərinə tökələr ki, xiffət bulub məscidə təşrif buyura. Həsbülişarə yeddi kuzə ilə yeddi quyudan su gətirib ol çeşmeyi-həyatın üzərinə tökdülər. Filcümlə xiffət bulub hücrədən dışrə çıxub, cəmaətlə nəmaz qılub, bir xütbeyi-hikmətamiz inşa qılub, istiğfar və istifa qıldıqdan sonra buyurdu ki: "Ənsar bənim xəvasımdır, anları girami dutun və xətalarından təcavüz qılun".
Və bir rəvayət dəxi oldur ki, Həzrətin mərəzi təzayüd bulduqda ənsarın qərarı qalmayub, məscidi-Nəbəvi ətrafinda tərəddüd edərlərdi.
Əbbas ol hala müttəle’ olub, Mustəfaya ərz edüb, Həzrəti-Murtəza dəxi ona müvafiq şərhi-hal etdikdən sonra Həzrəti-Rəsul yerindən durub ayıtdı: "Ya Əli, ənsar nə derlər?" Murtəza Əli ayıtdı: "Ənsar derlər ki, haşa, əgər Həzrəti- Mustəfa dünyadan nəql edəcək olsa və bu müsibət vüquf bulsa, bizüm əhvalımız nolur və öhdeyi-riayətimizdən kim gəlür? Həzrəti-Rəsul ayağa durub bir əlin Murtəza kətfinə və bir əlin Əbbas kətfinə buraxub, məscidə gəlüb və minbər üzərinə çıxub qərar dutdu və həmdü sənaya müştəmil bir xütbeyi-bəliğ inşa qıldı və ənsarı mühacirə və mühaciri ənsara mübaliğeyi-tamamla sifariş qıldı. Rəvayətdir Fəzl bin Əbbasdan ki, əyyami-mərəzdə bir gün Həzrəti-Rəsul bənim əlim dutub, hücrədən çıxub və mübarək başına isabə bağlayub minbər üzərə qərar dutdu və Bilala buyurdu ki: "Nida qıl xəlq cəm’ olsun, anlara vəsiyyət qılam ki, bu axirin vasiyyətdir".
Bilal həsbülfərmudə nidayi-am qılub və cəmi’i-xəlq hazır olub, ol Həzrət ədayi-xütbədən sonra buyurdu ki: "Ey firqeyi-İslam və zümreyi-ənam, bənim əcəlim qəribdür, zinhar bəndən bədənlərinizlə cüda olduqda könüllərinizlə cüda olman və netə ki, bən sizi fəramuş etməzəm, siz dəxi bəni fəramuş qılman. Ey qövm, heç peyğəmbər şərbəti-bəqa içməmiş ki, bən dəxi ol şərbəti nuş edəm". Və bir rəvayət dəxi oldur ki, buyurdu: "Ey qövm, sizə iblaği-əhkam etdim və səlahinizə iqdam qıldum və bəlalara mübtəla oldum; hala söhbətinizdən inqita’ etmək məcalıdur və müfariqət qılmaq zamanıdır, kimin kim, məndə həqqi var, alsun və kimin kim, müşkili var, sual qılsun ki, bargahi-qürbə cəmi’i-də’vadan münəzzeh gedüb və damənitəcərrüdümü dəsti-tə’əllüq və təzəllüm dutmaya". Və ədadan sonra minbərdən enüb cəmaətlə nəmazi-zöhr əda qılub, yenə minbərə çıxub kəlimati-sabiqi təkrar qıldıqda hüzzari-məclisdən bir şəxs ayağa durub ayıtdı: "Ya Rəsulullah, sənin zimmətində bənim üç dirhəmim var". Həzrəti-Rəsul ol deynin ədasinə hökm edüb, Əli Murtəza əda qıldı. Andan sonra səhabədən Ükkaşə nam kim sənə ayağa durub ayıtdı: "Ya Rəsulullah, Təbuk səfərində naqəyə taziyanə həvalə qıldın, naqədən rədd olub bana irişdi, ol zərbdən qayətdə mütəəllim oldum. Hala qisas istərəm". Həzrəti-Rəsulullah ayıtdı: "Cəzakə’llahu хеyrən"[27], rəhmət sənə ki, bu qisası axirətə buraxmayub dünyada tələb etdin". Buyurdu ki: "Ey Ükkaşə, taziyanə mə’rufunmudur? Ükkaşə ayıtdı: "Bir ədimə dutulmuş taziyanədür". Həzrəti Rəsul ayıtdı: "Ol taziyanə Fatimə mənzilindədür, gətürsünlər". Səlman Fatimə sarayinə mütəvəccih olub hücrəsinə yetdikdə ayıtdı: "Əssəlamu-əleykum, ya Əhləl-Beyt". Səlmanın avazın eşidüb Fatimə ayıtdı "Ey Səlman, hacət nədir?" Səlman ayıtdı: "Filan taziyanəyi Həzrəti-Rəsul istər". Fatimə ayıtdı: "Ey Səlman, hali-mərəzdə taziyanədən qərəz nədir?" Səlman surətiəhval şərh etdükdə Fatimə ayıtdı: "Həzrəti-Rəsul bimardır, anda qüdrəti- ehtimali-taziyanə yоxdur". Filhal Həsən və Hüseyni hazir edüb ayıtdı: "Ey cigərguşələr, cəddinüzə bir həq mütəvəccih olmuş və hüsni-ədalət anın ədasinə iqtiza edər, gedin və anın əvəzinə zərbitaziyanə qəbul edün".
Səlman və Həsən və Hüseyn taziyanəyi alub məscidə gəldikdə, əhliməsciddən xüruşü vəlvələ əflaka çıxub hər biri Ükkaşəyə İlhahi əfv edərlərdi ki, bizə bir taziyanə əvəz bin taziyanə ur, HəzrətiRəsula mütə’ərriz olma və cismilətifin azürdə qılma. Həzrəti-Rəsul buyurdu ki: "Qisas bana mütəvəccih olduqda sizə taziyanə urulmaq münasib degil". Ükkaşə ayıtdı: "Ya Rəsulullah, bən ol gün üryan idim, sihhəti-qisas üçün sən dəxi üryan ol". Həzrəti-Rəsul dürra’еyi-şərifi kətfi-lətifindən buraxdıqda sükkani-xətairi-qüds və hüzzari-məclisiünsdən xüruşü əfğan əflaka çıxub cəhana qovğa buraxdı. Ükkaşə ki, Həzrəti-Rəsulun kətfi-mübarəkində möhri-nübüvvətə nəzər qıldı, filhal ol möhri-mübarəkə yüz sürüb taziyanəyi əlindən saldı, dedi: "Ya Rəsulullah, bənim bu mübaliğədən iki qərəzim var idi: bir ol ki, sənin insafını xəlqə izhar edəm və biri ol ki, "Mən məssə cildi layəmissənnar"[28] müqtəzasincə bədəni-mübarəkinə üz sürəm və atəşi-duzəxdən aman bulam. Bu qəziyyədən sonra Həzrəti-Rəsul minbərdən yenüb xabgaha gəlüb, mərəzi təzayüd və təzaüf bulub, səm’i-mübarəki aləmiqüdsdən səlayi-xani-nə’im isğa qıldı və tairi-ruhi-şərifi həbsgahi-dünyadan nüzhətgahi-bəqaya mütəvəccih oldu. Şе’r:
Qəribi-mülki-vücud etdi arizuyi-vətən,
Müqərrər oldu ki, ruh eyləyə vida’i-bədən.
İrişdi vəqt ki, şəhbazi-aşiyaneyi-qüds
Qıla iradət ilə tərki-həbsxaneyi-tən.
Rəvayətdir ki, ol halətdə Cəbrail nüzul edüb ayıtdı: "Ya Həbibullah, Pərvərdigari-aləm irsali-səlam edüb səni mövt və həyat arasında muxtar etdi. Əgər bəqayi-həyata talib isən həyatinə bəqa müqəddər olsun və əgər mövtə rağib isən sühulətlə müyəssər olsun. Şе’r:
Dünyəvü üqba bənim mülkümdür, ey fəxri-rüsül,
Sən bana bir bəndeyi-safidilü sahib-vüqar.
Rə’y rə’yindür sənin, səndən bana yох imtina’,
Eylədim ehsan sənə hər mülki etsən ixtiyar.
Həzrəti-Rəsulullah ayıtdı: "Ey Cəbrail, ənani-ixtiyarımı Həzrəti-Həq rizasinə vermişəm və hüsni-е’tiqad ilə daireyi-təfvizü təslimə girmişəm: "Fə-inşa’ə əhyani və inşa’ə əmatəni"[29]. Şе’r:
Хaliqim yegrək bilür bəndən bənim behbudimi,
Bən ana tapşırmışam çoxdan ziyanü sudimi.
Rəvayətdir ki, axiri-mərəzdə üç gün Həzrəti-Rəsul çıxub cəmaətlə nəmaz etmədi və dördüncü gündə əşaül-axir vəqtində Bilal süddei-səadət dəstgaha və ətəbei-aləmpənaha gəlüb nida qıldı ki: "Əs-səlatu ya Rəsulullah"[30]. Həzrət istima’ edüb buyurdu ki, Həq sənə əcri-хеyr verə. Bilal bir növbət dəxi ayıtdı: "Əssəlatu ya Rəsulullah". Həzrət cavab verdi ki: "Ey Bilal, İzəd sənə müjdeyirəhmət yetürə". Bilal bir növbət dəxi ayıtdı: "Əs-səlatu ya Rəsulullah". Həzrət bihuş idi, cavab vermədi. Bilal növmid olub giryan-giryan, cəma’ətə mütəvəccih oldu, ayıtdı: "Va ğəvsah vənqita’i rəcah və’ikisari zəhrah"[31] diriğa ki, əsli-rabiteiin’iqadicəmaət tərki-cəmaət qıldı və əsasi-bünyeyi-sünnət hifzi-silsilədən fariğ oldu. Şе’r:
Dərda ki, binayi-şər’ viran oldu,
Cəm’iyyəti-İslam pərişan oldu.
Vermişdi fələk muradımız lütf qılub.
Guya ki, bu lütfdən pəşiman oldu.
Ol əsnada cəmaətə Həzrəti-Rəsuldan fərman yetürdilər ki, Əbu Bəkri-Siddiq İmamət qılub cəmaət münəqid ola. Həzrəti-Əbu Bəkr həsbül-fərman mütəvəccihimehrab olduqda, surəti-mehrab zəbanihal ilə Rəsulun taği-əbrusindən xəbər verüb, Əbu Bəkrin qamətin bari-heyrətlə rüku’dən müqəddəm xəmidə qıldı və müşahideyi-şəkli-mehrabdan çehrəsinə əbvabi-fəraq açıldı, biixtiyar əfğana gəlüb və cümlə səhabə anın ittifaqilə giryan olub, sədayi-növhələrindən Həzrəti-Rəsul xəbərdar olduqda Fatimədən sual etdi ki: "Bu nə qülqülədür?" Fatimə ayıtdı: "Ya Rəsulullah, səhabə şiddəti fəraqından fəğana gəlmişlər və mühasirü ənsar ənduhi-müfariqətindən giryan olmuşlar". Həzrəti-Rəsul bir əlin Murtəza kətfinə və bir əlin Fəzl bin Əbbas kətfinə buraxub bir dəxi hücrədən çıxub cəmaətlə nəmaz etdi. Bə’zi kütübdə məsturdur ki, Ümm Sələmə demiş: "Bən əyyamimərəzdə ol Həzrətə mülazim idim. Bir gün ləbi-şəkkərbarın mütəhərrik görüb mütəvəccihi-istima’ oldum, eşitdim ki, münacat edər bu məzmunla ki: "İlahi, mənim ümmətimə atəşi-duzəxdən nəcat ver, Qiyamət hesabın anlara asan qıl".
Görün ol padişəhin ümmətə qəmxarlığın,
Ümməti-biədəbin zülmü sitəmkarlığın.
Dedim: "Ya Rəsulullah, halın nədür?" Dedi: "Ey Ümm Sələmə, həngamivida’dır və dəmi-intiza". Bu əsnada Murtəza hazır olub ayıtdı: "Ya Rəsulullah, vaqi’əmdə gördüm ki, bir zireh geymiş ikən üzərimdən çıxardırlar". Həzrət buyurdu ki, "Ol zireh bən idim ki, cəmi’i-məkkarədən sənin pənahın idim, vəqtdir ki, mən köçüb sən tənha qalub bəlalara giriftar olasan. Ey Əli, zinhar ki, diltəng olub cəzə’ qılmayasan və müsabərətdən qeyr təriqə zahib olmayasan". Bu əsnada Fatimə dəxi giryan olub ayıtdı: "Ya Rəsulullah, vaqi’əmdə gördüm ki, əlimdə bir vərəqi-müshəf var ikən nagah əlimdən qeyb oldu". Həzrət buyurdu ki: "Ey Fatimə, ol vərəq mən idim, nəzərindən qeyb olsam gərək". Bu əsnada Həsən və Hüseyn hazır olub ayıtdılar: "Ey cəddi-büzürgvar, vaqiəmizdə gördük ki, havadə bir təxti-rəvan olub onun altında biz baş açuq yürürüz". Həzrəti-Rəsul ayıtdı: "Ey cigərguşələr, ol təxt mənim nə’şİmdir ki, siz gisuyi-müşkbar açıb altında yürüyəsiz". Bu vaqi’ələrdən və tə’birlərdən Əhli-Beytin naləvü fəğanı bir qayətə yetdi ki, sədasın fələkdə mələk eşitdi. Şе’r:
Necə gözdən getməsün xunabə, canandır gedən,
Necə cismi-zar ayaqdan düşməsün, candır gedən.
Necə aləm olmasun əhli-nəzər çeşminə tar,
Çün nəzərdən çeşmeyi-xurşidi-rəxşandır gedən.
Rəvayətdir ki, əyyami-mərəzdə bir gün dəxi Cəbrail nüzul edüb ayıtdı: "Ya Rəsulullah, kənduni necə görürsən?" Həzrəti-Rəsul ayıtdı: "Ey bəradər, kəndumi məhmum və mətmum görürəm". Bir gün dəxi yenə bu sualı ayıtdı, yenə ol cavabı eşitdi. Üçüncü gün Mələkül-mövt və İsmail nam bir mələk dəxi ittifaqla gəlüb Cəbrail ayıtdı: "Ya Rəsulullah, Mələkül-mövt babi-səadətdə durub püxsət istər və heç bəni-adəmdən rüxsət tələb etməmişdir". Həzrət buyurdu ki: Ey Cəbrail, rüxsətdür. Mələkül-mövt hücrə qapusından girüb səlam verüb ədəb təriqilə ayıtdı: "Ya Rəsulullah, Həq bəni sənin riayəti-xatirinə mə’mur etmişdir, əgər rüxsət olursa nəqdi-ruhunu xəzaneyi-behiştə təslim edəyim və əgər olmaz isə gəldiyim kibi Mə’budimə gedəyim". Həzrəti-Rəsul Cəbraildən yana nəzər qıldı, Cəbrail ayıtdı: "Ey Seyyidi-Kainat, Həzrəti-İzəd müştaqi-cəmalındür və ərvahi-ənbiya arizuməndi-vüsalın". Həzrəti-Rəsulullah ayıtdı: "Ey Mələkül-mövt, sənin şəmşiri-səlabətin miqrazi-rişteyi-müba’idətdür və tiğiheybətün şəm’işəbistani- müvasilət. Xidmətində təqsir etmə ki, bən dəxi müştaqi-liqayam və arzuməndi-aləmi-bəqayam". İbn Əbbasdan nəqldir ki, Həzrəti-Rəsulun vəfat günü Həzrəti-İzəd buyurdu ki, Mələkül-mövt yer yüzünə yenüb rüxsət hasil etmədən Həzrəti-Rəsulun qəbzi-ruhi-şərifin qılmaya və küstaxanə mütəərriz olmaya. Mələkül-mövt bin-bin məlaikə ilə əlbiseyi-müləvvən geyüb və ənvaizibü zinnət ilə müzəyyən olub ol Həzrətin dəri-dövlət-sərayinə gəldilər. Mələkül-mövt bir ə’rabi surətində mütəməssil olub rüxsətidüxul istədi. Fatimə hazır idi, cəvab verdi ki: "Ey ə’rabi, Həzrəti-Rəsul kəndü halına məşğuldur, hala məcali-mülaqat degil. Mələkül-mövt səda bülənd edüb bir dəxi rüxsət istədi. Fatimə həm ol cəvabı verdi. Üçüncü növbət əşəddi-əsvatlə səda yetürdü ki, Həzrəti-Rəsul xəbərdar olub Fatimədən keyfiyyəti-halı sual etdi. Fatimə ayıtdı: "Ya Rəsulullah, bir mübrim ə’rabidür, rüxsəti-mülaqat istər, üzrlə məmnu olmaz və mə’zirət ana faidə qılmaz". Rəsulullah ayıtdı: "Ey Fatimə, bilirmisənol ə’rabi kİmdir". Fatimə ayıtdı: "Allahu və rəsuluhu ə’ləm"[32]. Həzrəti Rəsulullah ayıtdı: "Ol qate’i-ləzzat və müfərriqi-cəmaat, yə’ni Mələkül-mövtdür, qəbzi-ruhum etməyə gəlmiş. Heç bab ana məsdud olmaz və heç kim dəf’inə çarə bulmaz. Rüxsətdən qərəz hörmətixanədani- nübüvvətdir, yоxsa ana nə ehtiyaciizzətü rüxsətdir". Fatimə bu vaqiə’dən müztəribülhal olub bihuş olduqda, Həzrəti-Rəsul Fatimənin sineyi-bikinəsinə dəsti-mübarəkin qoyub bixud olub, Fatimə kəndüyə gəldikdə Rəsuli bixud görüb, təsəvvür qıldı ki, aləmi-bəqaya təvəccöh qılmışdır. Fəryad edüb ayıtdı: "Va əbətah mahalukə"[33]. Həzrət dideyiəşkbar açub Fatiməyi giryan görüb ayıtdı: "Ey cigərguşə, ağlama ki, cümleyi-ərş sənin naləyi-zarindən fəğana gəldilər". Və kəndü mübarək əli ilə Fatimənin çehrəsindən sirişkin pak edüb münacat etdi ki: "Ya Rəb, bu dərdməndi bənim fəraqimdə səbr ilə mümtaz et". Pəs, təriqi-təsliyə ilə ayıtdı: "Ey Fatimə, bənim ruhum qəbz olunduqda kəlimeyi-"İnna lillahi və inna ileyhi raci’un"[34] təkrar edüb təhəmmül pişə qıl ki, hər insana İzəd hər müsibətdə əvəz vermək müqərrərdir və hər təhəmmülə bin təcəmmül müqəddərdir. Fatimə ayıtdı: "Ey sərvər, sənə əvəzmi olur? Bu hala müqarin ümməhati-möminatı cəm’ edüb, cümləsinə təqvavü ta’ət və səbrü qəna’ət vəsiyyət qılub, Fatiməyə ayıtdı: "Həsən və Hüseyni hazır et". Həsən və Hüseyn hazır olub səlam verüb gtryan-giryan qarşusində durduqda cəmi’i-hüzzari-məclis ittifaqla giryan oldular. Şе’r:
Dəmi-vida’dır, ey çeşmi-tər, sirişk rəvan qıl,
Zəmani-hicrdir, ey dil, töküb sirişk fəğan qıl.
İmam Həsən çehreyi-pürqübar rüxsari-pürənvarinə sürüb və Hüseyn dideyiəşkbar kəfi-payi-ərş miqdarinə yetirüb fəğan edərlərdi. Ol Həzrət’əyni-işfaqla anlara nəzzarə qılub müfariqətlərindən ahihəsrət çəkərdi və sirişki-riqqət tökərdi. "Məqtəli-Nurül-Ə’immə"də məsturdur ki, ol Həzrət hini-vəfatda Həsən və Hüseynə mütəvəccih olub derdi ki: "Ey diriğa, yetimlik qubarı çehreyi-əhvalinizi dutub bikəslik-əsəri surəti-ətvarinizdə peyda oldu və cəmiyyətünüz pozuldu. Aya, ümməti-bivəfa sizə nə cəfalar qılalar və nə bəhanə ilə mütəərriz olalar?" Bu təkəllüm əsnasında biixtiyar giryan oldu. Ümmi Sələmə ayıtdı: "Ya Rəsulullah, səbəbi-giryə nədir?" Həzrəti-Rəsul ayıtdı: "Əynəma bəkəytü rəhmətən liumməti"[35]. Yə’ni giryan olduğum ümmətim üçündür, zira hüsni-ehtİmamla şərəfi-İslam bulmuşikən və qabili-qürbi-İlah olmuşikən bəndən sonra İblis iğvasinə giriftar olalar və irtikabi-kəmali-mə’siyət qılalar. Həm anlara üqubəti-İlahi təvəccöh qıla və həm bənim sə’yim zayе’о la".
Rəvayətdir ki, ol əsnada Əli ibn Əbi Talibi tələb edüb. HəzrətiMurtəza gəlüb ol Həzrət səri-mübarəkin bəstərdən qaldırıb, bə’zi lazım olan vəsiyyətləri əda qılub əmanətləri təslim etdi. Həzrəti Əlidən nəqldir ki: "Həzrəti-Rəçul bana bin bab elm tə’lim qıldı ki, hər birindən dəxi bana bin bab məftuh oldu".
Əlqissə, Mələkül-mövt ə’rabi surətində qapuda durub icazət tələb edirdi. Aqibət, rüxsət hasil edüb, hücrəyə girüb dedi: "Əssəlamu əleykə əyyuhən-nəbiyyi"[36]. Həzrəti-Izəd səlamlar yetürüb qəbzi-ruh etməyə fərman etmişdir, fərman nədür?" Həzrəti-Rəsul ayıtdı: "Ey Mələkül-mövt, bənim səndən bir hacətim var; bənim ruhum qəbz etmə, Cəbrail gəlməyincə". Mələkül-mövt ayıtdı: "Fərman sənindür". Bu hala müqarin Həzrəti-İzəd Rizvana buyurdu ki, behiştə ayin bağlayub hurü qıl-manı müzəyyən qıla və Maliki-duzəxə əmr etdi ki, nəvairi-cəhimə təskin verüb həyyatü əqaribin səmiyyati rəf’ola və sükkani-aləmimülkü mələkut və ərvahi-ənbiya və güruhi-mələ’iə’la istiqbala çıxalar və xüddami-hərimi-ərş ənvari-qüdsdən çırağlar yaxalar. Və bu məsaleh mürəttəb olduqdan sonra Cəbrailə hökm oldu ki, sündüsi-behiştdən bir məndil Həzrəti- Rəsula ilətüb xidmətinə müşərrəf ola. Cəbrail giryan-giryan gəldikdə Həzrəti- Rəsul ayıtdı: "Ey bəradər, bunun kibi halətdə bəndən mübaidət ixtiyar edərsən, səbəb nədir? Cəbrail ayıtdı: "Ya Rəsulullah, sənün xidmətin bəni səndən dur etmişdi, sənə bəşarət gətürmişəm, ya Rəsulullah, "Ənnirani qəd uxmidət və’lcinanu qəd züxrifət və’l-hurul-əyni qəd zuyyinət və’l-məlaikətu qəd səffət biqudumi ruhikəl’əziz"[37]. Şе’r:
İştiyaqi-dövləti-qürbündədir ərvahi-qüds,
Rəf’ edüb zülmət hicabın ərz qıl didarını.
Rövzeyi-Rizvana vəslindən nəsib et növbəhar,
Hurü qılman bəzminə şəm’ et məhi-rüxsarını.
Həzrəti-Rəsul ayıtdı: "Ey bəradər, bu bəşarətlər хoşdur, əmma mənə bir xəbər ver ki, bu xəbərlərdən əfzəl ola". Cəbrail ayıtdı: "Ya Rəsulullah, behişt səndən və ümmətindən müqəddəm cəmi’iənbiyaya və ümmətlərinə həram ola". Həzrəti-Rəsul ayıtdı: "Bu xəbər dəxi хoşdur, əmma bundan ə’la xəbərə müntəzirəm". Cəbrail ayıtdı: "Ya Rəsulullah, müqərrər oldu ki, ruzi-Qiyamət sibqətü təqəddümi-təfvizü şəfa’ət və tövfiqi-istehqaqi-rəhmət sənə verilə". Həzrəti-Rəsul ayıtdı: "Bu xəbər dəxi хoşdur, əmma bundan əşrəf xəbərə mütərəssidəm". Cəbrail ayıtdı: "Ey xazini-nüqudi-hikmət və ey əmini-gəncineyirisalət, nədür məqsədin?" Həzrəti-Rəsul ayıtdı: "Ey Cəbrail, ümmətim fikrindəyəm, aya, bəndən sonra həlli-əşkalü iğlaqi-məhamm və təhqiqimöhkəmatü mütəşabihati-ayati-kəlam və təmyizi-həlalü həram və tədbiriləvazimi- şər’ü əhkam və nizamiqaideyi- İslama nə vəchlə iqdam edələr və dərdlərinə kimdən dərman bulalar?"
Cəbrail ayıtdı: "Ey sərvər, ənduh çəkmə ki, onları Həq-taala kəndi pənahində saxlayıb, Qiyamət günü sənin şəfa’ətüni onlara nəsib edə və ol miqdar günahlardan təcavüz qıla ki, razı olasan". Həzrəti-Rəsul ayıtdı: "Hala razı oldum, ey Mələkül-mövt, xidmətinə qiyam et". Mələkül-mövt ol Həzrətin qəbzi-ruhişərifinə məşğul olduqda ol Həzrət səqfi-səraya baxub deyərdi: "Ya rəfiqül-ə’la"[38]. Nagah bu kəlimə ilə aləmi-bəqaya intiqal etdi. Şе’r:
Uçdu ol tavusi-qüdsi-aşiyan,
Getdi ol şahənşəhi-ülvi məkan.
Gər cahana mümkin olsaydı bəqa,
Tərk edüb getməzdi andan Mustəfa.
Bu bir rəvayət dəxi oldur ki, Mələkül-mövt Cəbrailin hüzurində ol Həzrətin ruhi-şərifin qəbz edüb, Cəbrail ə’layi-illiyyinə ilətdi. Və Əli ibn Əbi Talibdən nəqldir ki: "Ol halətdə bən asimandan sədayi-"Va Muhəmmədah"[39] istima’ etdüm".
Rəvayətdir ki, Həzrəti-Nəbidən sonra hərgiz Fatimeyi-Zəhrayı kimsənə mütəbəssim görmədi ol zəmanədək ki, Həzrəti-Rəsula vasil oldu və mütləq münbəsit olmadı ol vəqtədək ki, aləmi-bəqaya təvəccöh qıldı. Şе’r:
Ağla, ey Zəhra ki, səndən Mustəfadır fövt olan,
Mustəfa fövti zəminü asimanı ağladur.
Əfzəli-xəlqi-cahan çıxmış cəhandan lacərəm,
Bu müsibət cümleyi-xəlqi-cəhanı ağladur.
- ↑ Bütün yaradılanlar ölür.
- ↑ Bütün rizqə çatanlar ölür.
- ↑ Hər şey fanidir (Quran, 55, 26).
- ↑ Hər şey həlak olacaqdır (Qur’an, 28, 88).
- ↑ Hər ruh ölümü dadır (Qur’an, 29, 57).
- ↑ Harada olursuz olun, ölüm sizi yaxalar (Qur’an, 4, 78).
- ↑ Lakin о, Allahın elçisi və peyğəmbərlərin sonuncusudur (Qur’an, 33, 40).
- ↑ Mən Adəm oğlunun seyyidiyəm.
- ↑ Sən, əlbəttə, ölüsən və onlar da ölüdürlər (Qur’an, 39, 30).
- ↑ Səndən qabaq heç bir bəşəri ölümsüz qoymadıq (Qur’an, 31, 34).
- ↑ Bu gün dininizi təkmilləşdirdim, üzünüzə ne’mətimi tamamladım (Qur’an, 5, 3).
- ↑ Sadiqlərə doğru sözlərinin fayda verəcəyi gün (Qur’an, 5, 119).
- ↑ Övladın və malın fayda verməyəcəyi gün (Qur’an, 26, 88).
- ↑ Allahım, şahid ol.
- ↑ Mən mö’minlərə öz nəfslərindən daha üstun deyilmiyəm?
- ↑ Əlbəttə, ey Allahın elçisi.
- ↑ Хoş halına, ey Əbu Talibin oğlu, mən səni özümün, bütün mö’min qadınların və kişilərin mövlası kimi tanıyıram.
- ↑ Оna dost olana dost ol, düşmən olana düşmən.
- ↑ Sizə iki şeyi tapşırıram (əmanət): Allahın kitabını və ailəmi.
- ↑ Allahım, onu sev və sevdir.
- ↑ Allahın qələbəsi və fəthi yetişincə. (Qur’an, 110, 1).
- ↑ Sənin üçün axirət dünyadan daha хеyirlidir (Qur’an, 93, 4).
- ↑ Еy nöqsandan təmiz olan Allahım, məni bağışla, çünki hər şeyi verən sənsən.
- ↑ Allah sizləri ucaltsın; doğru yola aparsın, birləşdirsin, qorusun, yardım etsin və uğur versin.
- ↑ Allaha sığınıram!
- ↑ İkisindən inci və mərcan çıxır (Qur’an, 55, 22).
- ↑ Allah sənə хеyir versin!
- ↑ Mənim dərimə toxunana atəş toxunmaz.
- ↑ İstəsə məni yaşadar, istəsə öldürər.
- ↑ Еy Allahın Rəsulu, sənə salam olsun.
- ↑ Fəryad, ümidim üzüldü, belim sındı.
- ↑ Allah və elçisi daha yaxşı bilir.
- ↑ Atacan, necəsən?
- ↑ Biz Allaha aidik və qayıdışımız da onadır (Qur’an, 2, 156).
- ↑ Ümmətimin rəhməti üçün ağlayıram.
- ↑ Еy Nəbi, sənə salam olsun!
- ↑ Əziz ruhunun gəlişi üçün atəşlər söndürüldü, cənnətlər səhmana salındı, hurilər təzələndi və mələklər dəstə-dəstə dayandı.
- ↑ Еy ulu dost.
- ↑ Vay, Məhəmməd!