Hədiqətüs-süəda/Dördüncü bab
| ←Üçüncü bab. Həzrəti Seyyidül-Mürsəlin keyfiyyəti-vəfatın bəyan edər | Hədiqətüs-süəda. Dördüncü bab. Fatimeyi-Zəhra vəfatın bəyan edər Müəllif: Məhəmməd Füzuli |
Beşinci bab. Həzrəti Murtəza Əli vəfatın bəyan edər→ |
| Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild. Bakı, “Şərq-Qərb”, 2005, səh. 120-146 |
Pərdədari-hərəmsərayi-qüdrət əbkari-aləmi-hücərati-ərvaha rüxsəti-təzvicitə’əyyünati-
işba’ verdükdə hilyeyi-iste’dadi-alamla müzəyyən qılmadan
xəlvətgahi-xəfadan münəssəi-zühura çıxarmaz və məşşateyi-nihanxaneyi-hikmət
müxəddərati-nüfusun dəstitəəllüqlərin daməni-əqdi-əbdana yetürdikdə hiləli-istehqaqi-
səqamla zinət vermədən cülusi-məsnədi-şühuda rüxsət verməz. Şе’r:
Хakü əflak madərü pedəri,
Cüft olanda məgər nəticələri.
Ələmü şiddətü məşəqqət imiş,
Qəmü ənduhü dərdü möhnət imiş
Ki, cəhan içrə yох bulardan qeyr,
Həmnişini-sülukü həmdəmi-seyr.
Qaliba, ərusi-xudarayi-bivəfayi-cəhanın peyvəndinə rəğbət qılan və əqdi-ittisalinə rağib olan bilməz ki, anın mehri-müəccəli nəqdirəvan və cəhazi qətarihəfteyi- əyyama yüklü əmti’əyi-[möhnəti]- bikərandır və həmişə mənzilgəhifəraşi xaki-fəna və ətası əbri-bəla və həmvarə gülguneyi-rüxsarı məzlumlar qanıdür və lə’aliyi-ətrafibinaguşi sitəmzədələr əşki-rəvanı. Şе’r:
Zali-məkkarədür cəhani-xərab,
Qəmzeyi-şuxi afəti-əhbab.
Rəngi-gülguneyi-üzari’ əyan,
Didədən əhli-dərd tökdügi qan.
Tərfi-ruyində lö’lö’i-lala,
Gövhəri-əşki-aşiqi-şeyda.
Daneyi-xali-ruyi daği-cigər,
Türrəsi dudi-ahi-əhli-nəzər.
Müztərib xəstələr müdam andan,
Bulmamış hiç xəstə kam andan.
Mücmələn, zəmaneyi-qəddar və cəhani-sitəmkarın ədəmivəfasinə şahid bu yetər və qilləti-səfasinə dəlil bu kifayət edər ki, Bətuli-Zəhra kibi gövhəri-pakizə hərimi-qeybdən fəzayi-şühuda qədəm basduğı zəmandan pərdənişini-aləmi-bəqa olanadək bir dəm güli-rüxsarından qətərati-əşki-həsrət kəm olmadı və bir saət geysuyimüşkbarından əqdi-məlal açılmadı. Gah möhnəti-tə’ni-xəvatiniQüreyş çəkdi və gah ələmi-müfariqəti-pedəri-büzürgvarin görüb əşki-laləgun tökdü. Gah müfariqəti-Murtəza müsibətin gördü və gih əxbari-şəhadəti-övlad ona ələm yetürdi. Şе’r:
Vəh ki, dövrani-fələk Fatimeyi-Zəhranın,
Qönçeyi-lalə kibi qıldı qara bağrını qan.
Bir zaman keçmədi əyyami-həyatından kim,
Dili-pürxunini yandırmadı min daği-nihan.
Məhrəmi-hərimi-qəmxaneyi-suzü güdaz rüxsareyi-şahidi-razdan bu tərzlə pərdə salmış və Məryəmi-xameyi-müşkintərazdan Məsihi-təkəllüm bu təriqlə mütəvəllid olmuş ki, Həzrəti-Rəsulun Xədiceyi-Kübradan altı övladı olub, ikisi zükur: biri Qasim ki, Həzrəti-Rəsul anın ismilə mükənna idi və biri Əbdullah ki, təyyibü tahir deməklə mə’ruf idi. Və bənatimütəhhəratın biri Zeynəb və biri Ruqiyyə və biri Ümm Gülsüm və biri Fatimə idi. Və cəmi’i-övladı zəmaniİslamda mütəvəllid olub cümləsindən əsğər Fatimə idi və məcmu’i-əyyami- həyatində aləmi-bəqaya intiqal edüb təcərrö’i-zəhrifəraqi Zəhradan qeyrə nəsib olmadı. Fatimə viladətində ixtilafi-rəvayət çoxdur. Bə’zi derlər ki, vaqieyi-Fildən iyirmi beş il keçdikdə mütəvəllid oldu. Şeyx Məhəmməd İmam Məhəmməd Baqirdən nəql edir ki, məb’əsdən beş il keçdikdə mütəvəllid buldu. Və "Rövzətül-Vaizin" də məsturdur ki, Xədicə Fatiməyə hamilə olduqda HəzrətiRəsul buyurdu ki: "Ey Xədicə, Cəbrail bana xəbər verdi ki, sədəfibətnində olan lö’lö’i-şahvar bir səbiy-yədir Fatimə nam ki, anın nəsli cəvahiri-rişteyi-imtidadi-zəman olub, Qiyamətədək təsəlsül bula və ol silsileyicəvahir gərdənbəndi-ərusi-kainat ola".
Rəvayətdir ki, müddəti-həml münqəzi olub, zəmani-viladət qərib olduqda, Xədicə xəvatini-Qüreyşdən qabilə tələb qıldı. XəvatiniQüreyş ayıtdılar: "Sən bizə ’asi olub Əbu Talib kəfalətində olan yetimə razı oldun, biz sənə intisab etməkdən ar edəriz". Xədicə bu xəbərdən mütəəllim ikən nagah xəlvətində dörd xatun xəvatini-Qüreyşdən və Bəni Haşim vəz’ində zahir olub, ana tə’zim etdilər. Xədicə anları müxəddərati-qəbaili- ərəb təsəvvür edüb, əslü nəsəblərin sual etdikdə ayıtdılar: "Ey Xədicə, Həq bizi sənin xidmətinə mə’mur etdi". Bu xatunların biri Sara zövcəti-Xəlil və biri Məryəm binti-İmran və biri Külsüm rəzieyi-Musa və biri Asiyə zövcəti- Fir’on; və bunlar sənə dünyada xidmətkar və axirətdə rəfiqü yar olalar. Pəs, biri yəminində və biri yəsarında və biri qəfasında və biri müqabiləsində qərar dutub, Fatimə mütəvəllid oldu. Tahirü mütəhhər aləmi-vücuda qədəm basdıqda nuri-rüxsarı asimana ələm çəkdi və rayiheyi-müşkbarından səfheyi-ruyi-zəminə qübari-əbirü ənbər çökdü. Şе’r:
Şər’ gülzarinə rövnəq verdi bir növrəs nihal,
Asimani-dinə pərtöv saldı bir fərrux hilal.
Ol nihalın bərgü barindən dolub daməni-dəhr,
Ol hilala qıldı ənvari-hidayət intiqal.
Rəvayətdir ki, həm ol saətdə behiştdə on ədəd huri, hər biri bir təşt və ibriqilə hazır olub, qabilə olan xatun ol ibriqlərdən abi Kövsər töküb, Fatiməyi qüsl edüb, bir kafurgun hərirə sarub, Xədicəyə təslim edüb qeyb oldular. Həzrəti- Rəsul qüdumi-Fatimədən xəbərdar olub hücrəyə gəldikdə, Xədicə Fatiməyi ol xirqə ilə Həzrəti-Rəsul kənarında qoyub, Həzrət ana Fatimə nam etdi və künyəti Ümmü Məhəmməd və ləqəbi Raziyyə və Mərziyyə və Məymunə və Zəkiyyə və Zəhradır və anın fəzaili həddən ziyadə və mənaqibi latü’əd və latühsadır. "Rövzətül-Əhbab"da Ayişədən mənquldur ki, andan sual etdilər ki: Övraticənnətdən Həzrəti-Rəsul kimə ziyadə ehtiram edərdi? "Ayişə ayıtdı: "Fatimənin ziyadə hörmətin dutardı. "Dedilər: "Cinsi-zükurdan kimin ri’ayətin əfzun ed rdi?" Dedi: "Əli İbn Əbi Talibin". Və bu xəbər səhhətə yetmişdir ki: "Fatimə biz’ətun minni"[1].
Rəvayətdir ki, Həzrəti-Rəsul bir ğəzaya mütəvəccih olub və Murtəzayi həmrah alub, Həsən və Hüseyn tifl olmağın mürafiqət qılmadılar. İttifaqən zəmani-qeybətlərində bir gün Hüseyn Mədinə xurmalığında seyr edərkən, Saleh bin Rüq’еyi-yəhudi fürsət bulub Hüseyni alub mənzilində pünhan etdi. Bir gün peyda olmayub, atəşi- müfariqət Zəhra cigərin yaxıb, yetmiş növbət hücrə qapısına gəlüb bir kimsənə bulmadı ki, anın mütalibətinə irsal edə. Aqibətüləmr İmam Həsənə ayıtdı: "Ey cigərguşə, Hüseyn qaib olmuşdur, tələb et". Həzrəti-Həsən iztirabla Mədinə bağına gəlüb, "Ya Hüseyn İbn Əli və ya qurrətə’əynən-Nəbiyyi eynə əntə"[2], – deyüb təcəssüs edərkən bir guşədən bir ahu çıxdı. İmam Həsən ayıtdı: "Ya zəbiy ə’raəytə əxi Huseynən?"[3]. Ahu Həq fərmanilə mütəkəllim olub ayıtdı: "Ey nuridideyi- Mustəfa və Murtəza, vey süruri-sineyi-Zəhra! Əxəzəhu Salih əbni Rüq’ə əl-yəhudi və əxbihu fibeytihi"[4]. İmam Həsən Salehiyəhudinin mənzilinə gəlüb ayıtdı: "Ey Saleh, qarındaşım Hüseyn sənin mənzilindədür, mənə təslim et, tə’əllül etmə, yоxsa validəsinə ərz edərəm küngüreyi-gərduna kəməndi-ahicigərsuz atub və dəstiniyazla daməni-ərş dutub bir dua ilə cəmi’i-yəhud cinsin yer yüzündən götürüb və ya validi-büzürgvarinə surəti-halı şərh edərəm ki, tiğiabdar və Zülfiqari-sainəkirdar ilə yer üzün yəhudilər qanından laləzar edər və ya cəddi-alimiqdarinə bu vaqi’ədən xəbər verürəm hədəfi-Qabi-qövseynə navəkidua rəvan edüb taifeyi-Yəhuda müjdeyi-nüzuli-bəla gətürür və xirmənicəm’iyyətlərinə bərqi-fəna yetürür". Şе’r:
Həzər qıl naleyi-məzlumdan, ey səngdil zalim
Ki, tiri-ahının peykanı gərdundan güzar eylər.
Sinani-bərqdir ahi-təzəllüm, ehtiraz et kim,
Əgərçi səngdilsən, zəxmi anın daşa kar eylər.
Salehi-Yəhudi ol fəsahətdən mütəəssir və mütəhəyyir olub ayıtdı: "Ey əziz, validən kimdür?" İmam Həsən ayıtdı: "Vali dəm səfvətixanədani- risalət və qüdvəti-dudmani-nübüvvət, sədəfi-səffətü ismət qürreyi-çöhreyi-elmü hikmət, nöqteyi-daireyi-mənaqibü məfaxir, ləmə’еyi-nasiyeyi-məhamidü məasir, madərisadati məcmə’i-səadət, şəm’i-ərse’i-ərəsat, Bətuli-Əzra yə’ni Fatimeyi-Zəhra". Saleh ayıtdı: "Validən mə’lum oldu, validün kimdür?" İmam Həsən ayıtdı: "Validim şiri-Yəzdan, şahi-mərdan, mühəddidi-cəhati-məkarim, müxtəre’iqəvanini- mərahim, müsəllili-qibləteyn, qürrətül-’еyni- seyyidüs-səqəleyn rəisül-övliya, ənisül-ənbiya yə’ni Əliyyi-Murtəza". Saleh ayıtdı: "Validin dəxi mə’lum oldu, cəddin kimdür?" İmam Həsən ayıtdı: "Cəddim gövhəri-xəzaneyi-Xəlil, səməreyişəcəreyi- İsmail, nuri-qəndili-tə’zimü təbcil, Həbibi-Məliki-Cəlil ol İmami-müftərizüt-ta’ə ki, Məkkədə nəmazi-fəraiz qılub, MəscidiƏqsada sünnət əda qıldı və əhvali-qüruni-sabiqə və ümuri-atiyəni əhkami-haliyyədən əvzəh buldu. Mənzili-fürqan, vazihi-iman, rəsuli-səqəleyn, məhrəmi-hərimi Qabi-qövseyn, cəddi-sibteyn, sərvəri-ənbiya yə’ni Məhəmməd Mustəfa".
Şahzadə ədayi-mənaqib qıldıqca seyqəli-kəlami-mö’ciznizamı Salehi-yəhudinin mir’ati-zəmirindən zəngi-küfrü zəlalət tədric ilə rəf’ edüb və nükatimöizəamizi tə’siri-təmam qılub, qətərati-əşk gözdən töküb ayıtdı: "Ey şahzadə, təsəlsüli-ibarati-dilpəzirin kəməndi-gərdəni-can oldu və tərəşşühi-zülali-kəlimatibinəzirin hədiqeyi-е’tiqada tərvihi-təravət buraxub, riyazi-rəvanimi xürrəm qıldı". Şе’r:
Gövhəri-dəryayi-hikmətdir kəlami-dilkəşin,
Tairi-dil seydinə hər nüktəsi bir danədür.
Rişteyi-irfana canpərvər sözün dürlər düzər,
Söz budur kim, sən dedin, qeyrin sözü əfsanədir.
Ey nuri-didə, bəradərin sənə ol zəman təslim olunur ki, məni daireyi-imana çəküb kəlimeyi-İslam ərz edəsən". İmam Həsən ana iman ərz edüb, Salehiyəhudi ixlasla müsəlman olub, HəzrətiHüseyni evindən çıxarub, üzərində bir təbəq dirəm nisar edüb Həsənə təslim etdi və Həsən Hüseyni Fatimə hüzuruna gətürüb şərəfiqüdumindən möhnəti-müfariqət nəhayətə yetdi. Şе’r:
Оl ki, eşq içrə bəni şöhreyi-dövran etdi,
Getdi qəm, gəldi [fərəh, cümlə] küdurət getdi.
Salehi-yəhudi bir gündən sonra yetmiş nəfər yəhudi əqrəbasindən müsəlman edüb, dəri-hücreyi-təharət ziyarətinə gəlüb, dərgahi-aləmpənaha üz sürüb təzərrö’ etdi ki: "Ey Mə’sumə, xəta qıldum, günahımı əfv et". Fatimə ayıtdı: "Ey Saleh, bən günahından keçdüm, əmma pedəri-büzürgvarimdən dəxi istifa tələb qıl ki, ol sərvəri övliya və sərdəftəri-əsfiyadır.
Əlqissə, Salehi-yəhudi Həzrəti-Mustəfa səfərdən müraciət edənədək səbr edüb, Murtəzanın xidmətinə müşərrəf olub surəti-halın ərz etdikdə Həzrəti- Murtəza ayıtdı: "Ey Saleh [bən] təcavüz qıldum, əmma cəddi-alimiqdarindən dəxi istid’ayi-əfv etmək gərək ki, seyyidi-ənbiya və əfzəli-xəlqi-Xudadır". Saleh giryan-giryan Həzrəti-Rəsul xidmətinə gəlüb ərzi-hal etdikdə Həzrəti-Rəsulullah buyurdu ki: "Bana şərti-İslamla mə’zirət məqbuldur; əmma Həsən və Hüseyn Həzrəti-Izəd möhtərəmləridür və anların izasindən əlbəttə Həzrəti-Həq mütəəzzi olmuşdur, istiğfar etmək gərək". Salehi-biçarə səhralara düşüb fəryadü fəğan edirdi ki. Şе’r:
Ya Rəb, əsiri-dami-bəlavü müsibətəm,
Müstəğrəqi-təlatümi-bəhri-zəlalətəm.
Bərqi-günah yaxdı binayi-vücudimi,
Rəhm et ki, zillət ilə tələbkari-rəhmətəm.
On yeddi gün sərgəştəvü sərasimə gəzüb təəssüf və təhəyyürlə növhələr qılub, on səkkizinci gündə Cəbrail Həzrəti-Rəsula səlamiMəliki- Cəlil gətürüb ayıtdı: "Ey Seyyidi-[Kainat], ol biçarənin tövbəsini qəbul etdim və günahına qələmi-əfv çəkdüm, bəşarət ver və müjdə yetür".
Ey əziz, təəmmül qıl və nəzər et gör ki, bir kimsənə Həzrəti Hüseyni bir zəman məhbus edüb, xatiri-mübarəkin azürdə qılmağilə nə miqdar təzərrödən sonra məğfur oldu. Aya, nə ola anların əhvalı ki, də’vayi-İslamla ol mə’sumi-tiğisai-qəbarla parə-parə qılub, etdükləri əməldən istiğfar etməyələr və əsla daməni-təəssüf və təhəyyür dutmayalar. Şе’r:
Еy tökən zülmilə övladi-Rəsulun qanını,
Olmamış guya xəbər qovğayi-məhşərdən sana.
Məsti-cami-cəhdü qəflətsən özündən bixəbər,
Xövf yох Həqdən, xəcalət yох Peyğəmbərdən sana.
Hüzeyfə Yəmanidən nəqldir ki, "Bir gün Həzrəti-Rəsul xidmətində idim, məğrib nəmazın əda qılub fariğ olduqda, hücreyitəharətəmütəvəccih oldu, bən dəxi əqəbincə rəvan oldum, [gördüm] bir şəxsi-mühib xidmətinə gəlüb anınla müşavirət qıldı və qaib oldu. Ol Həzrət bəndən vaqif olub ayıtdı: "Ey Hüzeyfə, nə hacətin var?"
Ayıtdım: "Ya Rəsulullah, gəlmişəm ki, bənim üçün və validəm üçün tələbiğüfran edəsən". Buyurdu ki: "Ğəfərallahu ləkə və li-ummikə"[5] və buyurdu ki, "Ey Hüzeyfə, ol şəxs ki, bənümlə müşavirət edərdi, gördünmü?" Dedim: "Bəli, ya Rəsulullah". Buyurdu ki: "Ol bir mələkdür ki, hərgiz bundan əqdəm yer yüzünə nüzul etməmişdür. Həzrəti-İzəddən rüxsət hasil edüb bənim səlamımla müşərrəf olmağa gəlmiş. Bana bəşarət yetürdi ki, Fatimə seyyidətün-nisa’i-behiştdir və Həsən və Hüseyn behişt növcavanlarının seyyidləridir. Pəs, Fatiməyə ayıtdı: "Ey fərzənd, sənə bu səadət yetər ki, əfzəli-xəvatini-dünya və axirət olasan". Həzrəti-Hüseyni-Əlidən nəqldir ki, çün Həq-tə’ala behişti Adəm və Həvvaya ərzani qıldı və Həvvanın lətafəti-cəmali tə’siri-həvayi-behiştdən mütəzaif və mütəzaid oldu, bir gün Adəm diqqətlə Həvvaya nəzər salub və anın cəmalın mənzuri-nəzəri-е’tibar qılub ayıtdı: "Ey Həvva, aya, nəqqaşi-qüdrət kargahi-fitrətdə sənin peykəri-cəmiləndən əcməl surət çəkmişmi ola?" Filhal bargahiizzətdən Cəbrailə hökm oldu ki, Adəmi firdövsi-ə’la seyrinə hidayət qıl. Adəm nüzhətsərayi-firdövsə qədəm basdıqda gördü bir büsatimürtəfe’ üzrə əlbiseyi-mükəlləl və mürəssə’ylə bir cəmilə qərar dutmuş ki, şə’şə’еyi-nuricəmalindən sahəti-behişt münəvvər olmuş və lətafəti-rüxsarinə dideyi-hurü qılman mütəhəyyir qalmış, nurdan fərqi-mübarəkində bir əfsəri-dirəxşan və hər qulağında bir guşvareyiqəltan. Şе’r:
Laleyi-rüxsarı olmuş zivəri-baği-behişt,
Xaki-payi xüld bağın eyləmiş ənbərsirişt.
Sün’ me’marı bina qıldıqda qəsri-hüsnünü,
Müşki-nabü laleyi-həmradan etmiş xakü xişt.
Adəm mütəhəyyir olub ayıtdı: "Ey Cəbrail, bu nə cəmilədir ki, müşahideyihüsnü heyrətəfza və mülahizeyi-cəmali dilrubadür". Cəbrail ayıtdı: "Bu, Fatimeyi-Zəhradır, binti-Məhəmmədi-Mustəfa və başındakı əfsəri-dirəxşan zövci Əliyyi-Murtəzadır. Bu guşvarələrinün biri Həsəni-Muctəbadır və biri Hüseyni- Kərbəla". Adəm ayıtdı: "Ey Cəbrail, bunlar nə zəmanun xəlqidir[lər]?". Cəbrail ayıtdı: "Ey Adəm, əgərçi bunlar aləmi-surətdə səndən zühur edəcəkdirlər, əmma xilqətləri dörd bin il səndən müqəddəm vaqe’ olmuşdur". Şе’r:
Bən sərbüləndi-aləm idim aləm olmadan,
Xaki-dərin məqamım idi Adəm olmadan.
Dövlət buraxmış idi bəni asitaninə,
Adəm behişt xəlvətinə məhrəm olmadan.
Ayişədən mənquldur ki, bir gün Həzrəti-Rəsul üzərində bir kəsayi-pəşminə olub, Murtəza və Fatimə və Həsən və Hüseyni ol kəsay altına alub buyurdu ki: "İnnəma yuridullahu liyüzihibə ənkumur-ricsə əhləlbeyt?" və həm ol dörd kimsənənün xüsusunda buyurdu: "İnni hərəbə-limən hərəbəkum və sələmə limən sələməkum", yə’ni mən hərb edərəm anlarla ki, sizinlə hərb edər və sülh edərəm anlarla ki, sizinlə sülh edər.
Həzrəti-Fatimə səkkiz il Məkkədə mülazimi-Mustəfa olub kəramət və işaratının nihayəti yоxdur. Ol cümlədəndir bu ki, bir gün Həzrəti-Rəsul Məscidihəramda divara təkyə qılub qərar dutmuşdu. Xəvatini-ərəbdən bir güruhi-müzəyyən və mürəttəb xidmətinə müşərrəf olub ayıtdılar: "Ya Məhəmməd, əgərçi millətlə səndən biganəyüz, əmma bir şəhərdə həmxanəyüz. Bu gün bir cəmiyyətümüz olub xəvatini-ərəb cəm’dür, iltimas edərüz ki, Fatimeyi-Zəhraya rüxsət verəsən ki, bizi müşərrəf qıla, şayəd hüsni-ixtilatla münqəti’ olan rişteyiülfətimiz təcdidi-ittisal bula". Xaceyi-Kainat rəddi-sual caiz görməyüb iltimaslərin qəbül edüb buyurdu ki, siz gedin, bən Fatiməyi mütəaqəb irsal edəyim. Pəs Fatimə hüzuruna gəlüb ayıtdı: "Ey nuri-didə və ey nütfeyibərgüzidə, bizə divani-qəzadan hökm olmuşdur ki, cəfa gördükcə vəfa ərz edəyüz və biganəlik müşahidə qıldığca aşinalıq qılayuz". Şе’r:
Хardan xunrizlig gördükcə gül xəndan olur,
Səbr edən хеylü həşəm bidadinə sultan olur.
Möhnətə səbr eyləyən rahət bulur kim, Yusufa,
Səltənət təxtinin əvvəl payəsi zindan olur.
Ey Fatimə, bu gün xəvatini-ərəb bəndən hüzurini iltimas etdilər ki, cəmiyyətlərin feyzi-qüduminlə müşərrəf qılasan və bən dəxi qəbul etdim. İmdi şərti-vəfayi-əhd hüsni-rizayi-şərifindür". Fatimə ayıtdı. Şе’r:
Sən şəhənşahi-səriri-ədlsən,
Bən sənin bir bəndeyi-fərmanınam.
Ribqeyi-hökmündən etmən inhiraf,
Nişə kim, pərvərdeyi-ehsanınam.
Ey pedəri-büzürgvar, vəfayi-əhdinə iqdam edərəm, əmma mütəhəyyirəm ki, nə kisvətlə ol məhfilə girəm. Hala Ütbənin və Şeybənin və Əbu Cəhlin bənatü əzvacı əlbiseyi-əlvanla məsnədirif’ətdə oturmuşlar, bən bu cameyi-mürəqqə’ və çadiri-pəşminə ilə hazır olduqda Həmmalətəl-Hətəb bir yandan mütə’ərriz ola və Hindicigərxar bir tərəfdən təşni’ qıla". Ey nuri-didə, anların nəzərləri qasirdir, nəzzareyi-aləmi-mə’na qılmazlar və aləmi-surətdən qeyr aləm olduğun bilməzlər. Şе’r:
Mərdümi-surətpərəstin himməti kutah olur,
Məhvi-surət zövqi-mə’nadan qaçan agah olur.
Bunu deyüb [Həzrəti-Fatimənin]əşki-həsrət dideyi-əşkbarindən rüxsarinə tökülürdü. Həzrəti-Rəsul ayıtdı: "Ey cigərguşə, məlul olma ki, bizə nisbət əlbiseyi-faxir libasi-təqvadür və taci-mürəssə’ əklili-elmü rizadır; ərusinövbaharın pirayeyi-cəmalinə nə е’tibar, çün sərsəri-xəzan təsəllütilə tarac olur və şahidi-şəm’in əfsərizərnigarinə nə е’timad, çün rişteyi-həyatın yel qət’ qılur. Şе’r:
Məqsudin əgər din isə dünyadan keç,
Allaha yapış, cümleyi-əşyadan keç.
Tapşur nəmi-əşkü şö’leyi-ahainan,
Yə’ni ki, səradan və Sürəyyadan keç.
Bu mühavirə, əsnasında Cəbrail nüzul edüb ayıtdı: "Ya Rəsulullah, hökmdür ki, Fatiməyi ol cəmiyyətə irsal edəsən ki, yümniqüdumindən bə’zi əsrari-nihan münkəşif olsa gərək". Həzrəti-Rəsul buyurdu ki, ey Fatimə, Cəbrail irsalinə fərman yetürdi, Fatimə ayıtdı: "Ya Rəsulullah, bəndə müxali-fət yох idi, əmma mülahizə qılurdım ki, dünya matəmsərayi-axirətdir, bu matəmsərada surü sürura hazır olmaq nə münasib, çün hökmi-müta’I İzəd müəkkəd fərmani-şərəfinüz vaqe’ oldu, dəxi nə çarə". Pəs, müqnə’еyi-iffət fərqi-mübarəkinə alub və çadiri-ismət pərdeyibədəni- lətif qılub, hücrədən afitabi-taban kibi tənha dışraya qədəm basdı. Şе’r:
Tulu’ etdi bürcündən ol afitab,
Buraxdı cəmalindən afaqa tab.
Qədəm xaka basdıqda ol nuri-pak,
Qənadili-nur oldu əczayi-xak.
Xəvatini-ərəb dideyi-qürur açub mütərəssid və müntəzir idi ki, Fatimə çadiriparə- parə və cameyi-rüq’ə-rüq’ə ilə gəlüb bizim səriri-rif’ətümüz və əfsəri-şövkətimiz gördükdə atəşi-həsrət binayi-vücudin yaxacaqdır və seyli-sirişk mə’mureyi-həyatın yıxacaqdır. Nagah gördülər heybət və səlabətlə bir xatuni-üzma və banuyi-kübra əncümənlərinə sayeyi-sə’adət buraxdı ki, şə’şə’еyi-nuri-cəmalindən basirə xirə olub, dəbdəbeyi-həşmətindən dideyi-əql heyrət alur. Fərqi-mübarəki əklili-mürəssə’ylə gərdunsay və bədəni-lətifi dibayi-müləvvənlə cilvənümay, səlasili-lə’alidən qürreyi-cəbini pürzivər və həmaili-mütəlladan sərvi-xuramanı barvər. Ətrafü cəvanibində məhvəş cariyələr və gülrüxsar xadimlər: kimi şəqqeyi-çadiri-ismətin ədəb əlilə götürmüş ki, xakdani-dünyadan qübaralud olmaya və kimi daməni-miqnəeyi-iffətin dutmuş ki, xarzari-dəhrdən azar bulmaya, kimi xaki-rəhgüzarinə gülabəfşan və udsuz və kimi məsmərrimürurində xaşakrub və şəm’əfruz. Əlqissə, ol əsasü əsbabla ol məcmə’ə qədəm basdıqda xəvatini-sənadidi-Qüreyş ol şükuhü şövkətə və zibü ziynətə mütəhəyyir qalub və kim olduğun bilməyüb, təvəqqüfsüz sədri-məclisi ana təslim qılub, ayəti-qürurləri mənsux və surəti-cəmiyyətləri məmsux olub, bir-birinə ayıtdılar: "Aya, bu nə şəhzadədür ki, qəbailimizdə görməmişüz və bu nə əsbabitəcəmmüldür ki, daməni-təmlikinə dəsti-təsərrüf yetirməmişüz". Şе’r:
Kimdir aya bu ki, nurilə münir oldu cəhan,
Məhi-rüxsarinədir dideyi-dövran nigəran.
Özü sərvər, qədi dilbər, rəvişi canpərvər,
Oturur şəm’, durur sərv, yürür ruhi-rəvan.
Rü’bü dəhşətləri rəf’ olub, nəzəri-əəmmül qıldıqda təhqiq etdilər ki, Fatimə binti-Rəsulullahdır, tərtibi-müqəddəmatları əksi-mətlub nəticə verüb, bə’zi ki, cibilliyətlərində iştidadi-küfr rüsux bulmuşdu, ol kəramati-sehrə həml edüb tabinəzzarə gətürməyüb məclisdən çıxdı; və bə’zi ki, qabili-islah idi, zəbani-mə’zirət açub ayıtdılar: "Ey məxdumzadə, səfa gətürdün və bizi topraqdan götürdün, mə’akilü məşaribdən xatiri-mübarəkin nə istərsə hökm et hazır olsun". Fatimə dürci-cəvahirdən gövhəri-məva’izə nisar edüb ayıtdı: "Ey əizzeyi-Qüreyş. Şе’r:
Biz cəhanı paymal etmiş cahanpeymalərüz,
Qülleyi-Qafi-qəna’ət bəsləyən ənqalərüz.
Fəqriləndir fəxrimiz, dünyaya rəğbət qılmanuz,
Cifəyə meyil etmənüz, tutiyi-şəkkərxalərüz.
Bizim maideyi-fəqrdən qidamuz təsbihü təhlil və hasilimiz ol qidadan tə’zimü təbcil; və kəlimeyi-"Əcu’u yovmən və əşbə’u yovmən"[6] pedəribüzürgvarım mübahatıdır və ne’məti-vilayətü kəramət ol sülukin bərəkatıdür. Əgər bizim rizayi-xatirimüz məqsud isə, zülməti-kufrdən fəzayi-imana çıxun və xəlvəti-е’tiqadınızda şəm’i-iman yaxun".
Əksəri-hüzzari-məclis Fatimənin ləfzi-gövhərbarindən mütəəssir olub, ol kəramətləri müşahidə qılub müsəlman oldu və şərəfi-iman buldu.
Və bu surət "Şəvahidün-Nübüvvət"də məsturdur: Rəvayətdir ki, müddəti-hicrətdən bir il tamam olduqda Fatimə doqquz yaşına və bir rəvayətdə on dörd yaşına və bir rəvayətdə iyirmi yaşına yetmişdi və əkabirü əşrafi-Qüreyşdən təzvicinə rəğbət etdikcə ol Həzrət buyururdu ki, Fatimə təzvicində müntəzirivəhyəm. "Kitabi-Mənaqibi-Əbül-Müəyyəd Xarəzmidə" məsturdur ki, Hafiz Əbül-Mə’ali-Hüseyn bin Əlidən nəql etmiş ki, bir gün Həzrəti-Rəsul Ümm Sələmə sarayində idi, [bir mələk nüzul etdi] ki, igirmi başı olub hər başında bin dili var idi və hər dililə müsəbbih və mühəllili-İzədi-Cəbbar idi; və kəfi-dəsti fəzayi-asimana müqabil, şəkli mühib və şəmaili hail. Həzrəti-Rəsul anı Cəbrail təsəvvür qılub ayıtdı: "Ey bəradər, hərgiz səni bu surətdə gərməmişəm". Mələk ayıtdı: "Ey məliki-mülki-risalət, bana Sərsail derlər. Həzrəti-Həq bəni irsal etdi bir nuri bir nura tapşırmağa, yə’ni Fatiməyi Murtəzayaəqd etməyə".
Həzrəti-Rəsul həsbül-hökmi-İlahi həm ol saətdə Cəbrail və Mikail şəhadətilə Fatiməyi Murtəzaya əqd etdi. Və Şeyx Tirmizi kitabi-"Nəzmi-Darüs-Sibteyn"də zikr edər Ənəs bin Malikdən ki: "Bir gün Həzrəti-Rəsul xidmətində idim, bəşəreyi-mübarəkində asari-vəhy zahir olub mütəcəlli olduqda buyurdu ki, "Ey Ənəs, Cəbrail gəlüb bana bu pəyamı gətürdi ki: "İnnəllahə yə’murukə ən-tuzəvvicə Fatimətən bi-Əliyyin"[7]. Ayıtdı əşrafimühacir və ənsarı cəm’ et". Bən dəxi əmri-şərifi müqtəzasincə sənadidi-Qüreyşi cəm etdikdən sonra ol Həzrət xütbeyi-bəliğ əda qılub ayıtdı: "Ey qövm, əmriVacibülvücud və hökmi-nafizi-Mə’bud cari oldu ki, Fatimeyi-zəhrayı Əliyyi-Murtəzaya əqd edəm sizin şəhadətinizlə". Pəs ƏliyyiMurtəzanı hazır edüb ayıtdı: "Ya Əli, Fatiməyi sənə verdim, dört yüz misqal nüqreyi-xalis mehrlə, qəbul etdinmi?" Əli ayıtdı: "Ya Rəsulullah, qəbul etdim".
Və bir rəvayət dəxi oldur ki, Həzrət dua qılub buyurdu ki, "Cəm’ə Allahu beynəkuma və əs’ədəkuma və barəkə əleykuma və əxrəcə minkuma kəsirən təyyibən"[8]. Və kitabi-"Mənaqibi-Xarəzmi"də məzkurdur ki, Cəbrail Həzrəti- Rəsulun xidmətinə gəlib behiştdən bir miqdar sünbül və qərənfil gətirüb ayıtdı: "Ya Rəsulullah, Həzrətiİzəd buyurdu ki, səhni-behişt müzəyyən olub və nihali- Tuba bara gəlüb və məlikə ərzi-əsma günü Adəm xətib olduğu mənzildə cəm’ olalar və hurü qılman məcmə’i-sur mürəttəb qılalar; və Rahil nam firiştə ki, hicabi-bargahi-rübubiyyətdən və ə’yani-dərgahiüluhiyyətdəndür, nurdan minbər qurub zəbani-fəsihilə xütbeyi-nikah inşa qılub, Fatiməyi Murtəzaya əqd bağlaya və məlaikə güvah olub kitabi-divani-qəzada səbt edələr, bu surət vaqe’ olub, bən ki, Cəbrailəm bu əqdnamənin surətin bir hərirə təhrir edüb xazini-behiştə təslim etdim. Və mühümmi-əqd sərəncam olduqda müxəddəratihücərati- behişt təbəqtəbəq sünbül və qərənfil nisar edüb və nihaliTuba gətürdügü şükufələri üzərlərinə saçub və ərayisi-həvra hüləlü hilyələrin rəhgüzarlərinə buraxub, qaideyi-sur mürəttəb oldu və bu gətürdügüm sünbül və qərənfil ol nisarlərdəndür". Və bir rəvayət dəxi oldur ki, nihali-Tuba rüq’ələr nisar etdi; ol rüq’ələrin hər birində bir müxlisin ismi mərqum olub məzmunu bu ki, behişt ruzi-Qiyamət əshaba vasil qıla. Ya Rəsulullah, sən dəxi Fatiməyi Murtəzaya əqd et". Pəs, Həzərti-Rəsul ol əmr mövcibincə Fatiməyi Murtəzaya əqd etdi. Və Ümm Sələməyə buyurdu ki, Əlinin hücrəsinə varıb Fatiməyi təslim etdi. Ümm Sələmə rəvan olduqda Həzrəti-Rəsul dəxi nəmaz edüb, mütə’aqib rəvan olub, bir kuzə su gətürüb və lüa’bi-şəhdamizlə məmzuc edüb, üzərinə müəvvizəteyn və münasib ayətlər оxuyub Həzrəti-Əliyə ol kuzədən vüzu qıldırub təcərrö’ etdürdikdən sonra Fatimənin sineyi-bikinəsinə saçub ayıtdı ki: "Əllahummə inni ə’izuha [bəkə] və zurriyyətəha minəş-şeytanir-rəcim"[9]. Və bir miqdar dəxi Murtəzanun ə’zasinə saçub ayıtdı: "Əllahummə kəma əzhəbtə ənirricsə və təhhərtəni fətəhhirhuma"[10]. Andan sonra dışra çıxmaq istədikdə Fatimə giryan oldu. Həzrəti-Rəsul ayıtdı: "Ey cigərguşə, ağlama, əl-minnətü lillah, səni bir kimsənəyə vermişəm ki, qədri cəmi’i-xəlqdən füzun və elmi cümlədən ziyadədir, ol bənim əqrəbi-Əhli-Beytim və əfzəli-ə’vanım və əşrəfi-ənsarımdür. Ol Mə’bud həqqiçün ki, bənim nəfsim anın qəbzeyi-qüdrətindədür ki, səni bir kimsənəyə vermişəm ki, sultandır dünyada və seyyiddir axirətdə". Fatimə ayıtdı: "Ya Rəsulullah, mən qilləti-mal və üsrəti-haldan əndişə qılub Əli canibindən məlalət çəkməzəm, əmma xidməti-şərifindən filcümlə müfariqət lazım gəlüb riqqətim onunçündür". Şе’r:
Səndən ayrılmaq mə’azallah bir ölməkdir bana,
Bil ki, ayrılmaqdan ölmək bəlkə yegrəkdir bana.
Rəvayətdir ki, Həzrəti-Fatimənin cihazı iki ədəd qəmisi-bürd və iki bazubəndi-nüqrə və bir qətifeyi-mürəqqə’ və bir qədəh və bir asyasəng və bir ardbiz və iki səbu və bir məşk və bir məşrəbə və iki nihali [ki,] birinin həşvi tiraşeyi-səxtiyan idi və birinin lifi-xurmadan və dört ədəd balış: iki pəşmdən məmlu və ikisi lifi-xurmadan məhşu. İmam Seyf "Kitabi-Sünənül-Cami"də nəql etmiş ki, münafiqlərin biri Mədinədə Murtəzaya tə’n edüb ayıtdı: "Ey Əli, sən əşcə’i-əhlizəmanə və fəridi-yeganəsən, nişə bir kimsənə ilə ittisal etdin ki, şami çaştinə vəfa qılmaz və çaşt bulsa şam bulmaz; əgər bənim ittisalım qəbul etsəydün, sərayimdən sərayinədək cihazla məmlu qılaydım və sənin mə’işətinə cəmi’i-ömrümdə kəfil olaydım". Həzrəti-Murtəza ayıtdı: "Ey gümrah, bu əmr bənim tədbirimlə degil, "Əl-hukmu lillahil- əliyyil-kəbir"[11]. Şе’r:
Еy mürəssə’ tac məğruru olan, bil kim, fələk
Hər kimi aləmdə bir rəng ilə eylər xaksar.
Lə’l sanma kim, firibi-firqeyi-ətfal üçün,
Rəng vermişdir qara toprağa dövri-ruzigar.
Və heç şək yох ki, Həzrəti-İzəd əhsəni-əhval bizə lütf etmişdür və xəzaneyi-iltifatindən əfzəli-məvahib bizə yetmişdür. Şе’r:
Biz məta’i-mülki-dünyadan fərağət qılmışuz,
Kimyayi-fəqrdən kəsbi-səadət qılmışuz.
Qeyrə et, ey çərx, ərzi-cahü mülkü mali kim,
Biz qənaət əhliyüz, fəqr ilə adət qılmışuz.
Rəvayətdir ki, Həzrəti-Əli tə’neyi cühhaldan mütəəssir olmayub, istiğna təriqin məsluk etməgin nida gəldi ki: "Ey Əli, mütəvəccihi-asiman olub tamaşa qıl". Həzrəti-Əli nəzarə qıldıqda gördü ki, payeyi-ərşdən fəzayi-fərşədək dürü gövhər və müşkü ənbər yüklü naqələr; hər birinin [məhari] bir pəriçehrə qulam əlində və hər birinin üzərində bir mahpeykər cariyə. Nida qılurlar ki: "Haza cihazi-Fatimə binti-Rəsulullah"[12]. Həzrəti-Murtəza bu mövhibət müşahidəsindən və bu səadət mülahizəsindən məğrur olub, mütəvəccihi-hərəmsəray olduqda Fatimə istiqbal edüb ayıtdı: "Ya Əli, bana ərz edənləri sənə dəxi ərz etdilər. Əlminnətü lillah, cihazı gördün". Şе’r:
Mülki-dünyada bizi cahil mühəqqər görməsün,
Biz bəqa mülkün müsəxxər eyləyən sultanlərüz.
Aləmi-mə’nidə ə’ladır qamudan qədrimiz,
Gərçi surətdə həqirü bisərü samanlərüz.
Rəvayətdir ki, bir gün Xaceyi-Aləm buyurdu ki, Süleyman nəbi damadına bir tac mürəttəb etmişdi yeddi yüz danə [inci] ilə mürəssə’. Həzrəti-Əli hücreyi-təharətə gəldikdə Fatiməyə nəql etdi. Fatimə istima’ etdikdə xatiri-şərifinə xütur etdi ki, şayəd Əli cihazü cihati-düxtəri- Süleymanı ol əzəmətlə eşidüb və bənim cihazımı bu həqarətlə görüb xəyal edə ki, Həzrəti-Rəsul Süleymanca gəlməz. Bu dəğdəğə xatirində idi ol vəqtədək ki, aləmi bəqaya rehlət etdi.
Bir gecə Həzrəti-Əli vaqi’əsində gördü ki, behiştə bir mürəssə təxt mənsub olub, ətrafinda hura səf çəküb, Fatimə üzərində qərar dutmuş. Və bir düxtəri-büləndəxtər nəhayəti-hüsni-cəmalla nisar üçün iki təbəq cəvahir mühəyya qılub, müntəzirdir ki, Fatimə ana nəzər qıla. Həzrəti-Əli Fatimədən sual etdi ki, aya, bu kimdür? Fatimə ayıtdı: "Ya Əli, bu Süleyman qızıdur. Həq-tə’ala bənim xidmətümə mə’mur etmişdir. Ya Əli, bu əzizənin bir gün cihazı hekayətin nəql etdün və bu əndişə bənim xatirimdə idi və ol əndişədən ələm çəkdigimin əcrinə bu səadət müyəssər oldu. Ya Əli, ol tac əvəzinə ki, Süleyman nəbi damadına mürəttəb olmuşdu, həmli-livayi-həmd bana müqərrər oldu. Və livayi-həmd bir ələmdir ki, xasseyi-Həzrəti-Rəsuldur.
İrtifa’i həddən ziyadə olub üç şəqqəsi var: biri Məğribdə və biri Məşriqdə, biri Məkkə üzərində. Bir şəqqəsinün üzərinə yazılmış ki: "Bismillahir-rəhmanir-rəhim"[13] və birinin üzərində "Əl-həmdu lillahi rəbbi’l aləmin"[14], və birinin üzərində "Lailahə illəllah Mühəmmədən Rəsulullah"[15]. Nəqldür ki, ərəsati-qiyamatdə ol livayi hazır edüb nida qılalar ki: "Qandadur ümməti-Məhəmmədi-ərəbi, qandadur təvabe’i- Xaceyi-Haşimi? Və Həzrəti-Nəbi ol livayi mübarək əlinə alub, təmami-ənbiya və övliya və kaffeyi-əhli-İslam ol liva altında cəm’ olub, netə ki, buyurmuş ki: "Adəmu və zurriyyətihi təhtəllivai-yovməl-qiyaməti"[16] və fərqi-mübarəkinə nurdan bir taci- [səbz] örünüb və həriri-əxzərdən bir xəl’ət geyüb, Büraqa binüb və sair ənbiya dəxi səvar olub və ol ələmi Həzrəti-Əli əlinə verüb, mütəvəccihibehişt olalar.
Rəvayətdir ki, Həzrəti-Əlinin fərqi-mübarəkində ol ələm bir tac [hey’ətində] məlhuz olunub, nida qılalar ki, "Ya Əli butac əfzəlmidür, yоxsa ol tac ki, Süleyman nəbi damadına vermişdi?".
İmam Nəcməddin [Ömər], rəziyəllahü ənhu[17], rəvayət edər ki, bir gün Həzrəti Rəsul Fatimə hücrəsinə gəlüb, Fatiməyi məlul görüb, səbəbi sual etdikdə ayıtdı: "Ya Rəsulullah, üç gündür ki, sərayımdə mə’kulat qismindən nəsnə yоxdur və Həsən və Hüseyn müztərib olmuşlar. Və bu əhvalı Həzrətünizdən məxfi dutaram, əmma bu gün Həsən və Hüseynin iztirabın [ziyadə] gördüm, derlər ki: "Aya, aləmdə heç tifl riyazəti bizim riyazətimizə yetərmi?" Ey pedəri-büzürgvar, Həzrətünizdən rüxsət olurmi ki, küstaxanə dərgahi-İlahidən bir təvəqqö’ edəm. Xaceyi-Aləm ayıtdı: "Ey fərzənd, Həzrəti-İzəd müxlislərin küstaxlığın qəbul edər". Fatimə icazət edüb iki rik’ət nəmaz qılub, mübarək əllərin götürüb ayıtdı: "Ya Rəb, bilürsən ki, övratün və ətfalın riyazətə taqətləri olmaz, ya taqətimizcə möhnət müqərrər et, ya möhnətimizcə taqət müyəssər et". Bu duayı təmam etdikdə, zə’fdən bihuş olub, həm də ol saət Cəbrail nüzul edüb ayıtdı: "Ya Rəsulullah, Fatimənin naleyi-dilsuzi məlaikeyi-asimanı xüruşa gətürdi, fəryadına yet". Həzrəti-Rəsul hücrəyə girüb gördü Fatimə ixtiyarsız düşmüş. Fərqi-mübarəkin dizi üzərinə alub, pənceyiqəmərşikafın sinəsi üzərinə qoyub dua qıldı ki: "Ya Rəb, Fatiməyi ələmi-cu’dən mühafizə qıl". Xaceyi-Kainatun rayiheyigisuyimüşkbarindən istifadeyi-qürbət qılub kəndüsinə gəldikdə üzərində minbə’d ələmi-cu’ ehsas etmədi. [Fatimədən nəqldir ki: "Ol dua bərəkatindən həyatim olduqca kəndimi hərgiz ələmi-cu’ə mübtəla görmədim"]. "Dürəri-Mə’aric"də məsturdur ki, bir gün Həzrəti-Rəsul Fatimənin hücrəsinə gəlüb təfəqqüd təriqilə ayıtdı: "Ey fərzənd, halın nədür?" Fatimə ayıtdı: "Ya Rəsulullah, əlminnətü lillah, fəqrimiz bir qayətə yetmişdir ki, mənzilimizdə üç gündür əsəri-tə’am bulunmaz". Həzrət buyurdu ki: "Əllahummə ənzil əla Muhəmmədin və ƏhliBeytihi kəma ənzəltə əla Məryəmi binti İmran"[18]. Dedi: "Ey Fatimə, mətbəxə təvəccöh edüb mülahizeyi-hikmət qıl". Fatimə mətbəxə təvəccöh edüb, əqəbincə Həsən və Hüseyn rəvan olub gördülər cəvahirlə mürəssə’ bir kasə içində bir miqdar tə’am. Fatimə ol kasəyi götürüb Həzrəti-Rəsul xidmətinə yetürdi və Həzrət buyurdu ki: "Qulu bismillah"[19]. Pəs, Nəbi və damad və Fatimə və Həsən və Hüseyn ol tə’amın tənavülinə məşğul oldular. Rəvayətdir ki, yeddi gün ol tə’amdan tənavül edərlərdi tükənməzdi; bir gün İmam Həsən hücrədən çıxub, əlinə bir miqdar ol tə’amdan alub, bir yəhudi övrət görüb tələb etdi. İmam Həsən kərəmi-cibilli müqtəzasincə imsak etməyüb iltifat etdikdə əsəri-ittila’i-naməhrəmdən ol kasə və tə’am qayib oldu və Həzrəti-Rəsul buyurdu ki, əgər bu halət vaqe’ olmasaydı, hərgiz münqəte’ olmazdı.
Bə’zi təfasirdə məsturdur ki, bir gün Həzrəti-Rəsul Fatimə hücrəsinə gəlüb ayıtdı: "Ey cigərguşə, üç gündür tə’am tənavül etməmişəm, mənzilində mə’kulat qismindən nə var?" Fatimə ayıtdı: "Ya Rəsulullah, bizə dəxi bu halət vaqe’ olmuşdur". Həzrəti-Rəsul mə’yus çıxdıqda Fatimə xəcalət çəküb dua qıldı ki: "İlahi, məni bu xəcalətdən qurtar və bir tə’am kəramət qıl". Duaya müqarin Fatimə gördü ki, astaneyi-hücrədə bir qərib durub, bir kasədə bir miqdar tə’am bir xadimə verdi ki, bu hədiyyədir. Fatimə ol tə’amı alub, Hüseyni Rəsul ehzarinə rəvan etdi. Həzrət hazır olduqda ol tə’amı hüzurinə gətürdilər. Gördi ki, əsla ət’immeyi-dünyaya şəbih degil. Həzrət bu ibarətlə Fatimədən sual etdi ki, "İnni ləki haza"[20]. HəzrətiZəhra bu cavaba mülhim oldu ki: "Huvə min’indi’llah yərzuqu mənyəşa’u biğeyri-hesabin"[21]. Bu xəbərdən Həzrəti-Rəsul münbəsit olub bildi ki, mətbəxi-qeybdəndir, şəraiti-sipas əda qılub ayıtdı: "Ey cigərguşə, əlminnətü lillah ki, Həzrəti-İzəd sənə mərtəbeyi-binti-İmran nəsib etdi". Pəs, Əli və Fatimə və Həsən və Hüseyn ol tə’amdan tənavül edüb, sair Əhli-Beytə dəxi hissə irsal etdilər. Şе’r:
Nola gər ən’amını amm etsə xani-lütfdən,
Ol ki, xasü amm xani-lütfünün mehmanıdır.
Nola gər Məryəmdən əfzun görsə nəqdi-pakini,
Ol ki, İsa bir kəminə bəndeyi-fərmanıdır.
Və bu xəbər dərəceyi-vüzuha yetmişdür və bu nüktə cəmi’ialəmdə iştihar etmişdür ki, Həzrəti-Rəsul Fatiməyi cəmi’i-ƏhliBeytdən ziyadə görüb, tə’zimində mübaliğə qılurdı. Və HəzrətiFatimə ol Həzrəti kəndü ruhi-şərifindən ə’əzz və əşrəf bilürdi.
Əmma raviyi-əxbari-cigərsuz və haviyi-asari-qəmənduz bu tərzlə tətmimihekayət qılmış və bu təriqlə [mütəmmimi]-rəvayət olmuş ki, Xaceyi-Aləm aləmi-fənadan mülki-bəqaya intiqal etdikdə zəminü zəman mütəzəlzil olub, qayəti-hərqəti-[zəmin cinnü] insü vühuşü tüyuru fəğana gətürdi. Və kəmaliriqqət təmami-nizami-aləmə xələl yetürdi və mərkəzi-xak fərqi-əflaka gərdi-məlalət saçdı və xazininihanxaneyiqəza afərinişi yüzünə əbvabi-küdurət açdı. Şе’r:
Dəhr nüzhətxaneyi-iqbalı viran eylədi,
Gənci-İslamı fələk topraqda pünhan eylədi.
Tey qılub rahət büsatın dəhrdən fərraşi-çərx,
Surəti-cəm’iyyətin xəlqin pərişan eylədi.
Bu vaqieyi-hailə və hadiseyi-nazilə vüqu bulduqda və cəmi’iəhli- aləm növhəyə məşğul olduqda, Həzrəti-Murtəza FatiməyiZəhraya ayıtdı: "Ey cigərguşeyi-Həzrəti-Хеyrül-Bəşər və ey zübdeyi-ərbabi-Peyğəmbər, təhacümiməsaibdə təhəmmül şiveyiərbabi- vəfa və [tüğyani]-nəvaibdə təsəbbür qaideyi-Əhli- Beyti-Mustəfadır.
Olmaya ki, hücumi-seylabi-sirişk pərdeyi-hicabı afitabi-cəmalindən buraxub və atəşi-ahi-cigərsuz xirməni-səbr qərarın yaxub, sədayi-fəğanindən naməhrəmlər xəbərdar olalar və surətiiztirabindən bidərdlər fərəh bulalar. Səbr et və təhəmmül pişə qıl ol zəmanadək ki, afitabi-aləmtab Həzrəti-Rəsulullah kibi münzəviyi-zaviyeyi-hicab və sayənişini-səhabi-niqab olub və asiman zümreyiəhli- matəm kibi cameyi-müşkfam geyüb, rüxsarində qətərati-sirişki-kəvakib zahir qılub tərəddüdi-naməhrəm münqəti ola və hər kimi məqamında təskin bula. Ol vəqt Həzrəti-Mustəfanın məzari-şərifin ziyarət edüb, dərdi-dilin ərzə yetür və suzü güdazla ol Həzrətə şəm’iməzar olub, keyfiyyəti-mafiz- zəmirin zəbana gətür". Şе’r:
Еy хoş ol saət ki, dildar ola, dəyyar olmaya,
Yar ola xəlvətdə, ətrafinda əğyar olmaya.
Yar halın yara izhar etməyə fürsət bulub,
Müddəi agah, naməhrəm xəbərdar olmaya.
Həzrəti-Fatimə Murtəzayi-Muctəbanın nəsihətindən təcavüz etməyüb ol daği-nihanla qanlar udub və suzi-dilini pünhan dutub qönçeyi-lalə kibi növbaharivə’dəyə müntəzir və mütərəssid olub səbr etdi ol vəqtədək ki, çiraği- xəlvətxaneyi-tarəmi-çaharüm intifa bulub, şiddəti-zülmətdən qəriblər fəğanı asimana yetdi. HəzrətiZəhra şiddəti-qəmdən bihuş ikən göz açub Həzrəti- Murtəzaya təzərrö etdi ki: "Ya Əli, nə vəqt ola?" Murtəza Əli ayıtdı: "Ey Fatimə, şəbi-deycurdan bir sumn keçmişdür". Fatimə ayıtdı: "Ya Əli, rüxsəti ziyarət müyəssər olurmu? Murtəza ayıtdı: "Ey Fatimə, rüxsət müyəssər olur bu şərtlə ki, sədayi-bülənd ilə fəğan etməyəsən". Pəs, Fatimə qiyama gəlüb, Həzrəti- Murtəza hidayət qılub rövzeyimübarəkə gəldilər və dideyi-Zəhra ki, mərqədi- Mustəfaya düşdü, fəryadü fəğani mələ’i-ə’laya irişdi; əyaqdan düşüb, bu sürudla mütərənnim və bu əda ilə mütəkəllim oldu. Şе’r:
Еy fələk, darüş-şəfayi-şər’i viran eylədin,
Əhli-dərdi mübtəlayi-daği-hirman eylədin.
Pərdeyi-idbara çəkdin çehreyi-iqbalimi,
Cəm’ edüb yüz qəm bana halım pərişan eylədin.
Asimani-şər’ xurşidinə göstərdin zəval,
Mahi-mülki tirə topraq içrə pünhan eylədin.
Gər desəm kafirsən, ey gərdun, əcəb yох nişə kim,
Qəsdi-qətli-müqtədayi-əhli-iman eylədin.
Zar-zar ağladıqca Həzrəti-Murtəza təskin verüb derdi: "Ey Fatimə, [növhədən səbr] ə’la və əsvəbdir və cəzə’dən təhəmmül övla və əsvəbdir". Fatimə ayıtdı: "Ey əmmzadeyi-əziz, bəni mən’ etmə ki, əfzəli-cəhanun müfariqəti ə’zəmi-məsaibdür". Və bu bir beyt HəzrətiRəsulullah mərsiyəsində Həzrəti-Zəhradan sadir olan əbyatdəndür. Şе’r:
Sübbət ’əla məsaibun ləv-ənnəha,
Səbbət ə’ləl-əyyami sirnə ləyaliya[22].
Nəqldür ki, mərqədi-mübarəkdən bir qəbzə xak alub, dideyi-əşkbarinə dutub ağazi-növhə qıldı bu məzmunla ki. Şе’r:
Hicri bağrım qan edən gülbərgi-xəndanım qanı?
Rahəti-cani-həzinü cismi-suzanım qanı?
Dideyi-nəmnakimə tar oldu aləm, ey fələk,
Ləm’еyi-rüxsari-xurşidi-dirəxşanım qanı?
Və bu xəbər səhhətə yetmişdir ki, Həzrəti-Rəsulun vəfatından sonra hərgiz Fatimə təbəssüm etməmişdür və mütləq səfheyi-xatirindən küdurət getməmişdür; ol qayətdə ki, bir gün əhli-Mədinə əfğanindən müt’əzzi olub dedilər: "Ya binti-Rəsulullah, ya gündüz nalə qılub gecə aram dut, ya gecə növhəyə məşğul olub gündüz təhəmmül et ki, xəlqə bir vəqt rahət mümkün ola". Həzrəti-Zəhra xəlqin ol iltimasın qəbul edüb gecələr növhə qılub, gündüz dağisəbrlə cigərin dağlayub təhəmmül edərdi. İmam Cə’fəri Sadiqdən nəqldür ki, ifrati-giryə beş kimsənədə münhəsirdir: biri Adəm ki, behişt fəraqindən nalan idi və biri Yə’qub ki, Yusuf hicrindən giryan idi və biri Yusuf ki, Yə’qub yadilə pərişan idi və biri Fatimeyi-Zəhra ki, Həzrəti-Rəsulun atəşi-fəraqindən büryan idi və biri Əliyyi-Zeynəlabidin ki, qırx il vaqieyi- Kərbəladan sonra layənqəte’ sirişkəfşan idi". Rəvayətdir ki, Müflih nam bir bəndəsi olub, bir gün ayıtdı: "Ya İbni-Rəsulullah, olmaya ki, bunca giryəndən həlak olasan?" Dedi: "Ey Müflih həqqa ki, giryə bana biixtiyar gəlür, hərgah ki, mə’rəkeyi-Kərbəlada validi-büzürgvarimin və ixvanü ə’mamialimiqdarinin təşnələb şəhid olduqların və övratü ətfali-Əhli-Beytin güruhi-füccara əsir olub ihanət çəkdiklərin yad edərəm, kəndümi giryədən mühafizət qıla bilməzəm". Şе’r:
Düşdükcə yadimə ələmi-dəşti-Kərbəla,
Könlüm fəğanü naləyə biixtiyar olur.
Gəldikcə yadimə ləbi-xüşki-şəhi-şəhid
Biixtiyar çeşmi-tərim əşkbar olur.
Əyyam üçün bəlalərə salmışdürür bəni,
Bən gördügüm bəlaləri kim görsə zar olur.
Əlqissə, Həzrəti-Rəsulun vəfatindən bir rəvayətdə üç ay keçdikdə və bir rəvayətdə altı ay keçdikdə bir gün Həzrəti-Murtəza mənzilinə gəlüb gördü ki, Fatimə bir miqdar xəmir edüb və övladi-əmcadinin gisulərin yumağa bir miqdar gil müxəmmər qılub və rəxtlərin yumağa bir miqdar su hazır etmiş. Həzrəti- Murtəza ol halətə heyrət edüb ayıtdı: "Ey məxdumeyi-zəman və ey müxəddəreyi-cəhan, hərgiz dünya əşğalinə sənin bu miqdar iltifatın görməmişəm; aya, bu nə hikmətdür ki, bu gün üç əməl əncaminə iqdam etmişsən?" Həzrəti Zəhra qətərati-əşk dideyi-əşkbarindən töküb ayıtdı: "Ey tacdari-HəlƏta və ey şəhsüvari ərseyi-La-Fəta, və ey xətibi-minbəri-Səluni və ey varisi-mərtəbeyi-Haruni və ey güli-baği-"Vali mən vallah"[23] və ey atəşi-daği-"Adi mənə’dah"[24] və ey tirazi-məsnədi-sidqü səfa və ey razdari- Həzrəti-Mustəfa və ey şiri-bişeyi-həqiqət və ey kəştiyilücceyi- təriqət və ey şükufeyi-gülzari-Əbu Talib və ey əsədullahi-ğalib və ey mehtərü behtəri-əhlizəminü zəman və ey mə’dəni-cövhəriHüseynü Həsən, "Haza fəraqun beyni və beynəkə"[25] rə’yi-üqdəgüşay və zəmiri-aləmarayinə məxfi və məstur buyrulmaya ki, rişteyiittisali- suri miqrazi-qəza ilə inqita bulub və müddəti-müqaribətiməcazi müruri-ömrlə münqəzi olub, vəqt oldu dəsti-təəllüqüm daməni-dövləti-mülazimətindən dur və dideyi-ümidim müşahideyi-pərtövi-cəmalindən məhcur ola. Şе’r:
Vəqt oldu ki, şami-hicr ola sübhi-vüsal,
Təğyirpəzir ola bu keyfiyyəti-hal.
Vəqt oldu ərusi-vəsl olub pərdənişin,
Ərz eyləyə şahidi-qəmi-hicr cəmal.
Ey Əli, dün gecə Həzrəti Rəsulullahı vaqiəmdə gördüm, balinim üzərinə durub, hər tərəf mülahizə qılub fəryada gəlüb ayıtdım: "Ya Rəsulullah, fəraqindən həlak oldum, aya qandasan?" Həzrətül-Rəsul ayıtdı: "Ey Fatimə, sənə bəşarət verməyə gəlmişəm, dəmdir ki, rabiteyi-qeydi-həyati-müstə’ari qət qılub, məzyəqi-təngnayi-fənadan fəzayi-bəqaya qədəm basasan. Ey Fatimə, sən gəlməyincə getməzəm. Əgər dövləti-vüsalim istərsən, şitab eylə və sə’y qıl ki, yarın gecə bana mehman olasan". Və bən bidar oldum və hala ol ümidlə müvtəvəccehi-aləmi-bəqayam. Ya Əli, əgərçi sənin atəşi-ələmifariqətin cigərsuzdur və möhnəti-müba’idətin qəmənduz, əmma ol Həzrətin dəxi müjdeyivüsalı dilfiruzdur; ətmək tədarükün etdiğum oldur ki, yarın sən müsibətimə məşğul olduqda övladım əndişeyi-qida çəkməyələr və rəxt yuduğum oldur ki, bəndən sonra qeyrlərdən məmnun olmayalar. Gisulərin yuduğum oldur ki, mə’lum degil ki, məndən sonra qəmxarlıqların kim edə".
Ey əziz, Fatimə onların gisularına qübar qonmaqdan mükəddər olurdu [və camələri gərdalud olmaqdan izhari-məlalət [qılurdı.] Ah, əgər görsəydi dəşti- Kərbəlada rüxsarləri ağüşteyi-xakü xun və bədənləri xuni-cigərdən laləgun. Şе’r:
Kərbəla dəştində Xatuni-qiyamət, ah, əgər
Qərqi-xun görsəydi Şahi-Kərbəlanın halini.
Hiç şək yох kim, qılurdı Kərbəla toprağini,
Qərqi-xun, gözdən töküb seylabi-əşki-alini.
Əlqissə, Murtəza Fatimədən ol xəbəri-cangüdazi istima’ etdikdə əşkinədamət dideyi-qəmdidədən rəvan edüb ayıtdı: "Ah, bu nə möhnəti-mücəddəddür ki, yenə yüz verdi və bu nə bəlayi-qeyrimukərrərdür ki, yenə fələk zühura gətürdi. Ey Fatimə, hənuz validi-büzürgvarın daği-fəraqı mərhəmpəzir olmadan və pedəri-alimiqdarın ələmi-iştiyaqı təskin bulmadan sən dəxi cana bir daği-tazə yaxmaq və dili-virani saiqeyi-müsibətlə yaxmaq rəvamıdur?" Şе’r:
Ah kim, hər dəm fələk dərd üzrə dərdim arturur,
Göstərür bir dərd, bir dərdinə dərman etmədən.
Bağrımı büryan edər hər ləhzə bir bərqi-bəla,
Bir bəlaya hüsni-tədbir ilə dərman etmədən.
Fatimə ayıtdı: "Ey Əli, ol müsibətdə [səbr etdin, bu möhnətə] dəxi təhəmmül qıl və bir zəman bəndən qafil olma və ri’ayətimdə tə’əllül qılma ki, axır nəfəsdir". Bu kəlimatı əda qıldıqca nəmi-dideyi-əşkbarla şahzadələr rəxtlərin tər qılurdı və atəşi-ahla əkmək üçün tənuri gərm edərdi və derdi: "Ey cigərguşələr, aya bəndən sonra sizin halınız nolur?" Həsən və Hüseyn bu xəbərdən mütəəllim olub giryə ağaz etdilər. Fatimə ayıtdı: "Ey nuri-didələr, bir zəman guristani- Bəqi’ə varub bənim üçün dua qılun". Onlar mütəvəccih olduqda bəstəriismətə təkyə qılub Murtəzaya ayıtdı: "Ey həmsəri-xücəstəliqa, vəqtivida’dür, həlal et". Həzrəti-Əli ahi-həsrət çəküb ayıtdı. Şе’r:
Va həsrəta ki, yaxdı bəni atəşi-vida’,
Ya Rəb ki, münqəte’ ola ayini-inqita’.
Bu hala müqarin Əsma binti-Ümeyşəyi tələb qılub dedi: "Ey Əsma, bir tə’am mühəyya qıl ki, cigərguşələrim mü’avidət qıldıqda tənavül qılalar və qoyma ki, bənim yanıma gələlər və bəni bu halla görüb pərişan olalar".
Əlqissə, şahzadələr guristani-Bəqi’dən müraciət qıldıqda Əsma istiqbal edüb anlara tə’am təklif etdikdə şahzadələr ayıtdılar: "Bizim hərgiz validəmizdən ayrı tə’am tənavül etdigimiz yоxdur". Əsma ayıtdı: "Ey əzizlər, validənizin cüzvicə küdurəti var, siz tə’am tənavül edin". Dedilər: "Ey Əsma, bizə validəmizdən cüda tə’am sazgar olmaz". Əlqissə, tərki-tə’am edüb hücrəyə gəldikdə gördülər Fatimə təkyə qılub, Həzrəti-Əli balini üzərində giryan oturur. Şahzadələrə ayıtdılar: "Ey cigərguşələr, bir zəman Rövzeyi-Rəsulullah üzərində varub dua qılın". Şahzadələr ita’ət qılub rəvan olduqda Fatimə ayıtdı: "Ya Əli, bir zəman bəndən qafil olma ki, əncami-ömrdür". Şе’r:
Həyatimdən həman bir dəm qalıbdır olma qafil kim,
Müyəssər ola zövqi-dövləti-vəslin dəmi-axir.
Həyati-müstə’arim kisvətin tarac edüb gərdun,
Kəfəndən əynimə geydirmək istər xəl’əti-faxir.
Həzrəti-Əli ayıtdı: "Ey Fatimə, bu xəbər istima’inə qüdrətim yоxdur". Fatimə ayıtdı: "Bu xəbər vaqi’еyi-bitədbir və hadiseyibitə’хirdir". Şе’r:
Sındırdı nihali-ömrümü badi-əcəl,
Can mürğinə dam qurdu səyyadi-əcəl.
Tən rabitəsin ruhdan istər qıla qət’
Şəmşiri-siyasət ilə cəlladi-əcəl.
Fatimə Əli kənarində bihuş olub, bir zəmandan sonra özünə gəlüb, Əlini giryan görüb ayıtdı: "Ya Əli, həngami-tə’ziyət deyil, zəmani-vəsiyyətdir". Əli ayıtdı: "Ey Fatimə, vəsiyyətin nədir?" Fatimə ayıtdı: "Dörd vəsiyyətim var: biri ol ki, bəndən sənə nisbət bir tərki-ədəb vaqe’ oldusa, əfv edəsən". Əli ayıtdı: "Haşa ki, səndən tərki-ədəb sadir olmuş ola; həmişə sən bənim qəmxarım idin və peyvəstə qəmgüsarım". Dedi: "İkinci vəsiyyət oldur ki, bənim övladımı möhtərəm dutub, anlardan bir küstaxlıq sadir olsa, təcavüz qılasan və üçüncü oldur ki, bəni gecə vəqtində dəfn edəsən ki, zəmanihəyatimdə dideyinaməhrəmdən məstur olduğum kibi, hinivəfatimdə dəxi nə’şimə ənzari-pərişan mütə’əlliq olmaya və dördüncü vəsiyyətim oldur ki, bənim ziyarətimdən qədəm çəkməyəsən və həmişə bəni duadan unutmiyəsən". Şе’r:
Çün bəni səndən fələk naçar məhcur eyləyə,
Xaki-payindən bəlakeş başumı dur eyləyə.
İltimasım səndən oldur kim, qübari-məqdəmin,
Ruhimi bir dəm mülaqatilə məsrur eyləyə.
Bu vəsaya əsnasində Həzrəti-Əli fəryada gəlüb zəbani-hal ilə ayıtdı. Şе’r:
Dildar buraxdı tərhi-qəmxaneyi-hicr,
Saqiyi-zəmanə dutdu peymaneyi-hicr.
Dərda ki, sərayi-vəsl ikən təkyəgəhim,
Vəqt oldu məqamım ola viraneyi-hicr.
Ayıtdı: "Ey Fatimə, sənin vəsiyyətlərin dərəceyi-qəbula yeidi, əmma bənim dəxi sənə üç vəsiyyətim var, ərz edəyim. Biri ol ki, bəndən sənə təqsirimülazimət vaqe’ oldusə, Həzrəti-Rəsula şikayət qılmayasan; ikinci ol ki, Həzrəti- Rəsulullaha səlamımı yetürəsən; üçüncü oldur ki, bəndən ol Həzrətə izhari-şükr edəsən". Fatimə Əlinin vəsiyyətlərin qəbul edüb mükalimə qılmaqda ikən nagah bir xüruşü qülqülə sədası gəldi. Həzrəti-Əli mütəvəccih olduqda gördü Həsən və Hüseyn "Va ummah va musibətah"[26], deyüb fəryad edərək gəldilər. Iztirabla hücrə qapusinə gəlüb ayıtdı: "Ey cigərguşələr, bu nə halətdir?" Ayıtdılar: "Ey dəri-mədineyi-elmiRəsuli- Xuda və ey şiri-bişeyi-La-Fəta, validəmizlə vida’ etməgə gəlmişüz". Həzrəti-Əli ayıtdı: "Ey nuri-didələr, nə bildinüz [ki, validəniz] bu halətdədür?" Dedilər: "Ey pedəri-büzürgvar, sənin fərmani-şərifin müqtəzasincə Rövzeyi-Rəsulullah ziyarətinə mütəvəccih olduqda, səm’imizə bir səda irişdi ki, "Fatimə yetimləri gəldi". Nagah mərqədi-mübarəkdən nida gəldi ki: "Ey nuri-didələr, təvəqqüf etməyüb müraciət qılun ki, validəniz didarinə müşərrəf olub vida edəsiz; zira mütəvəccihi-aləmi-axirətdir və hala İbrahimi- Xəlil və İsmaili-Zəbih və Musiyi-Kəlimullah və İsayi-Ruhullah və sair ənbiyayimürsəl və ərvahi-qüds onun ruhi-pakının istiqbalinə gəlmişlər". Biz bu xəbərdən mütənəbbih olub iztirabla müraciət qıldıq. Bu sözü deyüb, Fatimənin ayağına düşüb, növhə bünyad edüb təzərrö etdilər ki: "Ey məxdumeyi-möhtərəmə, dideyi-iltifat açub bu qürbət mübtəlalarinə bir nəzər qıl və göftara gəlüb bu badiyeyi-bəla sərgəştələri ilə təkəllüm et". Şе’r:
Bir nəzər qıl kim, dəvayi-dərdi-bimari-fəraq,
Bir nəzərdir nərgisi-mərdümşikarindən sənin.
Bir təkəllüm qıl ki, ərbabi-mətalib məqsədi,
Bir təkəllümdür ləbi-gövhərnisarindən sənin.
Avazləri Fatimənin səm’i-mübarəkinə irişüb, dideyi-mərhəmət açub, anları kənarinə çəküb, qətərati-əşki-həsrət dideyi-əşkbardan töküb ayıtdı: "Ey yetimlər, aya bəndən sonra sizin keyfiyyətiəhvalinüz nolur?" Ol əsnada cəmi’i-övladı cəm edüb, zükurun ünasa və ünasın zükura əmanət təriqilə təslim edüb və məcmu’in HəzrətiMurtəzaya tapşurub və cümləsin Vacibülvücuda mövdu edüb və hər vəchlə var isə Həsən və Hüseyni bir dəxi Rövzeyi-Rəsul üzərinə göndərüb, Ümm Sələmədən su istəyüb, qüsl edüb, əfxəri-libasin geyüb, vəsəti-sərayində fəraş buraxdurub təkyə qıldı canibi-eymənə və bazuyi-yəmin rüxsarinə balış edüb Əsma binti-Ümeyşə ayıtdı: "Bir gün hini-mərəzdə Cəbrail Həzrəti-Rəsul xidmətinə gəlüb, behiştdən bir miqdar kafur gətirüb və ol Həzrət bir qismin kəndüsinə hifzi-kəfən qılub bir miqdarin bənim üçün və bir miqdarin Əli üçün bana təslim etmişdi və filan məhəldədir, gətür ki, kəndü hissəmi alub Əli hissəsin sənə təslim edəyim". Əsma binti-Ümeyşə həsbülfərmudə ol kafuri gətirüb, kəndü hissəsin alub Əsmaya ayıtdı: "Bir zəman dışrə çıx ki, bənim Mə’budumla razidilim ərz edəcək zəmandır". Əsma dışrə çıxdıqda istima etdi ki, Fatimə derdi: "Ya Rəb, Rəsul hörməti həqqiçün və Əliyyi-Murtəza qədriçün və övladimə’sumim kəramətləri içün ki, ümməti-günahkarə rəhmət qılasan və asilər cərayiminə qələmi-əfv çəküb mütərəhhim olasan". Bu halətdə Əsmaya giryə qalib olub, Fatimə anın giryəsindən xəbərdar olduqda ayıtdı: "Ey Əsma, demədimmi bir zəman bəni halümə qoy və bir zəmandan sonra təfəhhüs et: bəndən avaz gəlürsə yanümə gəl və əgər gəlməz isə bilmiş ol ki, Pərvərdigarimə vasil olmuşam". Əsma bir zəman dışrədə təvəqqüf etdikdən sonra nida qıldı ki: "Ya qürrətül’əyni-Rəsulullah!" Cəvab eşitmədi, bir dəxi dedi: "Ya seyyidünnisa!" Cəvab eşitmədi, iztirabla hücrəyə girüb rüxsari-mübarəkindən cameyi-xab alub gördi ki, aləmi-bəqaya intiqal etmiş. Və Əsma müztəribhal olub fəğana gəldikdə Həsən və Hüseyn hazır olub ayıtdılar: "Ey Əsma, validəmiz halı nədür?" Əsma səbr etməyüb başından miqnə’əsin buraxub, giribanın çak edüb, şahzadələr bu vaqi’ədən xəbərdar olduqda, kəsrəti-iztirabla Həzrəti-Murtəza xidmətinə mütəvəccih oldular. Həzrəti-Murtəza əşrafla ibadətdə ikən Həsən və Hüseyn fəryadın istima’ etməyin surəti-haldan xəbərdar olub bihuş olduqda, hüzzari-məclis Həsən və Hüseynə ayıtdılar: "Ey şahzadələr, bu nə əfğandır ki, şiri-bişeyişüca’əti və əjdəhayi-fəzayivilayəti ayaqdan buraxdı?" Ol şahzadələr ayıtdılar: "Necə ağlamayalım və necə fəryad etməyəlüm ki, sərvi-riyazi-isməti sərsəri-əcəl paymal etdi, növbəhari-iffət və təharətə xəzani-fəna təğəyyüri yetdi". Şе’r:
Bizi fəryada gətürdi fələki-kəcrəftar,
Necə əfğanlar edüb qılmayalım naləyi-zar?!
Verdi cəm’iyyəti-əhvalimizə dövr xələl,
Saldı ayineyi-iqbalimizə dəhr qübar.
Qıldı növmid bizi səbzeyi-pəjmürdə kibi,
Fərqimizdən götürüb sayəsini əbri-bəhar.
Ey əshabi-qəmxar və əhbabi-qəmgüsar, Zəhrayi-[əzhər] və Bətuli-mütəhhər qafileyi-"İrcə’i ila rəbbikə raziyətən mərziyyətən"[27] rəfaqətilə canibi-Darüs- Səlama "Vallahu yəd’u ila darissəlam"[28] müqtəzasincə təvəccöh qıldı və təngnayi-məziqi dünyadan ruyi-iradət münhərif edüb, meyli-gülzari-Xüldi-Bərin və məcami’iə’layi-’ illiyin və xidməti-seyyidül-mürsəlin etdi. Təmamiyi-əshabü əhbab surəti-halə ittila’ bulduqda Həzrəti-Murtəzayla ittifaq edüb, ağazi-növhə qıldılar və Həzrəti-Murtəza bu müsibətdə bir mərsiyə inşa qıldı ki, bə’zi əbyatı budur. Şе’r: Li-kulli ictima’in min-xəlileyni firqətun, Fə-kullul-əza dunəl-fİraqi qəlilun. Və innə iftftiqadi Fatimətə bə’də Əhmədin. Dəlilun ’əla ən-la-yədumə xəlilun[29]. Əhməddən sonra Fatiməni də qeyb etməyim dostluğun davam etməməsinə dəlalət edir.
Yə’ni hər ictimaə bir iftİraq müqərrərdür və hər bəla fəraqa nisbət mühəqqərdir və Həzrəti-Rəsuldan sonra Fatimə fövti dəlildür ana ki, heç cəmiyyətin dəvamı olmaz və heç ülfət səbat bulmaz. Şе’r:
Qayəti-dövri-ruzigar budur,
Hali-dövrani-bimədar budur
Ki, fəraqa mübəddəl ola vüsal.
Yetə aləmdə hər kəmala zəval.
Fil-vaqe’, gər nəzəri-tə’əmmül qılsan, Zəhrayi-əzhər vəfatı Həzrəti-məzlumi- Kərbəlaya nisbət əşəddi-məsaib və əs’əbi-nəvaibdür, zira hənuz nihali-təbiəti gülşəni-surətdə nəşvü nəma bulmadan və hilalivücudi- şərifi asimani-xilqətdə bədri-təmam olmadan valideyimüşfiqinün sayeyi-mərhəməti və madərimehribanın zilli-rif’əti fərqi-mübarəkindən götürüb və anın tərbiyətin fələkibimürüvvət qeyrə möhtac edüb, bəlalara mübtəla və möhnətlərə aşina qıldı. Şе’r:
Hər zəman üşşaqı bir dərd ilə dövran zar edər,
Bu çəmən hər ləhzə bir möhnət gülün izhar edər,
Dərd tə’limin verüb gərdun təriqət tiflinə,
Bu bəlalar dərsdir kim, dəmbədəm təkrar edər.
- ↑ Fatimə məndən bir parçadır.
- ↑ Еy Əlinin oğlu Hüseyn, ey peyğəmbərin göz bəbəyi, haradasan?
- ↑ Qardaşım Hüseyni gördünmü?
- ↑ Yəhudi Saleh Rüq’ə onu götürdü və evində saxladı.
- ↑ Allah sizi qovuşdursun, хoşbəxt və mübarək etsin, ikinizə хеyirli övlad bağışlasın.
- ↑ Bir gün ac və bir gün toхam.
- ↑ Allah sənə Əli ilə Fatiməni evləndirməyi əmr edir.
- ↑ Allah sizi qovuşdursun, хoşbəxt və mübarək etsin, ikinizə çoxlu övlad bağışlasın.
- ↑ Оnu və övladını şeytan şərindən Allahın pənahına apardım (Quran, 3, 36)
- ↑ Allahım, məni təmiz etdiyin kimi о ikisini də təmiz et!
- ↑ Hökm ulu və böyük Allahındır.
- ↑ Bu, Rəsulullahın qızı Fatimənin cehizidir.
- ↑ Mehriban və rəhimli Allahın adı ilə.
- ↑ Aləmlərin yaradanı olan Allaha həmd olsun.
- ↑ Allahdan başqa Tanrı yоxdur və Məhəmməd Allahın elçisidir.
- ↑ Adəm və övladı Qiyamət günü himayəm (bayrağım) altındadır
- ↑ Allah ondan razı olsun.
- ↑ Allahım, İmran qızı Məryəmə ne’mətini göndərdiyin kimi Məhəmmədə və Əhli-Beytə də göndər.
- ↑ Bismillah deyin!
- ↑ Bu sənə hardan gəldi?
- ↑ Allahdandır, Allah istədiyi kimsəyə saysız rizq verir (Qur’an, 30, 37).
- ↑ Başıma elə müsibətlər gəldi ki, gündüzün başına gəlsəydi, gecəyə dönərdi!
- ↑ Оna dost olana dost ol!
- ↑ Оna düşmən olana düşmən ol!
- ↑ Səninlə mənim aramda fərq budur.
- ↑ Vay anam, vay müsibətlərim!
- ↑ Sən ondan, о da səndən razı olaraq Rəbbinə tərəf dön (Qur’an, 89, 28).
- ↑ Allah istədiyini cənnətə də’vət edər (Qur’an, 5, 25).
- ↑ İki sevgilinin birləşməsi ayrılıqla qurtarar. Başqa iztirabın tə’siri ayrılıq acısından azdır.