Hədiqətüs-süəda/Doqquzuncu bab
←Səkkizinci bab. Müslimi-Əqilin şəhadətin bəyan edər | Hədiqətüs-süəda. Doqquzuncu bab. Həzrəti İmam Hüseynin Məkkədən Kərbəlaya gəldigin bəyan edər Müəllif: Məhəmməd Füzuli |
Onuncu bab. Həzrəti İmam Hüseynin ləşkəri-Yezidlə müharibəsin bəyan edər və ol iki fəsldür→ |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild. Bakı, "Şərq-Qərb", 2005, səh. 241–270 |
Həqqa ki, hirqəti-hekayəti-pürşikayəti-vaqieyi-Kərbəla bir atəşicigərsuzdur
ki, əgər bir şö’ləsinin şərhin kilki-xurşidlə mühərririkargahi- qəza səfheyi-ruyizəminə
təhrir etsə, hərarətdən əczayizəmin cüşa gəlüb buxarı tənuri-asimanda
Həməlü Hutu büryan edər və riqqəti-rəvayəti-məlalətqayəti-şühəda bir həlaləti-cangüdazi-qəmənduzdur
ki, səriri-rə’dlə səhabi-saiqəbar bir qətrəsinin vəsfin
gərduna təqrir etsə, tarəmi-çəharümdə Məsihi-mücərrəd zülali-həyatından həlavət
gedər. Şe’r:
Səhl sanman Kərbəla qovğasın, ey əhli-xirəd,
Ərseyi-bidadü meydani-bəladır Kərbəla.
Sorsalar kim, qansı mənzildir məsayib məcmə’i,
Ün verür qəsri-fələk kim, Kərbəladır, Kərbəla.
Həmana ki, hədiqeyi-tinəti-Adəm mənbəti-nihali-xilafət olduqda və qamətiiste’ dadi-bəşəriyyət xilqəti-"Və ləqəd kərrəmna"[1] ilə zinət bulduqda məlaikənin "Ə-təc’əlü fiha mən yüfsidu fiha"[2] kinayəsindən qərəzləri fəsadi-vaqi’eyi- Kərbəla idi və məzmuni-"İnni ə’ləmu mala-tə’ləmun"[3] işarətindən murad ol müsibətdən müstəfad olunan dərəceyi-kəmali-Hüseyn bin Əliyyi-Murtəza idi. Filvaqe’, vaqi’eyi-Kərbəladan ziyadə fəsad mümkün olmaz və bəladan hasil olan məratibdə mərtəbeyi-şahi-Kərbəladan ə’la mərtəbə surətiehtimal bulmaz. Qit’ə:
Gər bəlayi-Kərbəla ol şah qədrin arturub,
Xəlqdən mümtaz ana verdi ülüvvi-iqtidar.
Kərbəla həm ol şəhi-mə’sumdan rəf’ət bulub,
Xəlqə olmuş qədr ilə mənzuri-eyni-e’tibar.
Fəzayi-qəmfəzayi-Kərbəla bir gülzardır ki, abü həvayi-sərabü səmumla nəşvü nəma bulan sərvi-rəvanı girdbadi-bəladır və seylabiəşki-həsrətlə pərvərdə olan gülbüni-gülbərgfəşanı xari-cəfadır. Qit’ə:
Çeşmə nisbət dəmbədəm pakizətinətlər gözün,
Əşkbar eylər məlali-zikri-xaki-Kərbəla.
Ağladırsa Kərbəla toprağı dərd əhlin, nola
Bu müqərrərdir ki, daim göz yaşardır tutiya.
Rəvayətdir ki, Hüseyn ibn Əli mütəvəllid olduqda HəzrətiIzzətdən Cəbrailə əmr oldu nüzul edüb həm viladət təhniyəsin verə və həm şəhadət tə’ziyəsin yetürə. Cəbraili-Əmin nüzul etdikdə Hüseyni-məzlum Həzrəti-Rəsulun kənarında idi. Ol Həzrət təhniyət yetürdikdən sonra izhari-tə’ziyət qıldı. Həzrəti-Rəsul ayıtdı: "Ey bəradər, səbəbi-təhniyət mə’lumdur, vəsileyi-tə’ziyət nədir?" Cəbrail ayıtdı: "Ya Rəsulullah, bu məzlumu səndən sonra Kərbəlada tiği-cəfayla zalimlər şəhid edərlər". Həzrəti-Rəsul ol halətə giryan olub, Həzrəti-Murtəza hazır idi. Səbəb sorduqda ol Həzrət ixtiyarsız izhari-surəti-hal etdi. Həzrəti-Murtəza dəxi giryan olub mənzilinə mütəvəccih olduqda Həzrəti-Fatiməyə ol halı zahir etdi. Fatimə giryan-giryan Həzrəti-Rəsul xidmətinə gəlüb dedi: "Ey məxdum, ələlitlaq bu nə xəbərdir ki, Əli Həzrətinizdən nəql edər?" HəzrətiRəsul ayıtdı: "Ey Fatimə, bu vaqi’ənin naqili Cəbraildir". Fatimə ayıtdı: "Ya Rəsulullah, bu surət nə vaxt zühura gəlür?" Həzrəti-Rəsul ayıtdı: "Bəndən və səndən və Əlidən və Həsəndən sonra". Fatimə ayıtdı: "Ya Rəsulullah, müsibətim ziyadə oldu. Aya, bu müsibət vaqe’ olduqda bənim məzlumum üçün kim ’əza dutar?"
Rəvayətdir ki, ol halətdə hatifdən nida gəldi ki: "Ey xatuniqiyamət, axirüzzəman əhlindən xanədani-risalət müxlisləri hər yildə bu matəmi tazə edərlər və Qiyamətədək bu rəsmi dünyadə yürüdələr".
Rəvayətdir ki, şahi-Kərbəla mütəvəllid olduqda Cəbraili-Əmin təhniyə üçün Həzrəti-Rəsul xidmətinə gəlürkən yolda bir firiştə gördü Fətrəs nam, şikəstəbal və pərişanhal. Müqimi-zirveyi-izzət ikən mübtəlayi-dami-zillət olduğunun vəsiləsin sual etdikdə Fətrəs ayıtdı: "Ey Cəbrail, bənim bir xidmətdə ehmalım olub, atəşi-qəhri-İlahi pərü balım yaxub bəni bu hala buraxdı. Aya, bu vaqi’ənin heç çarəsi mümkün olurmu?" Cəbrail ayıtdı: "Bən Həzrəti-Rəsul xidmətinə getməliyəm. Bənimlə gəl, ola ki, şəfa’ətinə məzhər vaqe’ olasan". Fətrəs Cəbrail ittifaqilə Həzrəti- Rəsul xidmətinə gəlüb ərzi-hal etdikdə Hüseyni-məzlum həzrəti-xacə kənarında idi. Ol Həzrət buyurdu ki, ey Fətrəs, kəndüni bənim Hüseynimə yetür və ə’zayiməcruhini kəfi-payi-şərifinə sür. Fətrəs həsbülfərman əməl edüb ol mülamisə bərəkətiylə məğfur olub, balü pər peyda qılub mö’bədinə ’övdət edüb ibadətə məşğul oldu. Və Həzrəti-Hüseyn bin Əli şərbətişəhadət içdikdə vaqif olub, cəzayi-ehsan istid’asiylə münacat etdi ki, "ya Rəb, noleydi bana əmr oleydi xidmətimdə olan yetmiş bin firiştə ilə Hüseynin mü’avinətinə hazır olaydım". Həzrəti-İzzətdən nida gəldi ki, "ey Fətrəs, əgər ol dövlət müyəssər olmadisə, hala müqərrər etdim ki, xidmətində olan firiştələri Kərbəlaya varub ol məzlumun məzarı üzrə Qiyamətədək tə’ziyət dutub, ağlayıb qətərati-əşkirəvanın savabın anda tə’ziyət dutanlara nəzr edəsən. Şe’r:
Gəl ey rəsmi-vəfadan dəm uran, əşki-rəvan göstər,
Mücərrəd qövlə qane’ olma, isbat et, nişan göstər.
Dili-pürxuni-suzanın misali-qönçeyi-lalə,
Məlamət xəncəriylə çak qıl, daği-nihan göstər.
Elməfrazi-mə’rəkeyi-məsayibi-Kərbəla və əncümənsazi-matəmkədeyi-asari-nəvayibi- şühəda rayəti-rəvayətə bu tərzlə təhrik vermiş və sürudü rudi-hekayəti bu qanunla izhara gətürmiş ki, çün ə’yanü əşrafi-Kufənin surəti-sədaqətləri Müslimi-Əqil təsdiqiylə Həzrəti-İmama mə’lum oldu və caddeyi-müsadiqətdə sabitqədəm olduqları ol müxbiri-sadiq e’lamiylə vüzuh buldu, Həzrəti-İmam əsbabi-səfər mühəyya qılub, müstə’idi-müsafirət olduqda əhbabü əhibba hər tərəfdən xidməti-şərifinə gəlüb və hər nə qədər ki, mən’ etdilər, müfid olmadı və hər necə ilhah qıldılar, faidə qılmadı. Bir gecə Əbdullah Əbbas mülaqati-şərifinə müşərrəf olub nəhayəti-tə’zimü təkrimdən sonra ədəb təriqiylə ayıtdı. Şe’r:
Ey zəmiri-ənvərin ayineyi-gitinüma,
Afitabi-təl’ətin misbahi-ənvari-Huda.
Əzminə nüsrət müqarin, pə’yinə hikmət qərin,
Əmrinə tabe’ fələk, fərmaninə qail qəza.
"Ya İmami-zəman, lütf edüb Kufə ’əzimətin tərk eylə və Məkkədən çıxma ki, atan Əli ibn Əbi Talib ol diyara təvəccöh qıldıqda giriftari-dami-bəliyyat oldu və qarındaşın Həsəni-Muctəba ol mülk əhlindən təfriqeyi-xatir buldu". Həzrəti-İmam ayıtdı: "Ey Əbdullah, zahirən müsəlmanlar məktublar irsal edüb hüzurimi istid’a qıldılar və iltimasla nüsrətimə mütəkəffil oldular və mümkündür ki, bu surətdə icrayi-ümuri-həq surət bula və tərvici-şəri’ət müyəssər ola". Əbdullah ayıtdı: "Ey məxdumzadə, hənuz Kufə Yezid təsərrüfindədir. Əgər anın naibin ixrac edüb şəhri Müslimə təslim edərlərsə, ol canibə getmək münasibdir və əgər qəziyyə mün’əkis olsa və ləşkəri- Yezidlə müqavimət lazım gəlsə, mümkündür ki, ol canibdən surəti-nüsrət zühura gələ və Həzrətinizə anda iztirab mütəvəccih ola". Həzrəti-Hüseyn ayıtdı: "Ey Əbdullah, bu gecə bu xüsusda bir təəmmül edüb yarın sənə cəvab verəyim". Əbdullah Əbbas mənzilinə müraciət qıldıqda Həzrəti-İmam Kəlamullahdan istixarə təriqiylə mütəvəqqe’i-nəsihət olduqda bu ayət falına gəldi ki: "Kullu nəfsin zaiqatu’lmovti və innəma tufunə ucurəkum yovməl-qiyaməti"[4]. Həzrəti İmam ayıtdı: "Sədəqə’llahü’lə’zim və sədəqə rəsuluhu’l-nəbiyyul-kərim"[5]. Fali- Müshəf şəhadətim xüsusunda Həzrəti-Rəsulullah vaqi’əmdə gördügüm kəlimatinə münafiq gəldi və mütabiq vaqe’ oldu. Lacərəm qələmi-təqdirlə təhrir olan qəziyyə, əlbəttə, təğəyyür bulmaz və əhkami-qəza iqtizayitəmşiyyət qıldıqda, çarə ilə məmnu’ olmaz. İkinci gün Əbdullahi-Əbbas hazır olub ayıtdı: "Ya İbn Rəsulullah, nə tədbirə qərar verdinüz və Kufə ’əzimətində nə məsləhət gördünüz?" Həzrəti-İmam ayıtdı: "Ey Əbdullah, əziməti-səfər müsəmməmdir və binayi-niyyəti-müsafirət möhkəm, zira mühəqqəq bilürəm ki, Yezid bəndən təğafül qılmaz və dəf’ü rəf’im tədbirlərindən qafil olmaz. Riza verməzəm ki, xani-şərifi-Kə’bə qibleyi-’aləm ikən sipahi-əhli-zəlalət paymalı olub, kəsrihörmət bulmağına bən səbəb vaqe’ olam və rəva görməzəm ki, ərzi-mübarəki- Bətha möhtərəmü mükərrəm ikən daməni-pakın alüdeyi-xun və xəlqini pərişan qılam. Səlah oldur ki, bu silsileyi-fitnəyi bir qeyr diyara çəkəm və toxmitəfriqəyi bir qeyr məzrə’əyə tökəm". Şe’r:
Qanda kim eyləsəm məqam, bana
Fitnə həmdəm, bəla mülazİmdir.
Hərəmi-Kə’bəni bəlalarla,
Mübtəla eyləmək nə lazımdır.
Əbdullah ayıtdı: "Ey məxdumzadə, əgər, əlbəttə, maili-səfərsən, barı, Yəmən canibinə təvəccöh qıl ki, məmləkəti-vəsi’ və ’ərseyi-’əriz olub, hüsunü qila’i bihəddü bişümar və qəbileyi-Həmədan təmam mühibbi-xanədani-Əhmədi- Muxtardır. Yəqin ki, ol diyara sən varub qərar tutduqda ətrafü cəvanibdən müxlislər və mücahidlər cəm’ olurlar və sənə mü’avinət qılurlar". Hüseyn ayıtdı: "Ey Əbdullah, sənin kəmali-şəfqətini kəndü xüsusimdə mühəqqət bilurəm və kəlamın məhzi-nəsihət olduğuna mö’tərif oluram. Əmma nə çarə, qaidi-qəza zİmami-iradətimi canibi-İraqa çəkməkdədir. Nihanxaneyi-hikmət sirrinə yetmək olmaz və iradəmi təqdirdən təcavuz etmək olmaz. Minbə’d bu xüsusda mübaliğə qılma və mane’ olma ki, bizə ’əyan olan əsrar sizə nihandır, netə ki, hikməti- xərqi-səfinə Musaya məxfi və Xızra əyandür. Və bən ol kimsənin varisi-elmiyəm ki, kərratla minbər üzrə buyurmuşdur ki, "Utitu elməl-mənaya və’l-bəlaya"[6]. Və dəxi buyurmuşdur ki, "Sə’luni əmma dünə’l-’ərşi"[7]. Ey Əbdullah, əsrarihikmət bizə məxfi olmaz və feyzi-ismət bizi aludeyi-qəflət qılmaz". Əbdullahi-Əbbas ayıtdı: "Ya İmam, bana dəxi xidməti-şərifində olmaq məqsud idi, əmma hala rayizi-qəza ’inani-əzimətimi Mədinə canibinə mün’ətif qılmış. Ümidvaram ki, həzrətiniz Kufəyə vardıqda şərəfimülazimət müyəssər ola, əmma bilməzəm ki, əyyami-müfariqətində ruzigar bəni nə bəlalara giriftar qıla". Şe’r:
Ağla, ey göz kim, təni-bimar candan ayrılur,
Can ilə cismim rəfiq olmuşdu, andan ayrılur,
Nalə qıl, ey dil, ki tuti şəkkəristandan çıxub,
Bülbüli-zari-bəlakeş bustandan ayrılur.
Rəvayətdir ki, Əbdullahi-Əbbasdən sonra Məhəmməd Hənifə, Əbdullahi-Ömər və Əbdülluhi-Zübeyr xidməti-şərifinə gəlüb ənva’imüqəddəmatla nəsihət qıldılar, sudmənd olmadı və faidə qılmadı.
Ayıtdılar: "Ya İmam, bu israra səbəb nədir?" Həzrəti-Hüseyn ayıtdı: "Ey qövm, həqqa ki, bu gecə vaqi’əmdə gördüm, Həzrəti-Rəsul buyurdu ki, "Ey Hüseyn, Kufə ’əzimətində tə’xirü tə’əllül etməyəsən və təriqi-təqsirü təkahül dutmayasan ki, Həzrəti-Sultani-Səriri-Kibriya səni ol büq’ədə alüdeyi-xakü xun görmək istər və məlaikəyə kəmali-səbrin ərz edib mərtəbeyi-itaətin göstərmək istər. Təvəqqüf bu xidmətdə xətadır və tə’əllül narəva". Əshabü əhbab ol kəlimati istima’ etdikdə ayıtdılar: "İnna lillahi və inna ileyhi raci’un"[8]. Ey Hüseyn, çün nəhayətiəzmin mə’lum oldu və qayəti-müsafirətin vüzuh buldu, bu ətfalü əyalı nə ümid ilə diyari-qürbətə salursan və nə vəsilə ilə sərgərdan qılursan?" Hüseyn ayıtdı: "Ey əzizlər, Əhli-Beytin əhvalın dəxi Həzrəti-Rəsula ərz etdim. Buyurdi ki, anları dəxi Vacibülvücud zalimlər əlində əsirü aciz görmək istər və anlara dəxi ol bəlaya müqabil cəza yetürmək istər".
Əlqissə, əshabü əhbabla vida’ edüb, təhiyyeyi-əsbabi-səfər qılub, ol sultani-səriri- bəla və şahənşahi-məsnədi-izzü ə’la cəmi’i-ətba’ü əşya’in cəm’ edüb və müxəddərati-hücreyi-ismət və cəvahiri-əsdafitəharətçün mişkinmuy naqələr üzərinə münasib hövdəclər və əmarilər mürəttəb etdirib, bir sübhdəm ki, şahiəncüm haşiyeyi-səbzəzari-sipehri-lacivər difamə xeymeyi-zərrintənab tikdi və fərraşi-sübhi-sadiq rövzəneyi-şəbistan zülmətinə pərdeyi-zərnigar çəkdi, ələmiəzəmət və livayi-fəthü nüsrət qaldurub və sədayi-kusi-rehlət və sədmeyi-nəfiri- irtihalilə cərasvar qübbeyi-zəngarguni-asimanı doldurub, İttifaqən həm ol gün ki, Müslimi Kufədə şəhid etmişlərdi, Məkkədən çıxub mütəvəccihi-İraq oldu. Şe’r:
Kəsbi-şəhadət etməgə qürbət diyarinə,
Oldu rəvanə qafileyi-izzü ehtişam.
Əşrafi-Əhli-Beyt səfər ixtiyar edüb,
Səyyarə oldu əxtəri-gərduni-din təmam.
Ol sərvəri-din və nəqdi-seyyidi-mürsəlin əhli-Məkkə ilə vida’ edüb rəvan olduqda əraziyi-Məkkəyə lərzə düşüb, xəvasü əvami-Hicaz bə’zi mürafiqət üçün və bə’zi müşayiət üçün mütəhərrik olub, bir zəlzələ qopdu ki, nəzzarəsi ’üyuni tirə və təəmmüli ’üquli xirə qıldı. Və ələmi-müfariqətindən [xəlqə] bir giryə qalib oldu ki, olgiryədən əbri-bəhar münf’əil olurdu. Şe’r:
Xaneyi-Kə’bə urdu köksünə daş,
Çahi-Zəmzəm axıtdı gözdən yaş.
Xaki-paki-xətireyi-Bətha,
Zərrə-zərrə binüb səməndi-səba,
Ol şəhənşaha oldular həmrah,
Çıxdı çərxi-bərinə gərdi-sipah.
Təmamiyi-əşrəfi-büq’eyi-Kə’bə və xəvasü əvami-Məkkə bir mənzil ol şəhriyari-alimiqdar və sultani-kamgarın mülazimi-rikabihümayuni olub təriqimülazimət riayət qıldılar. Qimmeyi-şadirvani-rif’ət zinəti-ruyi-zəmin olduqda və orduyi-hümayun sə’adətlə nüzula icazət bulduqda, Həzrəti-İmam bir fəzayi-fərəhfəzadə bir kürsi nəsb etdirib, üzərinə çıxub, həmdü sənaya möhtəvi və şükrü sipasa müştəmil bir xütbeyi-bəliğ ədasından sonra nida qıldı ki, "Ey mə’şəriəshabi-girami və ey hüzzari-məclisi-cami! Mən səyyahi-badiyəpeymayisəhrayi- müsibətəm, bən müsafiri-biyabannəvərdi-badiyeyimöhnətəm. Bən səyyareyi-asimani-qürbətəm, bən saliki-təriqişəhadətəm. Xatiri-fatirimə əndişeyi-ləzzati-dünya güzar etməz və zəmiri-pürtəşvirimə xəyali-təsərrüfi-mülki- aləm yetməz. Səhifeyi-söhbətim nəqşi-hiylədən mü’ərradır və cərideyi-ülfətim tərzixud’ədən mübərradır. Heç bəndəyi iqtinayi-fəvaidi-dünyəvi və’dəsiylə müqəyyəd etməzəm və heç fəqirin e’tilayi-məratibü mənasib müjdəsiylə daməni-tə’əllüqin tutmazam. Təhti-livayi-rif’ətimdə sayeyi-səltənəti-suri təmənna qılan sərrişteyi-irtibatın silsileyi-ülfətimdən qət’ etsün və növbəhari-şövkətimdə rəyahini-tənə’ümati-məcaziyə talib olan tərki-ülfətim dutsun". Şe’r:
Bən bəla dəryasinə qərq olmağa basdım qədəm,
Gəzməsün girdabvəş çevrəmdə hər canın sevən,
Bən fəna deyrində mənzil dutmağa əzm eylədim,
Durmasun yanımda mülkü qəsrü eyvanın sevən.
Bu nəsihətdən sonra şəm’i-şəbistani-hərəmsərayi-’ismət olub, sabahadək suzü güdazla övqat keçirdi. Ələs-səbah ki, tiği-şə’şəeyixosrovi-xavər rabiteyi-nurdan zülmət silsiləsin qət’ qıldı və sipahi-Rumü Həbəş bir-birindən ayrıldı, ol mənzildən orduyi-humayun irtihal qılub və əhbabi-həqiqi və məcazi bir-birindən ayrılub ol ki, rişteyi-irtibatı təəllüqati-dünyaya möhkəm idi, vida’ edib Məkkəyə müraciət qıldı və ol ki, təriqi-vəfada rasixdəm və sabitqədəm idi, mürafiqətdə yekcəhət oldu.
Rəvayətdir ki, ikinci mənzildə Həzrəti-sultani-Kərbəla bir namə təhrir edüb ammeyi-Bənu Haşim və kaffeyi-Bənu Əbdülmüttəlibə irsal etdi bu məzmunla ki: "Ey silsileyi-intisabi-Rəsulullaha müntəzəm olan cəvahiri-əsdafi-səadət, və ey şərəfi-qürbi-Mustəfa bulan zəvahiri-hədayiqi-siyadət! Gəncineyi-iqbali-biintiqala təriqi-təsərrüf bulmuşam. Kəmali-mürüvvətim iqtizayi-səlayi-’amm edər və maideyi-ne’məti-bizəvala mehman olmuşam. Hüsni-sirətim təqazayi-əxbarü e’lam edər. İmdi münhiyi-məktubi-şərifim əxbaritəvəccöhüm e’lam etdikdə və bəşiri-risaleyi-lətifim sizə yetdikdə hər kim iste’calla gəldi, bu gəncinədən bəhrə bulub bu maidədən nəsib aldı; və hər kim təvəqqüf qıldı, məhrum qaldı, vəssəlam". Məktub irsal edüb, barxanələr yüklənib rəvan oldu. Bir neçə mənzil qət’ olunduqdan sonra əsnayi-təriqdə Səbah nam mənzildə Fərəzdəqi-şair ki, İraqdan gəlüb Hicaza gedərdi, ol Həzrətin pabusi-şəriflərinə müşərrəf olub izhari-du’avü səna qıldı bu təriqlə ki. Şe’r:
Əssəlam, ey nəqşi-nə’li-mərkəbin Mehrabi-din,
Həlqeyi-fitraki-rəxşin rişteyi-Həblülmətin,
Tərhi-orduyi-humayunin tirazi-məhdi-mülk,
Nəqşi-çətri-bargahın zinəti-ruyi-zəmin.
Həzrəti-İmam andan əhvali-İraq istifsar etdikdə ayıtdı: "Ya İbn Rəsulullah, əhli-Kufənin əf’allərin əqvallərinə müxalif gördüm".
Həzrəti-İmam anın sözünə təsdiq edüb, ol mənzildən dəxi rəvan olub Bətnür-rümmə deməklə mə’ruf mənzili müxəyyəmi-xiyami-orduyihumayun edüb, ol mənzildən əhli-Kufəyə Qeys bin Məşhərlə bir namə irsal etdi, bu məzmunila ki: "Əkabirü ə’yani-İraq və ə’azimü əşrafi-Kufədən təriqi-məvəddətimdə qədimülvidad və caddeyi-ita’ətimdə səlimül-e’tiqad olan sənadidi- ’izam və firqeyi-mə’arifigiram şəraifi-təslimati-inayətəncam və lətayi-fitəhiyyati- səadətixtitama ixtisasi-tam bulduqdan sonra mə’lum edələr ki, əmmzadeyi-cəlilül-qədri-bi’ədil Müslim bin Əqil ki, vəkili-mö’təmidim və rəsuli-mö’təqidimdir, bu canibə irsali-rəsayil edüb məzmununda sizing surəti-ixlasü e’tiqadınızı ərz etməgin silsileyi-təvəccöhümüz ol canibə mütəhərrik olub və uqabi-həyati-rif’ətü iclalım ol ərsə həvasiylə balü pər açub, mütəvəccih olmuşam və ehtİmamla əzimət qılmışam. Ümmid ki, Həzrəti-İzzət tövfiqi-iqtisal müyəssər qıla və bu namə Bətnürrümmədən sizə infaz olundu, ta mə’lum ola".
Rəvayətdir ki, Həzrəti-İmam Məkkədən çıxıb mütəvəccihi-Kufə olduqda Yezidin anda olan ə’vanü ənsarından Übeylullahi-Ziyada məkatib irsal olunub xəbər yetmişdi və Übeydullahi-Ziyad cəm’işəvarii və mənazili mö’təmid kimsənələrinə tapşurub məsun və məzbut etmişdi. Qeys bin Məşhər ki, Həzrəti İmamın məktubi-şərifin Kufə ə’yanına yetürmək qəsdinə iste’calla gedərdi, Qadisiyyə mülkünə yetdikdə İttifaqən ol məqamın hifzinə mə’mur olan Həsən bin Təmim mə’lum edüb, ol məzlumu dutub Übeydullahi-Ziyada irsal etdikdə Übeydullahi-Ziyad ol bigünahı şəhid etdi. Əmma Həzrətiİmam mənazilü mərahil qət’ edüb gəlirkən Dürud nam mənzilə yetdikdə gördülər bir xeymə qurulmuş və bir sərapərdə urulmuş. Həqiqəti-halın sual etdikdə dedilər: "Züheyr bin Qeys Nəhai Məkkədən gəlüb mülkinə gedər". Həzrəti-İmam bir xidmətkar irsal edib anın ehzarın murad etdi. Hüzuruna gəldikdə ayıtdı: "Ey Züheyr, biz gövhəriri-zayi-Həq təmənnasında dəryayi-bəla qəvvaslarıyuz. Nəhəngi-nayibədən ehtiraz etməyən bizə həm’inan olur. Və biz cövhəri-qürbi-İzəd təvəllasında səhrayisəbatü səbr səyyahlarıyız. Hücumi-hadisədən ictinab etməyən rəfaqətimizə rəğbət qılur. Aya səndə ol himmət olamı ki, meydani-məhəbbətdə mərkəbi-mücahidət yügürdüb həm’inan olasan və şəmşiri-şücaət çəkib mürafiqət qılasan?" Züheyr ol növbəhari-tövfiqdən gül kibi xəndan olub dedi: "Ya İmami-Zəman, bir müddətdir ki, bu səadətə müntəzirəm, əlminnətü lillah, müyəssər oldu və hüsni-tale’im hüsuli-mərama müavinət qıldı". Şe’r:
Gəldi ol dəm ki, qılam canımı canana fəda,
Eyləyəm ərzi-məhəbbət, qılam izhari-vəfa.
Həm ol sa’ət mənzilinə mü’avidət qılub, əshabü ətba’inə ayıtdı: "Ey qövm, bən qərqeyi-girdabi-məhəbbət oldum və canibi-üqbaya təvəccöh qıldım. Bəlaya mütəhəmmil olub fənaya riza verən bənimlə gəlsin və müqəyyədi-rahət olub arizuyi-fərağət qılan müfariqət qılsun". Və mənkuhəsina ayıtdı: "Ey yari-əziz, bən nəqdi-can sərf etməgə şəhadət bazarına təvəccöh etmişəm, sən bənim malımdan həqqini alıb bəndən müfariqət ixtiyar et". Və bir rəvayət budur ki, ol övrət təlaq alub qarındaşiylə Kufəyə [getdi]. Və bir rəvayət budur ki, dedi: ey Züheyr, sən Hüseyn mülazimətin ixtiyar etdin isə, bən dəxi xatuni-Qiyamət xidmətin ixtiyar etdim. Ittifaqla Kərbəlaya gəldilər.
Çün Həzrəti-İmam Şüquq nam mənzilə nüzul etdi, Kufədən bir kimsənə gəlib xəbər verdi ki, Müslimi-Əqil və Hani bin Ürvəyi şəhid etdilər və başların Şama göndərdilər. Həzrəti-İmam ayıtdı: "İnna lillahi və inna ileyhi raci’un"[9]. Rəvayətdir ki, Müslimi-Əqilin on üç yaşında bir qızı olub hərəmsərayiismətdə müsahibəti-müxəddərata müşərrəf idi və Həzrəti-İmam ana qayətdə ehtiram edərdi. Müslimin xəbəri-şəhadəti istima’ olunduqda Həzrəti-İmam hərəmsərainə gəlüb, ol qızı görüb hər gündən ziyadə iltifat etdi. Ol salehə fərasətlə mütəvəhhim olub ayıtdı: "Ya Hüseyn, məgər Müslim şəhid olubdur ki, bana yetimlər ri’ayətin edərsən". Həzrəti-İmam təhəmmül qılmayub giryan olub ayıtdı: "Ey salehə, Müslim getdi isə, bən anın yerinə". Ol fəqirə Müslimin şəhadətin təhqiq etdikdə bünyadi-növhə qılub və baqi vladı nalan olub matəmin dutdular.
Rəvayətdir ki, bu xəbər şaye’ olduqda və sübut bulduqda bə’zi rüfəqa Həzrəti-İmama qəsəmlər verib mübaliğələr qıldılar ki, ya İmam, kəndünüzə və bu ətfalü əyalə cəfa rəva görüb Kufə canibinə getmin və bu təhlükədən ehtiraz edin [ki,] mə’rəkəyi-qəlizdir.
Həzrəti-İmam təəmmül edüb, bir zəman sükut ixtiyar etdükdə Müslimin övladı hücum edüb ayıtdılar: "Ya İmam, əhli-Kufədən Müslimin qanın almayınca bizə müraci’ət mümkün degil. Heç kimsənə getməz isə, barı, biz gedəriz, ya intiqam alaruz və ya kəsbişəhadət edəriz". Şe’r:
Zillət ilə ləzzəti olmaz həyatın, dustlar,
Nəqdi-can sərf eyləyib dünyada, kam almaq gərək.
Əcz ilə dönmək ədudən səhldir, himmət dutub,
Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək.
Hüseyni-məzlum ol himməti görüb əshabına ayıtdı: "Laxəyrə, fi’l əyşi-bə’də ha’ulai"[10]. Yə’ni bunlardan sonra həyatdan ləzzət görmək olmaz. Kufə ’əzminə yekcəhət olub, ol mənzildən köçüb Malə mənzilinə nüzul etdikdə Ömər bin Sə’ddən bir məktub varid oldu, məzmununda bu ki: "Ey Hüseyn, əhli-Kufə iqrarlərinə inkar edüb Müslimi-Əqili şəhid etdilər. Və Müslim hiyni-şəhadətdə bana vəsiyyət etmişdi ki, bu əhvalı sənə e’lam edəm. Gərəkdir ki, bu əxbarı mə’lum etdikdə həzərində olasan və Kufə ’əzimətinin tərkin qılasan".
Bu xəbər şəhzadənin orduyi-humayunində intişar və iştihar bulduqda ətrafü cəvanibdən təmə’i-dövləti-dünyaçün cəm’ olanlar güruh-güruh pərişan oldılar və meydani-vəfada sabitqədəm olanlar qaldılar. Ol mənzildən dəxi rehlət edüb, Bənilmüqatilə gəldikdə bir sərapərdə gördülər ki, qurulmuş. Həqiqətin sual etdükdə dedilər: "Əbdüllah bin Hürrindür". Və Həzrəti-İmam İbn Həccacı ki, anın qəbiləsindən idi, mütalibətinə irsal etdi. İcabət qılmayub, Həzrətiİmam bizzat anın mənzilinə təşrif buyurub ana təklifi-rəfaqət qıldı. Əbdullah bin Hürr ayıtdı: "Ya İmam, Yezidin ləşkəri çoxdur və sənin xidmətində olanlar şərzimeyiqəlil olub anlarınla tabi-müqavimətləri yoxdur. Qalib oldur ki, məğlub olalar və mücərrəd bənimlə rəxneyiafət məsdud olmaz. İltimas edərəm ki, bəni mü’af edəsən. Və bənim bir atım və bir qılıncım var ki, manəndləri yoxdur. Pişkəş təriqiylə bəndən qəbul edəsən". Həzrəti-İmam ayıtdı: "Bən at üçün və qılınc üçün gəlmədim". Mə’yus olub andan müraciət qılub [mənzilinə gəldi].
Rəvayətdir ki, vaqieyi-Kərbəladan sonra ol süstrə’yikəmtədbir təəssüflər çəkərdi, əmma faidə qılmazdı. Şe’r:
Zəhi nadan ki, şahi-mülki-iman
Ana ərz edə təşrifi-şəhadət,
Təvəhhüm eyləyib tiği-bəladan,
Özündən eyləyə səlbi-səadət.
Nəqldir ki, bir mənzildə Həzrəti-İmam, Zeynəb dizi üzərinə baş qoyub yuquya getmiş ikən iztirabla oyanub dideyi-nəmnakindən gövhəri-əşk rəvan oldu. Ümm Külsüm ayıtdı: "Ya Hüseyn, səbəbigiryə nədir?". Həzrəti-İmam ayıtdı: "Vaqi’əmdə hala cəddimi gördüm. Giryan olub bana dedi ki, ey Hüseyn, və’deyi-müvasilət qərib oldu". Ümm Külsüm dəxi giryan olub və Əli Əkbər ayıtdı: "Ya İmam, ləşkəri-ə’dayla müqabilə vaqe’ olduğu təqdirdə Həq bizim tərəfimizdədir, yoxsa anlar canibində?" İmam ayıtdı: "Həq bizdədir və biz Həq iləyiz". Əli Əkbər ayıtdı: "Pəs, hər cəfa mütəsəvvir olsa, qəm degil!"
Əlqissə, ol mənzildən dəxi intiqal edüb Qətqətana dedikləri mənzilə nüzul etdikdə, şəhzadə cəm’i-ləşkərin cəm’ edüb, tərtibi-müqəddəmati-nəsayehü məva’iz etdikdən sonra Müslimi-Əqilin şəhadətin və əhliKufənin xəyanətin şaye’ edüb nida qıldı ki, "Ey qövm, ayineyi-dövran bir qeyr surət göstərdi və nihali-tədbir müxalifi-məqsud bər verdi. Və mühəqqəq oldu ki, əhli-Kufə nəqzi-əhd edüb Müslimi şəhid etmişdir və ləşkəri-Yezid cidalü qital etməgə ətrafü cəvanibimizi tutmuşlar. Və bən bilürəm ki, iqtizayi-şəhadət bana rüxsəti-nüsrət verməz və qeyrəti-şüca’ət müraciət etmək caiz görməz. Hər ayinə bana bu dəryayi-bəlaya girmək lazımdır və iste’dadi-rütbeyi-qədərim bu seylabi-fitnə girdabinə ’azimü cazim. Əmma sizə ümumən rüxsətdir ki, əbvabi-nəcat məsdud olmadan kəndünizi fəzayi-səlamətə çəküb, bu təfriqədən imən olasız və rayizi-fitneyi- zəman inani-ixtiyarınızı əldən almadan bir canibə gedüb bu dəğdəğədən qurtulasuz. Zira rəva görməzəm ki, bənim vücudum məhzi-xeyr ikən sizə nisbət mövcibi-zərər vaqe’ ola və mir’ati-surəti-halınuz bənim rəhgüzarımdan qübari-küdurət bula".
Rəvayətdir ki, ol cəmaətdən ol vaqtədək xatirində hənuz məzənneyi-intifai-dünyəvi olanlar qət’i-əlaqə qıldılar və dəvayi-səbati-məhəbbət qılanlar riza qəzaya verib, fəryadü fəğana gəldilər ki, ey hadiyi-təriqi-müstəqim və ey müqtədayi-sirati-qəvim, biz dövlətimülazimətində saliki-rahi-hidayət ikən imtahanla badiyeyi-təəssüf təriqin göstərmə və bir dəm sə’adəti-şəhadətdən novmid olduğumuzu rəva görmə. Şe’r:
Biz bəladan incinüb, bidaddan vəhm etmərüz,
Nəqdi-canın sərfi-canan eyləyən aşiqlərüz.
Eşq meydanında bidadü bəladan dönməyüb,
Rastrəv saliklərüz, sabitqədəm sadiqlərüz.
Filvaqe’, ol zəmanda sə’adət və şəqavət bir-birindən imtiyaz buldu və sə’idü şəqi əhvalı bir imtahanla mə’lum oldu. Ol tayifə ki, ömrü mal və övladü mülki-dünyaya müqəyyəd olub tərk edə bilmədi, kəsbi-sə’adəti-əbədi qılmadı. Və ol güruh ki, əsbabi-müstə’ari-dünyəvidən keçüb sə’adəti-şəhadət ixtiyar etdi, mənzili-məqsuda yetdi. Yəqindir ki, qəssami-qəza dünya hərisinə ücrət verməz və heç məzhəbdə iki həmşirə bir nikaha girməz.
Əlqissə, Həzrəti-İmam mənzil-mənzil qət’i-rah edüb bəni-Sükun qəbiləsinə yetdikdə, Bəni-Əkrəmədən bir şəxsə uğruyub andan Kufə əxbarın sual etdikdə ayıtdı: "Ya İmam, Übeydullahi-Ziyad sənin qəsdinə hər canib ləşkər rəvan edüb təfəhhüsündə və təcəssüsündədir. Səlah oldur ki, müraciət qılasan. Həqqa ki, təvəccöhün tiği-abdar və sinani-xunxardır və müxalifin qayətdə cəfapişə və sitəmkarədir".
Ol nəhəngi-dəryayi-vilayət və şiri-bişeyi-siyasət ol xəbərdən təvəhhüm etməyüb bəlkə şövqü zövqi-şəhadət hiddətin ziyadə qılub rəvan oldu. Əmma rahdarlar və casuslar Həzrəti-İmamın Bəni-Sükun qəbiləsinə yetüb, andan dəxi rehlət edüb və hiddəti-’əzimətin görüb Übeydullahi-Ziyada xəbər verdilər. Ol müdbir Hürr bin Yezidi-Riyahiyə əmr etdi ki, bin müsəlləh namərdlə istiqbal qılub Həzrəti Hüseyni qanda görsələr, nə vəchlə olsa, qeyr canibin təvəccöhündən mən’ edüb Kufəyə gətürə. Hürr bin Yezid ol ləşkərlə badiyəpeymay və səhranəvərd olub, mənzil-mənzil Hüseyni mütalibət edüb, tərəddüd qılub, Səddiab deməklə mə’ruf mənzilə yetüb, ol mənzildə aram dutub müntəzir ikən Həzrəti-İmam mənzilindən gecə ilə köçüb bədrəqeyi-əxtəri-əşki-qəmənduz və məş’əleyi-ahi-cigərsuzla sabahadək qət’i-rah edüb. Şe’r:
Sübh kim, xəlqi xazini-hikmət
Sirri-pünhandan eylədi agah,
Çərxi-zalimnihadü kafirkiş
Qıldı bütxanəsini atəşgah.
Ol padşahi-bütşikəni-atəşxanəfikən və ol şahbazi-düzmənşi-kari-ülvi-nəşimən qayəti-isti’caldan ixtiyari-nüzul etməyüb, aftabvar rayəti-rif’ət asimana çəküb və səhabi-müjgani-dürəfşandan zamanzəman rəhgüzara barani-rəhmət töküb yürürdü ol zəmanədək ki, əczayi-zəmin irtifa’i-xurşiddən kəsbi-zərarət qılub və bazarisəmumü sərab hiddəti-həvadan rəvacü rövnəq bulub rif’əti-aftab zəvala mütəvəccih oldu və hey’əti-rüzgar fərti-hərarətdən təğəyyür buldu. Şe’r:
Qayəti-hiddət verüb suhani-nəqşi-riglə,
Dəhr cəlladı həva tiğini xunriz eylədi.
Səfheyi-səhrada surət göstərib sudan sərab,
Təşnə təb’ində tə’əttüş atəşin tiz eylədi.
Dəbdəbeyi-tə’zimü təbcil və zəmzəmeyi-təsbihü təhlillə təlieyi-sipahi-zəfərpənah mənzili-Səddi-aba yetüb Hürr bin Yezidi-Riyahinin ləşkərinə mülhəq oldular. Və Hürrün ləşkəri dəxi bir səhrada düşüb hər biri kəndü sayeyi-mərkəbində qərar dutmuşkən səlabəti-əsakiri-zəfərməasirdən ehtizaza düşüb, mərkəblərinə binüb, səf çəküb müqabilə gəldilər. Təhqiqi-hal etmək üçün sultaniKərbəladan ol ləşkər sipəhsaları ehzarinə fərman sadir olduqda Hürr bin Yezidi-Riyahi ehtirazü ictinab etməyib, rikabi mülazimi-humayun olub ərzi-hal etdi bu rəsmlə ki. Şe’r:
Ey sücudi- dərgəhin sərmayeyi-dünyavü din,
Şəmseyi-eyvani-qədrin hilyeyi-’ərşi-bərin.
Xadimi-xəlvətsərayi-ta’ətin zikri müdam:
Hazihi cənnati’ ədnin fədxuluha xalidin[11].
Ya Əmirəl-mö’minin, İslam səndəndür dürüst,
Ya Əmirəş-şər’, sənsən rəhbəri-əhli-yəqin.
Yetməsün məqsudinə hər kim sənə eylərlsə qəsd,
Görməsün rahət yuzin hər kim sənə bağlarsa kin.
Həzrəti-İmam anın ismin və rəsmin sual etdikdə ayıtdı: "Ya İmam, bənəm Hürr bin Yezidi-Riyahi". Həzrəti-İmam ayıtdı: "Ya Hürr, "İleyna əm əleyna"[12], yə’ni müavinətə gəlmişsən, ya müharibəyə? Hürr ayıtdı: "Ya İmam, Übeydullahi-Ziyaddan mə’muram ki, mülazimətində olam Kufəyədək və sənə qeyr canibə getməgə təmkin verməyəm". Həzrəti-İmam ayıtdı: "La-həvlə və la quvvətə illa billahil-Əliyyil-əzim"[13]. Ey Hürr, hala nəmaz vəqtidir, sən cəma’ətünlə və biz cəma’ətimizlə nəmaz edəlüm, andan sonra qanda getməlü isə gedəlüm". Hürr ayıtdı: "Ya İbn Rəsulullah, sən İmami-zəmansan, İmamət qıl, iqtida qılalum". Şe’r:
Sana istərəm kim, qılam iqtida,
Budur aləm içrə həman niyyətim
Ki, bildim səni müqtəda, bilməsəm,
Qəbul eyləməz Həq bənim ta’ətim.
Həzrəti-İmam ana afərin oxuyub ittifaqla nəmaz qıldıqdan sonra xatibanə şəmşiri-abdarinə təkyə qılub həmdü sənaya müştəmil və dürudü duaya möhtəvi bir xütbeyi-bəliğ əda qıldıqdan sonra əhliKufəyi müxatəb edüb, möv’izeyi- xütbəsin bu kəlimatla müzəyyən qıldı ki, "Ey ümməti-Məhəmməd", "Cə’ələ Əllahu ət-təvfiqə rəfiqəkum"[14], əgərçi bənim rəqəbeyi-iqtidarım Yezidin ribqeyiinqiyadinə girmək münasib görünməyüb, anın ita’əti-naməqbulindən inhiraf etdigim dərəceyi-vüzuha yetmişdi, siz ki, əhli-Kufəsiz, mütəvatir namələr irsal edüb və asari-məhəbbət və məvəddət ərz eyləyüb "İmamımız və müqtədamız yoxdur" – deyüb bənim hüzurimi lazım etdinüz, İmdi əgər həm ol qərar üzrəsiz, bən bana lazım olan əmrə iqdam etdim. Siz dəxi sizə lazım olan məsləhəti sərəncam edin və əgər əziməti-mülki-səadətdə xari-səhrayi-tə’əllüq damənihimmətiniz dutub peşiman oldunuz isə, xari-rəhgüzarım olman, gəldigüm kibi müraci’ət qılayım. Zira bən bu diyara gəlüb cidalü qitali kəndü rə’yimlə ixtiyar etməmişəm və razı degiləm ki, səbəbi-[səfki]- dima’ olam". Hürr ayıtdı: "Ey Hüseyn bin Əli, bənim namələrdən xəbərim yoxdur". Hüseyn ayıtdı: "Sənin yoxsa, ləşkərində xəbəri olan çoxdur". Pəs, buyurdi ki, ol namələri bə’zi hazır olanlara göstərüb infi’al verdilər. Şe’r:
Ey xoş ol dəm ki, nameyi-ə’mal,
Qafili vaqifi-günah eylər.
Məhəki-imtəhan olub zahir,
Nəqdi-məğşuşi rusiyah eylər.
Bu hala müqarin canibi-Kufədən altı namərd isti’calla gəlüb Übeydullahi- Ziyaddan Hürrə bir namə gətürdilər məzmunu bu ki: "Ey Hürr, nə mənzildə ki, Hüseynə mülhəq olasan və mülaqat qılasan, gərəkdir ki, ana müvəkkil və müsəllət olasan, bu canibə gətürəsən". Hürr ol məktubu mütali’ə etdükdə Həzrəti-İmama göstərüb ayıtdı: "Ey nəqdi-Rəsulullahi-Haşimi, mülahizə qıl ki, sənin xüsusunda Übeydullahın nə miqdar ehtİmamı var. Və bən heyrətdəyəm ki, aya nə tədbir qılam? Əgər səni müaf etsəm, Übeydullahdan vəhm eylərəm və əgər sənə qəsd eyləsəm, Mə’budimdən xövf edərəm. Əmma Allah xövfü Übeydullah vəhminə qalibdir. Qələm olsun ol pənceyi-namübarək ki, sən kibi pəncəyi-afitaba şü’ai-şəmşiri-atəşparə çəküb, zülməti-üsyanla kəndü ruzigarın siyah edər və ’ədəm olsun ol nacəvanmərdin mənzili ki, sən kibi kamil vücuda zəxarifi-dünya üçün qəsd edüb, vəsvəseyi-şeytanla kəndü əhvalın təbah edə. Həqqa ki, bu canibə gəldikdə yolda heç xarü xaraya yol qomadım ki, bana zəbanihalla müjdeyi-şəhadət vermədi və heç nəsim bəndən yana güzar etmədi ki, bana bəşarəti-behişti-bərin yetürmədi. Və mən heyrətdəyəm ki, aya bu nə əməl cəzasıdır, bən xud müqatileyi-Ali-Rəsula mə’muram. [Əmma] ümiddir ki, müqatilə mürafiqətə mübəddəl ola və Həq dövlətimütabiətinizdə bana səadəti-nəcat müyəssər qıla. Hala bənimlə müxalifət olmağın səlah budur ki, mütəhhərati-hücərati-ismət bəhanəsiylə sizün orduyi-hümayuniniz bizim əskəri-şərarət əsərimizdən bir mərtəbə müba’ədət ixtiyar edüb nüzul edələr, zülməti-şəb müstövli olduqda irtihal edüb nə canibə murad isə rəvan olun ki, sabah olduqda bən ləşkəri xilaf səmtə çəküb, səhrada bir zaman tərəddüd edüb, "bulmadum" – deyüb müraci’ət qılam və bu mə’siyətdən nəcat bulam".
Həzrəti-Hüseyn əsrari-hikmət izhar üçün ol səlahi münasib görüb nüzul etdikdə, bir miqdar anlardan bə’id olmaqla anlar xabi-qəflətdə ikən nisfi-leyldə orduyi-humayunun köçurüb canibi-Məkkeyi-mü’əzzəməyə rəvan oldu. Qaliba ol gecə ərusi-aləm şühəda üçün tə’ziyət iste’dadində olub, gisuyi-müşkbarində rüxsarın nihan etmişdi və şəhidlər və məzlumlar iztirabın görüb dudi-ahi-zəmin daməniasimanı dutmuşdu. Əlqissə, bir zülməti-məhibi-cansitandı kim, badiyeyi-dəhşətdə Xizri-xirəd sərgərdan idi. Nə mahü sitarədən nişan peyda və nə sübhü afitabdan əsər hüveyda. Anın kibi zülmətdə ol məzlumlar ’inani-ixtiyar qayidi-qəzaya təslim edüb, təmam gecə ciddü cəhdlə qət’i-rah qılub, sübh olduqda mərkəbi-şəhsuvari-meydani-şəhadət bir hövlnak mənzildə təvəqqüf edüb, andan ilərü getməgə təqdirdən rüxsət bulmadı və Həzrəti-İmam nə qədər ki, taziyanə urub mütərrik etmək istədi, fayda qılmadı. Həzrəti-İmam ayıtdı: "Ey mənazil və mərahildən xəbərdar olanlar, bilirmisiz bu nə mənzildir?" Dedilər: "Bu zəminə ərzi-Mariyə derlər". İmam ayıtdı: "Şayəd bir qeyr ismi dəxi var ola?" Dedilər: "Bir ismi dəxi Kərbəladır". Hüseyn ayıtdı: "Allahu əkbər, haza ərzu kərbin və bəla"[15]. Şe’r:
Budur ol mənzil ki, toprağinə qaynar qanımız,
Bundadır zira məkani-cismi-sərgərdanımız.
Əli Əkbər mütəəllim olub ayıtdı: "Ey pedəri-büzürgvar, bu nə fali-namübarəkdir?" Hüseyn ayıtdı: "Ey nuri-didə, Əliyyi-Murtəzayla əziməti-hərbi- Siffin etdükdə, bu mənzilə yetdikdə, Həzrəti-Murtəza Düldüldən enüb, İmami- Həsən dizi üzərinə mübarək başın qoyub yuxuya getmiş ikən nagah bidar olub ah çəkdi. İmam Həsən səbəb sual etdükdə ol Həzrət ayıtdı: "Şimdi vaqe’əmdə gördüm ki, bu səhra girdabi-xun olmuş və bənim Hüseynim ol girdaba düşüb mütəhəyyir qalmış. Nə qədər ki, istiğasə edər, kimsənə fəryadinə yetməz. Pəs, bana mütəvvəcceh olub ayıtdı: "Ya Hüseyn, bu badiyədə sənə bu vaqi’ə əl versə, nə dersən?" Dedim: "Ya Əli, səbr edərəm və səbr ilə əcr istərəm ki, "İnnəma yuvə’f-fə’s-sabirunə əcrəhum bi-qəyri hisabin"[16]. Pəs, şahzədə buyurdu ki, hicabi-bargahi-rif’ət ol mənzili məxyəmi-xiyami- orduyi-hümayun edələr. Fərmani-vacibül-iz’an müqtəzasincə ol padşahi-aləmpənahın sərapərdeyi-rif’ətləri səhrayi-Kərbəlaya uruldu və ol sultani-məlayik sipahi-həşmət dəstgahın bargahi-səadətləri meydani-Kərbəlaya quruldu. Şe’r:
Sayə saldı qübbeyi-gərdüna çətri-’ərşsay,
Yetdi səthi-xakə qədrindən kəmali-irtifa’.
Kərbəla gərdun idi, çətri-şəhidi-Kərbəla,
Xeymeyi-xurşid idi, ətnabi-zərrini şü’a.
Çün Həzrəti-İmamın cəm’i-əf’alı məzahiri-əsrari-hikmət və mətale’i-qüdrət idi, Hürr bin Yezidi Riyahi ləşkərindən inşiraf edüb Məkkə canibinə təvəccöh etmiş ikən, ixtiyarsız Kərbəlaya düşdügü təvəhhümdən və təhəyyürdən degildi, bəlkə bu qərəz mənzur idi ki, ’əziməti-meydani-bəla və təvəccöhi-dəşti-Kərbəla kəndünün məhzişücaətlərindən bilinməyüb, rəfiqi olan ə’yani-dövlətə və ərkanihəşmətə mə’lum ola ki, daireyi-tədbirü təsərrüfindən xaric bir mühərriki-silsileyi- iradət və bədrəqeyi-təriqi-məşiyyət var ki, anın əmriylədir hər nə vaqe’ olur.
Nəqldir ki, Həzrəti-İmam səməndi-badpayi-badiyəpeymasindən nüzul edüb xaki-Kərbəlaya qədəm basdıqda, ol xaki-şərif həyasından sararıb, andan bir qübar çıxub gisuyi-mü’ənbərlərin müğəbbər etdi. Ümm Külsüm anı görüb ayıtdı: "Ey əzizim, bir əcib halət və mülahizə qıldım və bir qərib arizə gördüm. Bu badiyə toprağından könlümə bir vəhm müstövli oldu". Həzrəti-İmam ana təsəlli verüb Şəhrbanuya ayıtdı: "Ey yari-dilnəvaz, və ey həmdəmü həmraz, bəni bu mövze’də ə’zayi-məcruhla ağüşteyi-xakü xun gördükdə vəsiyyətim budur ki, sədayi-növhə ilə baisi-təzayüdi-süruri-cəmalın təmaşagahi-əhlişəmatət qılmayasan. Şe’r:
Qılub gisu pərişan, xatirin cəm’ etmə bədxahın,
Sürudi-ah ilə dərdi-dil izhar etmə əşrara.
Açub xurşidi-’ariz, qılma rövşən çeşmi-bədbini,
Giriban çak edüb cənnət qapısın açma küffara.
Təmamiyi-Əhli-Beyt ol xəbərdən giryanü büryan olub dedilər: "Ey şahzadeyi-aləmpənah, bu nə əxbari-cangüdazi-cigərsuz və kəlami-ələməncami-qəmənduzdur?" Həzrəti-Şahzadə müqəddəmati-nəsayehü məvaizlə təsəlli verdi ki: "Ey cavahiri-mə’dəni-risalət və ey rəyahini-rövzeyi-vilayət, çün iradeyi-təqdiri- Rəbbani budur, səbrdən qeyr nə çarə". Şe’r:
Surəti-keyfiyyəti-əşya çəkən rəssami-sün’,
Kargahi-sən’ətin mövqufi-tədbir eyləməz.
Vadiyi-tədbir sərgərdanıdır aləm, vəli,
Hileyi-tədbir səlbi-hökmi-təqdir eyləməz.
Əlqissə, Həzrəti-İmam ol badiyeyi-xunxar və səhrayi-məlalətasarda qərar dutub, mütəməkkin olduqda, Süleyman bin Sürəd Xuzai əşpafü-ə’yani-İraqa bir namə yazub Qeys Ə’rabiylə irsal etdi bu məzmunla ki, "Ey qaibanə izharisədaqət qılub ərzi-iştiyaq edən mö’təmidlər və müxlisanə übudiyyətnamələr irsal edən mücahidlər! Sizin məkatib və mərasilinüzün süturi-xütuti səlasili-cəzbi-iradətümüz vaqe’ olub, bu canibə təvəccöh qılub, hala dəşti-Kərbəla ki, bətni-biladi- İraqi-Ərəbdir, məxyəmi-nüzuli-orduyi-humayun oldu və Süheyli-iqbali-Hicazi- mətlə’imiz bu fəzaya pərtövi-səadət saldı. İmdi gərəkdir ki, qıldığınuz əhdə vəfa qılub və səadəti-məqdəmi-şərifimizi müğtənəm bilib, məzmuni-misali-vacibül-imtisala ittila’ bulduqda nəqdi-can nisar etməgə dərgahi-dünyadan övla olduğun mühəqqəq biləsiz. Həqqa ki, bu işarət sizə ehdayi-təriqi-hidayətdir. Təsəvvür etmən ki, istid’ayi-müzahirət və mü’avinətdir, zira səltənəti-aləmi-fani ana dəgməz ki, minnətlə təhsil edələr və zillətlə buraxub gedələr". Şe’r:
Tiği-tövfiq ilə bən qət’i-tə’əllüq qılmışam,
Çəkməzəm minnət, olub mail sərirü əfsərə.
Çün bana məqsud fəthi-aləmi-təcriddir,
Aləmi dutmaqda gün möhtac olurmu ləşkərə?
Qeysi-Ə’rabi Həzrəti-İmamın naməsin Kufəyə ilətüb, Suleymani Xüzaiyə verüb, cavab almaq qəsdinə rəvan olduqda Kufəyə yetmədən Übeydullahi- Ziyadın təli’eyi-əskəri ol namuradı dutub hüzuruna ilətdilər. Qeysi-Ə’rabi Übeydullahi-Ziyada müqabil olduqda naməyi parələdi. Übeydullah ayıtdı: "Nişə naməyi parələdin?" Qeys ayıtdı: "Dost sirri düşməndən məxfi gərək". Übeydullah ayıtdı: "Ey Qeys, əgər bənim siyasətimdən nəcat bulmaq muradınsa, iki işdən birin ixtiyar et: Ya namədə olanlar ismi izhar eylə, ya minbərə çıxub Hüseyn və ətba’inə nasəza edüb bana və Yezidə sitayiş qıl". Qeys ayıtdı: "Ey İbn Ziyad, izhari-məzmuni-namə xud mümkün degil, əmma qəziyyey-iminbər ehtimalpəzirdir. Buyurun xəlq cəm’ olsun".
Silsileyi-cəm’iyyət müntəzəm olduqda, Qeysi-Ə’rabi minbərə çıxub zəbani-fəsihlə Vacibül-vücuda həmdü səna və Həzrəti-Rəsula dürudi-bimüntəha əda qıldıqdan sonra nida qıldı ki: "Ey əhli-Kufə, bən rəsuli-Hüseynəm və gəlmişəm ki, təşrifi-şərifindən sizi xəbərdar edəm". Və məzmuni-naməyi ağazdan əncamədək şərh qıldı, Yezidə və İbn-Ziyada nifrin oxuyub, Hüseyn və ətba’inə sitayişlər qılub xassü ammə ğərivü qülqülə saldı. Übeydüllahi-Ziyad ol vaqi’ədən qəzəbnak olub hənuz minbərdə ikən ol məzlumu şəhid etdirdi. Şe’r:
Nə saətdir ki, gülzari-bəladan bir gül açılmaz?
Nə dəmdir kim, fələk bir mübtəla bağrını qan qılmaz?
Çün Übeydullahi-Ziyad Hüseyn bin Əlinin Kərbəlaya gəldigindən vaqif olub bir namə irsal qıldı, bu məzmunla ki: "Ey Hüseyn, bana Yezid namələr irsal edüb e’lam edibdir ki, Hüseyn bin Əli ol canibə gəldikdə, bənim bey’ətim andan almayınca qərar dutmayasan və əgər qəbul etməz olursa, qətlində tə’əllül qılmayasan. İmdi sənə nəsihət edərəm. Kəndünə tərəhhüm edüb Yezidin bey’ətin qəbul et və əgər qəbul etməz isən, əsbabi-müharibə mühəyya qıl".
Həzrəti-Hüseyn ol namənin məzmununa müttəle’ olduqda, [əlindən] buraxdı və çehreyi-mübarəki qəzəbdən gülnari olub buyurdu ki, zəhi bədbəxt qövmi ki, rizayi-xəlqi qəzəbi-Xaliqə ixtiyar edüb ümmətiyüz dedikləri Peyğəmbərin övladın həlak etməklə rizasın istərlər". Şe’r:
Gör nə cahildir ədu kim, də’viyi-İslam edib,
Dövləti-dünya üçün Ali-Rəsul eylər həlak.
Gör nə qafildir ana tabe’ olan bədbəxt kim.
Xəlqi xoşnud eyləyib, eylər Xudayı xəşmnak.
Qasidi-Übeydullah ayıtdı: "Ya Hüseyn, nədir bu risalətin cəvabı?" Həzrəti- Hüseyn ayıtdı: "Ma-ləhu indi cəvabin ləqəd həqqət əleyhi kəlimətul-’əzab"[17]. Qasidi-Übeydullah müraciət qılub, Hüseyn bin Əlinin cəvab verməyüb naməyi buraxdığını ol müdbirə xəbər verdikdə ol bədbəxt qəzəbnak olub, əhli-məclisə yüz dutub ayıtdı: "Ey əkabiri-Şam və ə’azimi-Kufə, kimdir sizdən ki, mütəsəddiyi-hərbi-Hüseyn olub, hər məmləkəti-mü’zəm ki, İraqdan murad edinsə, ana verüm". Heç kimsənə cəvab vermədi. Bu kəliməyi təkrar edib, kimsənədən cəvab almayub aqibət Ömər bin Sə’d Vəqqasa ayıtdı: "Ey əşcə’i-bəni-Qüreyş, bir müddətdir ki, mülki-Rey təmənnasındasan və diyari-Təbəristan istid’asında. İmdi mülki-Rey və diyari-Təbəristan hökumətin sənə verdim". Filhal mənşuri-əyalət tövqii-ixtitama yetüb təslim olunduqda bir xəl’əti-faxir dəxi geydirib və bir cənibi-bərqrəftar dəxi mülazimlərinə təslim etdirdi. Bu ən’amü ehsandan sonra ayıtdı: "Ey nəqdi-Sə’d Vəqqas, atan skabiri-səhabədən olub şücaətdə məşhurü mə’ruf idi. Və hala Yezidin təhti-livayi-hökumətində əgərçi mö’təbər sərəfrazlər çoxdur, əmma səndən əşcə’ və əqdəm mübariz yoxdur.
Bənim səlahım budur ki, sən sipəhsalari-ləşkər olub, Hüseyn bin Əli üzərinə ləşkər çəküb andan Yezidin bey’ətin alasan. Və əgər qəbul etməzsə, anın və ətba’inin başların kəsib, bu canibə göndərib, bu xidməti kəndünə mövcibi-izdiyadi- rif’ət və baisi-təzayüdi-mənzilət biləsən".
Ömər Sə’d ayıtdı: "Ey Übeydullah, bu bir əmri-əzİmdir və şüğlivəhimdir. Təfəkkürsüz və təəmmülsüz şüru etmək olmaz. Bana möhlət ver, mənzilimə müraciət qılub, övladü ətba’imlə məşvərət edüb, nə məsləhətə qərar verirlər isə, gəlib ərz edəyim". Rüxsət hasil edüb, geydigi xəl’ətlə mərkəbi-cənibə binüb, Təbəristan və Rey mənşurun əlinə alub mənzilinə gəldikdə övladü ətba’i anı ol zinətlə görüb ayıtdılar: "Bu ən’amü iltifata səbəb nə vaqe’ oldu ola?" İbn Sə’d ayıtdı: "Bu gün Übeydullahi-Ziyadın dəryayi-iltifatı təməvvücə gəlüb və nəsimi-atifəti mütəhərrik olub, bəni bu ən’amü ehsanla sərəfraz edüb sərəskər etdi, bu şərtlə kim, Hüseyn bin Əli Murtəzayla hərb edüb, ya daireyi-bey’ətə gətürəm və ya dərəceyi-şəhadətə yetürəm". Ulu oğlu ayıtdı: "Heyhat, heyhat, ey qafil, bu nə xəyaliqələt və əndişeyi-batildir?! Və nə sevdayibihudə və sə’yi bihasildir! Aya, bilməzmisən ki, ol cigərguşeyi-Zəhra və nuri-dideyi- Mustəfa və süruri-sineyi-Murtəzadır və sənin atan Sə’d Vəqqas nəqdicanın anların yolunda sərf etdi və hala sən anın qəsdinə ləşkər çəkmək istərsən?! Və sən kəndü əlinlə üç məktub yazub, irsal edüb bu diyara anı də’vət etdin, hala ğədrlə qanın tökmək istərsən. Həqqa ki, müsəlmanam deyən bu əmrə irtikab etməz və də’vayi-İslam edəndən bu ’əməl zühura yetməz. Şe’r:
At ölür, don yırtılır, Rey mülkü eylər intiqal,
Leyk ta Məhşər qalur baqi vəbali-xuni-Al.
Bəlkə bu nikbətin əsəri Qiyamətədək övladına və ətbainə dəxi sirayət eyləmək müqərrərdir, zira mə’siyəti-ə’zəm və cinayətiəkbərdir". Ömər bin Sə’d anın sözündən münzəcir olub, yüz döndərib kiçik oğlundan nəsihət istədikdə ol həramzadə ayıtdı: "Ey baba, əgərçi qarındaşım dedigi sözlərin səhih olduğu zahirdir, əmma əmri-qayib olub, Übeydullahi-Ziyad etdigi ən’amü ehsan hazırdır. Heç aqil nəqdi nisyəyə verməz və qayibi hazırdan övla görməz".
Ömər Sə’d anın səlahın qəbul edüb və ol rə’yə qərar verüb, Übeydullahi- Ziyadın məclisinə gəlüb, izhari-riza qıldıqda, Übeydullah xoşhal olub, afərinlər oxuyub, filhal beş bin mübarizixunxar həmrah edüb Kərbəlaya rəvan etdi. Rəvayətdir ki, Ömər Sə’d təhiyyeyi-əsbab edüb mütəvəccih olmaqda ikən Həmzə bin Müğeyrə ki, xahərzadəsiydi, ol müdbirin əzimətin görüb ayıtdı: "Ey bədbəxti-əzəlü əbəd, bu nə xəyali fasiddir? Aya, İzədi-Cəbbar, Əhmədi-Muxtar və Heydəri-Kərrara rücu’in olmazmı və Ərəsati-Qiyamət yadına gəlməzmi?" İbn Sə’d ayıtdı: "Ey əziz, bən dəxi bilirəm ki, bu əndişeyi-nasaibdir, əmma zövqi-hökuməti-Rey və Təbəristan cəmi’i-təsəvvüratıma qalibdir". Həmzə ayıtdı: "Həqqa ki, hökuməti-təmamiyialəm ana dəgməz ki, dünyada bədnam olasan və axirətdə üqubət bulasan". Ömər Sə’d bu nəsihətdən bir miqdar mütəəssir olub, fəsxi-əzimətə əzm qılmış ikən yenə hübbi-cah və sevdayi-riyasət dideyi-bəsirətin ə’ma qılub, zəlalətdə yekcəhət olub ol sərəskəri-sipahi-şəyatin və sipəhsalariərbabi- kibrü kin ənhəsi-övqatda və ərzəli-saətdə sitareyi-nəhs kibi bürci-münqəlibi-Kufədən tülu’ edüb dəşti- Kərbəlaya pərtövinühusət bıraxdı. Şe’r:
Aldı təşvişi-qüdumi rahət əhlindən firağ,
Urdu övzai-xiyami sineyi-səhraya dağ.
Və yetdigi saətdə təvəqqüf etməyüb, biədəbanə Həzrəti-Hüseynə bir məktub irsal etdi bu məzmunla ki: "Ey Hüseyn, bu diyara gəldigindən qərəz nədir?". Həzrəti-İmam cəvab yazdı ki: "Bənim hüzuruma səbəb sizin namələriniz və izhari-iştiyağınız vaqe’ oldu. Həqqa ki, bən bu canibə sizin səlahınız içün mütəvəccih oldum ki, məziqi-zəlalətdən fəzayi-nəcata rəhnümalıq edəm. Hala ki, cövhəriiste’dadınıza əsəri-qəbuli-hidayət olmayıb, Müslim Əqilə ol cəfaləri rəva gördünüz, mə’lumum oldi. Niyyətim budur ki, darülmülkiHicaza müraciət qılam, əgər mane’ olmayasınız".
Ömər Sə’d təsəvvür edərdi ki, Hüseyni-Əli məhzən cidalü qital üçün bu diyarə gəlübdür. Bu cavabla xoşhal olub ayıtdı: "Şayəd sülhlə rəf’i-fəsad mümkün ola və Hüseyn İbn Əli kəndü diyarına müraciət qılub bu fitnə təskin bula". Pəs, vaqe olan sual və cəvabı Übeydullaha ərz etdi. Ol müdbir cəvab yazdı ki: "Ey sipəhsalari-Kufə, Yezidin bey’ətin Hüseynə ərz et. Qəbul etməz olursa, bana e’lam edüb mütərəssidi-fərman ol".
İbn Sə’d ol məzmundan mühəqqəq bildi ki, Übeydullah sülhlə razı olmaz. Ol naməyi Həzrəti-İmam hüzurinə irsal edüb, Həzrəti-İmam ol məzmundan ibavü imtina’ surətin göstərdikdə və keyfiyyəti-hal Übeydullaha ərz olunduqda ol müdbir qəzəbnak olub Həsin bin Təmir və Şis Rəbi’i və Şimri-Zilcövşəni on bin müfsidlə irsal edüb, əmr etdi ki, Hüseyni abi-Fəratdan mən’ qılub bey’ət edənədək su verməyələr. İbn Sə’d ol əmrə ita’ət edüb, Ömər bin Həccacı beş yüz namərdlə rudi-Fərat zəbtinə tə’yin qılub, zülali-Fəratı ol dəryayi-fəzilətdən münqəte’ etdilər.
Bu surət Məhərrəm ayının yeddinci günündə vaqe’ oldu və həm ol gün Həzrəti-İmamın ləşkərində əsəri-tə’əttüş peyda olub, qüsuni-şəcəreyi-nübüvvət və rəyahini-rövzeyi-risalət qəhti-abdan pəjmürdə və hiddəti-’ətəşdən əfsürdə olmağın Əbbas bin Əli əlli nəfər səvarü piyada mübarizlərlə Fərata mütəvəccih olub, Ömər bin Həccacla müharibə edüb, qalib düşüb, kifayət miqdarı su gətirüb ləşkərgaha yetürdilər.
İkinci gecədə Həzrəti-İmam İbn Sə’də e’lam etdi ki, əgər səlah isə bir zəman mülaqat edəlim. İbn Sə’d ol səlahı qəbul edüb bə’zi mülazimlərlə ləşkərindən çıxub və Həzrəti-İmam [dəxi] Əbbas və Əli Əkbərlə müqabilə qılub ayıtdı: "Ey İbn Sə’d, atan Sə’d Vəqqasdan sənə vəsiyyət bumudur ki, ali-Əbu Süfyana tabe’ olub, saqiyiSəlsəbilü Kövsər övladına abi-rəvanı məsdud edüb, təskini-hərarətlərin zülali-şəmşiri-abdarə həvalə qılasan və fəcərəvü fəsəqə mülazimətin xanədani-nübüvvət təvəllasından övla biləsən? Ey İbn Sə’d, zəxarifi-dünyaya e’tibar olmaz və ərusi-bivəfayi-zəmanə kimsənəyə vəfa qılmaz. Həqqa ki, sənə izhar etdigim nəsayeh zimmətimdə mövdu’ olan ləvazimati-əmrimə’ruf və nəhyi-münkərdir. Yoxsa sənin müavinətin və müzahirətindən müstəğni olduğum müqərrərdir". Şe’r:
Biz bəla meydanına vəqf etmişiz can nəqdini,
Xah səndən qeyr bu meydana gəlsin, xah sən.
Bu nə layiqdir sənə kim, bunca əhli-zülmdən,
Olasan qəttali-övladi-Rəsulullah sən?!
Ömər Sə’d ayıtdı: "Ya İbn Rəsulullah, cəmi’i-buyurduğun həqq və sədiqdir. Əmma vəhmim andandır ki, mübaşiri-əmri-qital olmasam, Übeydullahi-Ziyad inadla Kufədə olan məqamü mənzilimi xərab edə". Həzrəti-İmam ayıtdı: "İmarəti-dünyaya nə e’tibar? Axirətdə sənin məqamına mütəkəffil olayım və dünyada dəxi sərayindən yeg mənazil Mədinədə səninçün müqərrər qılayım". Ömər Sə’d ayıtdı: "Bənim Kufədə ziya’ və əqarım çoxdur, təsərrüfümdən çıxar". Həzrəti-İmam ayıtdı: "Bənim Hicazda ziya’ və əqarım var, anları sənə verəyim". Ömər Sə’din bəhanəsi münqəte’ olub xəmuş oldu. Həzrəti-İmam gördü ki, qabili-nəsihət degil, dedi: "Ey zalim, bu əməldə təsəvvür etdigin muradına yetməyəcəksən". Filvaqe’ öylə oldu. Əndək zamanda Muxtari-Əbu Übeydə çıxub ol müdbiri və oğlunu siyasətə yetirdi və nəcasətlərin yer yüzündən götürdü. Şe’r:
Zalimi sanma kim, murada yetər,
Zülm bünyadı üstüvar olmaz.
Bəhrəmənd eyləməz fəsad əhlin,
Məkr nəqşinə e’tibar olmaz.
Rəvayətdir ki, şəhzadə andan mə’yus mənzilinə müraciət etdikdə Bərir bin Həsin-Həmədani ki, əfzəli-zühhadi-əsrdi, İmamın icazətiylə nəsihət üçün ol gümrahın ləşkərinə gedüb, icazətsiz məclisinə girib, səlam verməyib oturdu. İbn Sə’d ol halətdən mütəəccüb olub ayıtdı: "Ey əziz, nə mane’ oldu ki, səlam vermədin?". Bərir ayıtdı: "Səlam müsəlmanlara məxsusdur". İbn Sə’d ayıtdı: "Məgər bən müsəlman deyiləm?" Bərur ayıtdı: "Hədisi-Mustəfəvidir ki, "Əl-muslimu mən səlimə’l-muslimunə min yədihi və lisanihi"[18]. Və sən Həzrəti-Rəsul övladını abi-Fəratdan mən’ edüb daiyə qılmışsan ki, hərb edüb qətl edəsən. Bu təqdirlə İslaminə hökm olunurmu?" İbn Sə’d ayıtdı: "Bən dəxi bilirəm ki, övladi- Rəsulla hərb edən müstəhəqqi-əzabi-əlim və müstəiddi-iqabi-cəhim olur. Əmma tərki-hökuməti-Rey və Təbəristan edə bilməzəm". Bərir olbədbəxtdən novmid olub məclisindən çıxdı. Qit’ə:
Hər bixirəd ki, fisqü fəsad ilə dutdu xu,
Olmaz hədisi-əhli-xirəd kargər ana.
Zatında hər şəqi ki, Zühəl kibi nəhsdir,
Bin Müştəri sə’adəti etməz əsər ana.
Rəvayətdir ki, Şimri-Zilcövşəni-şəqi ol əhvala vaqif oludqda filhal Kufəyə rəvan olub Übeydullahi-Ziyada ərz etdi ki, Hüseynlə Ömər Sə’d arasında ixtilat olub gecələr mücalisət edərlər, bilməzəm nə tədarükdədir. Übeydullahi-Ziyadın ol xəbərdən qəzəbi tüğyan edüb Ömər Sə’də bir namə yazdı bu məzmunla ki: "Bən səni müharibət üçün göndərmişəm, müsahibət içün göndərməmişəm. Bilirəm ki, sən bu əmri-xətirin öhdəsindən çıxmazsan. Təbəristan və Rey mənşurin Şimri-Zilcövşənə təslim et". Ömər Sə’d ol namədən mütəəssir olub, ol cəfakari-bədkirdarın atəşi-fəsadı Übeydullahın dəmi-sərdindən zəbanə çəküb, müharibə və müqatiləyə yekcəhət olub, pərdeyi-mühabavü müvasa aradan götürdü. Rəvayətdir ki, Məhərrəmin səkkizinci günündə ləşkəriİslamda asari-tə’əttüş zahir olub ol, çeşmeyi-həyata ərz olunduqda ol Həzrət işarət etdi, bir mövze’i həfr etdilər. Bir çeşmeyi-zülal çıxub cəmi’i-ləşkər sirab olduqdan sonra yenə pünhan oldu və bu xəbər dəxi Übeydullaha irişib, ol zalım təhdidlə Ömər Sə’də e’lam etdi ki: "İstima’ olunur ki, Hüseynə badiyədə həfri-abyar edüb fərağat rüxsətin vermişsən. Bu qəziyyə naməqbuldur, gərəkdir ki, əhvalına müzayiqə verib təmkini-rahət verməyəsən". Həm ol saət Məhəmməd Əş’əsi dört bin mübarizlə və anın əqəbincə Qeys bin Əxməsi iki bin namərdlə və ana mütəaqib Həccac bin Hərəzi bin mübarizlə irsal edüb, on altı bin mübariz cəm’ oldular. Ol hücumu görüb Həbib bin Müzahir ayıtdı: "Ya İbn Rəsulullah, qəbileyi-Əsəd bu qürbdədir. Əgər icazət olursa, varub anları təriqi-hidayətə irşad etmək olur, zira ol tayifədə mərtəbeyi-şəhadət talibi olanlar çoxdur, əmma bu [mə’rəkədən] xəbərləri yoxdur".
Əlqissə, şərəfi-icazət hasil edüb ol qəbiləyə varub nida qıldı ki: "Ey sə’adəti-şəhadətə müştaq olanlar, və ey dövləti-baqi istid’a qılanlar!" Şe’r:
Şəhbazi-aşiyani-vilayət həlakinə,
Səhrayi-Kərbəlada hücum eyləmiş qürab.
Şiri-şikargahi-ğəzadan hücum edib,
Əzmi-Fərat şəhdini mən’ eyləmiş kilab.
Rəvayətdir ki, ol tayifədən doqsan şuca’i-namdar və mübarizi-kinəgüzar [İbnül-Bəşiri kəndülərinə sərdarü] sərxeyl edüb, mükəmməl və müsallah Həbibi- Müzahirlə Həzrəti-İmam hüzurinə mütəvəccih oldular. Ömər Sə’d ol əhvalı mə’lum edüb, Əzrəqi-Şamiyi dört bin namərdlə yollar mühafizəsinə irsal etmişdi. Fərat kənarında bir-birinə mülhəq oldular. Ol mücahidlər dəxi anlardan dönməyüb, bünyadi cidalü qital edüb, ol müsəlmanların bə’zi məqtul olub, bə’zi məhzum, canibi- Kərbəlaya yol bulmayub, kəndü qəbilələrinə müraci’ət qıldılar.
Həbibi-Müzahir mə’yus və məhrum Həzrəti-İmama mülhəq olub surəti-əhval ərz etdi. Übeydullahi-Ziyad ol hala dəxi müttəle’ olub Ömər Sə’də qəzəbamiz bir məktub irsal etdi ki, "Eşitdim ki, Hüseynə möhlət vermişsən qəbayilə namələr göndərib ləşkər cəm’ etməgə. Həqqa ki, namə yetdikdə ibtidai-hərb edüb anın əmrin sərəncam etməyəcək olsan, sənə və cəm’ii-hüzurində olanlara siyasətlərim toxunur".
Heyni-vüsuli-namə əgərçi axiri-ruz olub qürubi-afitaba qərib idi, sabahadək səbr etməyüb, siyasətdən ehtiraz edüb, İbn Sə’d təmamiyi-ləşkərin mürəttəb edüb mütəvəccihi-hərb oldular. Şe’r:
Məhçeyi-rayət oldu gərdunsay,
Ərşə çıxdı sədayi-naleyi-nay.
Səf çəküb ləşkəri-müxalifi-din,
Lövhi-xətti-ğəm oldu ruyi-zəmin.
Əxtəri-ruzgərdi-ləşkəri-Şam
Səfheyi-afitaba saldı zəlam.
İttifaqən ol gün Məhərrəm ayının doqquzuncu günü idi və Həzrəti-İmam ol vəqt məsnədi-asayişdə idi. Naleyi-nay və növhəyinəfirdən bidar olub Əbbasa əmr etdi ki, anlara müqabil durub həqiqəti-hal mə’lum edə. Əbbas igirmi mübarizlə anlara istiqbal edüb, hərb üçün gəldiklərin mə’lum qılub Həzrəti İmama xəbər yetürdükdə Həzrəti-İmam buyurdu ki, ey Əbbas, bu cəmaətdən bu gecə möhlət istəyib döndərə gör, zira bu gecə cüm’ə gecəsidir və intihayi-əyyami-ömrümüz mərasimi-taətü ibadətə iştiğal edəlim. Sabah olduqda hər nə səlah isə, əməl oluna.
Əbbas ol ləşkərə müqabil durub nida qıldı ki, ey müsəlmanlar, cigərguşeyi- Rəsulullah sizdən bu gecə möhlət istər. İbn Sə’d ümərayi-ləşkərinə məşvərət qılub, möhlətə səlah görməyüb dedilər: "Sizə aman yoxdur". Əbbas ayıtdı: "Ey birəhmlər, bu nə zülmisərihdir ki, nəqdi-Rəsulullaha bu gecə möhlət verməyəsiz?! Və ey bədbəxtlər, bu nə zülmi-sərih və əmri-qəbihdir ki, cəm’iiömrünüzdə Həq rizasinə girməyəsiz?! Həqqa ki, əgər şəhsüvarimeydanivilayətdən sibqəti-hərbə rüxsət alsaydım və sultani-səriri-İmamətdən təqəddümi-rəzmə icazət bulsaydım, zəbani-tiğ ilə cəvabınız verərdim". Əlqissə, ləşkər ol mükalimədən həya qılub, müharibə əmrində tə’əllül edüb, bizzərurə rüəsayi-ləşkərə dəxi müraciət lazım gəlüb, qəziyyeyi-hərb ol gecə mövquf oldu. Əmma Həzrəti-İmam cəm’iiəshabü əhbabın cəm’ edüb buyurdu ki, orduyi-şərifin bir tərəfindən rəhgüzari-hərb üçün yol qoyub, baqi ətrafına xəndəq məhfur edüb xarü xaşakla doldurub od uralar ki, ibtali-mə’rəkeyi-cidalü qitala məşğul ikən müxəddərati-süradiqi-’ismət müxaliflərdən mütəhəssin olalar. Ol atəşin şö’ləsi zəbanə çəkdikdə Malik bin Ürvə ki, əşəddi-əhlinifaqdı, mərkəbinə binüb, cövlan qılub nə’rə urdu ki, "ey Hüseyn, atəşi-duzəxdən müqəddəm kəndüni atəşi-dünyaya yaqdın". Hüseyn ayıtdı: "Kəzəbtə ya əduvvəllah"[19]. Güman edərmisən ki, bən duzəxə girib, sən əhli-behişt olasan?". Müslimi-Əvsəcə ayıtdı: "Ya İbn Rəsulullah, icazətin olsa, bir xədəngizəhrəşikafla bu məl’una duzəxi göstərmək olur". Hüseyn ayıtdı: "Ya Müslim, istəməm ki, bənim ləşkərimdən ibtidayi-hərb ola. Əmma təmaşa qıl ki, bu məl’un qəhriİlahiyə necə giriftar olur?" Pəs, ol saliki-rahi-həqiqət yüzün dərgahibiniyaza dutub ayıtdı: "Əllahummə cirrəhu ilən-nar"[20], yə’ni "İlahi, bu məl’unu silsileyi-üqubətlə atəşi-suzanə çək". Filhal "Də’vətü’lməzlumi mustəcabətun"[21] müqtəzasincə ol məl’unun mərkəbi ixtiyarsız anı alub, Həzrəti İmamın ləşkərinə mütəvəccih olub, xəndəqə yetdikdə iltihabi-nairədən rəm qılub ol məl’unu atəşi-suzana buraxdı və ol halətə iki ləşkər təmaşa qıldılar. Həzrəti-İmam səcdeyi-şükr edib, duaya məşğul olub derdi ki: "Ya Rəb, zürriyyəti-Əhli-Beyti-Rəsuləm və yetimü məzlumi-Bətuləm. Sən dadımı bu zalimlərdən alasan". Məhəmməd Əş’əsi-Kufi nə’rə urdu ki, ey Hüseyn, sənə Peyğəmbərin nənisbəti var ki, anda laf edərsən? Hüseyn ayıtdı: "Ya Rəb, İbni Əş’əs nəsəbim qət’ edər, istərəm ki, bu gün cəzasın verəsən". Hənuz dua təmam olmadın ol məl’unun bətni-napakində bir təqaza olub mərkəbindən yerə endi ki, tədarüki-əhval edə. Əvrətinə bir əqrəb niş urub, nəcasət içrə dolanub, məkşufül’əvrə can tapşurdı.
Həm ol zəman Cə’də Qərani müqabilə gəlüb avaz yetürdi ki, ey Hüseyn, zülali-Fərat ki, dəryasifət təməvvücdədir, həqqa ki, sənə və ətba’una andan bir qətrə su verilməz, ta təşnələb həlak olasuz. Həzrəti-Hüseyn giryan olub dua qıldı: "Əllahummə əmithu ətşanən"[22].
Filhal ol məl’unun mərkəbi bivasitə rəm qılub anı buraxub, ol məl’un piyadə hər canib yügürüb "Əl-’ətşu, [əl-’ətşu]"[23] derdi və hər nə qədər su verirlərdi, içə bilməyüb xüşkləb can tapşurdı. Və ləşkəri-Yezid ol kəramətləri görürlərdi, əmma faidə qılmazdı və ayineyi-etiqadlarından bu seyqəllərlə jəngi-küdurət açılmazdı. Şe’r:
Pak etməgə ərbabi-xəta səfheyi-qəlbin,
İzhari-kəramət qılur əhli-nəzər, əmma
Zalimlərə izhari-kəramət əsər etməz,
Qılmaz dili-Fir’anu münəvvər Yədi-Beyza.
Bu kəramətlərdən sonra Həzrəti-Sultani-Kərbəla cəm’ii-ixvanü övladü ənsabın cəm’ edüb, bir kürsi nəsb qılub, üzərinə çıxub bir xütbə ağaz etdi bu məzmunla ki: "Şərayifi-sipasi-biqiyas ol müdəbbiri-biniyaza ki, məzmuni-kitabeyi- eyvani-bargahi-qürbi əsrari-möhnətü müsibətbəyandır. Şe’r:
Ol nəsəqbəxşi-ümuri-kargahi-sün’ kim,
Şəhdi-lütfi möhnətamizü bəlaəngizdir,
Cuybari-gülşəni-ehsanı tiği-abdar,
Səbzeyi-gülzari-qürbi xəncəri-xunrizdir.
Və lətayifi-həmdi-bihəd ol mə’şuqi-aşiqgüdaza ki, hilyeyi-sərapərdeyi-hərimi- qürbi-qəbulu məhrəmlər və müqərrəblər qanıdır. Şe’r:
Zəhi sultani-müstəğni ki, cami-iltifatindən,
Nəsibi-əhli-təslimü təvəkkül zəhri-qatildir.
Kəmali-iltifatı qayəti-qəhrindədir müzmər,
Cəfasindən tənəffür qılmayan lütfinə qabildir.
Və dürudi-namə’dud ol əşrəfi-kainata ki, sülləmi-ehtimali-məsaib payeyi-qədrin dərəceyi-Me’raca yetürmüş və təcərrö’i-zəhri- bəla təb’i-səlimi-müstəqiminə nişaneyi-tövfiqi-təqərrüb vermiş. Şe’r:
Ol şəhi-mə’mureyi-ənduhü iqlimi-bəla,
Kim diyari-dərd tə’mirində sərf etmiş həyat,
Salmamış viraneyi-dünyaya zilli-e’tiqad,
Açmamış cəm’iyyəti-əsbaba çeşmi-iltifat.
Şəraiti-həmdü sənadan sonra buyurdu ki: "Ey daireyi-mütabi’ətimdə və hövzeyi-intisabimdə olan vəfadarlar. "Cəzakumullahu xəyrən"[24]. Sizdən xoşnudam. Təriqi-mürafiqətimdə təqsir etmədiniz və daireyi-mütabi’ətimdən təriqi-müxalifət tutmadınız. Hala istəmən ki, naireyi-möhnətimdən sizə şərarəti-məzərrət irə və sərsəri-müsibətimdən gulzari-cəmiyyətiniz xəzani-təfriqə görə.
Və bənim bu gecə bu cəfapişələrdən möhlət istədigimdən qərəz həlaveyi-həyatımdan istifayi-təməttö’ etmək degil, bəlkə məqsudum budur ki, çün şahidi-tövfiqi- şəhadət pərdeyi-xəfada ikən ərzi-cəmal etdi və nihali-həyati-müstə’arım bərgriz olmağa və’də yetdi. Şe’r:
Gəldi ol dəm ki, fəna pərdəsin çak qılam,
Bəzmi-vəhdətdə bəqa ləzzətin idrak qılam.
Və bilürəm ki, bu tayifənin məqsudləri bənəm və bana zəfər bulduqdan sonra sizə iltifat etməzlər. Səlah oldur ki, bu gecə fürsət var ikən güruh-güruh ətrafü cəvanibə pərişan olasuz və qərqeyi-tüfanibəla olmadan bir nəcat bulasuz. Şe’r:
Çıxmadan dəsti-iəsərrüfatdan ’inani-ixtiyar,
Fikr edüb möhnətdə tədbiri-nəcat etmək gərək.
Hadisati-dəhrdən qafil gərəkməz adəmi,
Surəti-halinə hər kim iltifat etmək gərək.
Bu kəlimatı eşitdikdə alü ətba’ü əşya’indən fəryadü fəğan fəlaki-dəvvarə çıxub ittifaqla ayıtdılar: "Ey xazini-gəncineyi-əsrari-hikmət və ey kaşifi-rümuzi-vilayət, haşa ki, xaki-payinə nəqdi-can nisar olmadan dövləti-mülazimətindən müfariqət mümkün ola və və’dəgahi- bəlada xəl’əti gülrəngi-şəhadət geymədən bu mə’rəkədən çıxmaq surəti-ehtimal bula!" Şe’r:
Biz ibtidayi-xilqətü ağazi-ömrdən,
Nəzri-nisarın eyləmişüz nəqdi-canımız.
Mümkün degil mülazimətindən müfariqət,
Ta səfheyi-vücudda vardır nişanımız.
Həzrəti-İmam təriqi-vəfada anları sabitqədəm görüb, dua qılub Müslimi-Əqil övladinə ayıtdı: "Ey əzizlər, biz Kufə xəlqinin məva’idi-kaziblərinə e’timad edüb, Müslimi ol diyara irsal etdik və ol müfsidlər təriqi-müxalifət dutub ol məzlumu şəhid etdilər. Hala səlah oldur ki, siz validənüz alub Bəni-Təyy qəbiləsinə varub andan mütəvəccihi-Mədinə olasuz ki, xanədanınız münhədim və mün’ədim olmaya". Övladi-Müslim bu kəlimati-cangüdazdan xüruşa gəlüb ayıtdılar: "Haşa ki, xidmətindən müba’idət ixtiyar edəyüz! Ya Hüseyn, iltimasımız budur ki, babamız və qarındaşlarımız müqəddəmeyiləşkəri- şəhid olduği kibi bizə dəxi bu sə’adət müyəssər ola". Şe’r:
Çün bəqa mülkindədir cəm’iyyəti-əhli-vəfa,
Ruyi-dil ol məqsədi-ə’laya döndərmək gərək.
Neylərüz heyranü sərgərdan qalub, himmət dutub,
Dari-dünyadan ’inan üqbaya döndərmək gərək.
Həzrəti-İmam anlara dəxi dua qılub cəm’ii-əshabına rüxsət verdi ki, varub ta’ətü ibadətə iştiğal edələr. Və kəndü dəxi sə’adətsərayinə mütəvəccih olub ibadətə məşğul oldu.
- ↑ Biz onu kərəm sahibi etdik (Quran, 17, 70).
- ↑ Yer üzündə) fəsad törədəcək kimsənimi (xəlifə) edəcəksən? (Qur’an, 2, 30).
- ↑ Mən sizin bilmədiklərinizi bilirəm (Qur’an, 2, 30).
- ↑ Hər bir insan ölümü dadacaqdır. Mükafatlarınız Qiyamət günü sizə bütövlükdə veriləcəkdir (Qur’an, 3, 185).
- ↑ Ulu Tanrı doğru buyurdu və uca Peyğəmbər də doğru söylədi.
- ↑ Ölum və fəlakətlərin elmi mənə verildi.
- ↑ Göylərdən başqa məndən nə soruşarsınız, soruşun
- ↑ Biz Allaha aidik və qayıdışımız da onadır (Qur’an, 2, 156).
- ↑ Biz Allaha aidik və qayıdışımız da onadır (Qur’an, 2, 156).
- ↑ Bunlardan sonra artıq yaşamağın xeyri yoxdur.
- ↑ Budur, bunlar əbədi cənnətlərdir, əbədi olaraq oraya girin!
- ↑ Lehimizəmi, əleyhimizəmi?
- ↑ Tanrıdan başqa qorxu və qüvvət sahibi yoxdur.
- ↑ Tanrı yardımını sizə yoldaş eyləsin.
- ↑ Aman Allahım, bura dərd və bəla toprağıdır.
- ↑ Səbr edənlərin mükafatları saysız olaraq ödəniləcəkdir (Qur’an, 39, 10).
- ↑ Ona veriləcək cavabım yoxdur. Ona əzab vacib oldu.
- ↑ Müsəlman olan о kişidir ki, dilindən və əlindən müsəlmanlar salamatdır.
- ↑ Ey Tanrının düşməni, yalan söylədin.
- ↑ Tanrım, onu atəşə çək.
- ↑ Məzlumun duası qəbul olunur.
- ↑ Tanrım, onu suya təşnə ikən öldür.
- ↑ Susadım, susadım.
- ↑ Allah sizə yaxşılıq versin.