Məzmuna keç

Leyli və Məcnun (opera)/Üçüncü pərdə

Vikimənbə saytından
İkinci pərdə Leyli və Məcnun. Üçüncü pərdə
Müəllif: Üzeyir Hacıbəyov
Dördüncü pərdə


Vaqe olur bir m e ş ә d ә , sübh açılmağa yavuqdur; səhnədə əvvəl heç kəs yoxdur; ətrafda bir dağ görünür, musiqi bayatı-Şiraz başlayır; bir qədər sonra M ә c n u n dəli sifətində çıxır, başıaçıq, ayaqyalın və s.

(oxuyur).

(M u s i q i)

M ә c n u n--

Fəzayi-eşqi ta gördüm, səlahi-əqldən durəm,
Məni rüsva görüb, eyb etmə, ey naseh ki, məzurəm.
Əgər çaki-giriban eyləsəm, mən etməyin, çün mən
Mətai-nəngdən arəm, libasi-ardən urəm.
Mənu səhrayi-vəhşət mənzil etməm afiyət güncün,
Əsiri-dami-zülmət olmazam, çün talibi-nurəm.
Bəlayi-eşqü dərdi-dust tərkin qılmazam, zahid,
Məni rəyimlə sanmın, eşq sultaninə məmurəm.

(M ә c n u n oxuduqca dağ tərəfindən əks-səda gəlir.)

(M u s i q i: bayatı-kürd)

(M ә c n u n dağa üz tutub oxuyur.)

Ey guşənişini-pakdamən!
Suzi-cikərimdən oldun agah,
Əhsən-tü əhsən-tü, barəkallah!
Sənsən mənə həmdəmü müvafiq,
Birdəm qoşalım səda sədayə,
Gəl ağlayalım bu macərayə.

(M u s i q i)

Q ı z l a r (pərdə dalından)--

Bu gələn yara bənzər,
Telləri qara bənzər.
Oğlan, oğlan, bir bəri bax, bəri bax, bəri bax!…
Qoşa xal var üzündə….
Allana-sallana telləri var,
Xırdaca-xırdaca gözləri var,
Gəl, Leyli, bala, gəl, Leyli!
Gedək gəzək bu bağda.
Gül açılıb, bülbül oxur,
Gül açılıb, bülbül oxur,
Gul acılıb, bulbul oxur!…

(M ә c n u n L e y l i n i və L e y l i M ә c n u n u görüb, bir-birinin üstünə yüyürüb bərk qucaqlaşırlar. Bir-iki saniyə sonra işıq keçir, qaranlıqda q i z l a r L e y l i n i aparırlar, M ә c n u n tək qalır).

(M u s i q i: rast)

(M ә c n u n u n a t a s ı n ı n səsi gəlir və sonra özü də səhnəyə çıxır və M ә c n u n u tapır).

M ә c n u n u n a t a s ı--

Ey cövhəri-canımın həvası,
Ey dideyi-bəxtimin ziyası!
Səndən nə rəva bu macəralər,
Sərmayeyi-eyb olan sədalər.
Derdim olasan mənim pənahım,
Fəxrim, şərəfim, ümidgahım.
Vəhşilər ilə nədir bu birlik?
İnsan ilə xoş deyilmi dirlik.
Rəhm et məni-zarü namuradə,
Qoyma bu məşəqqətü bəladə.

M ә c n u n--

Söylə görüm, ey mənə verən pənd,
Danayi-süxən və ru xirədmənd.
Kimsən və nədir bu küftükulər?
Bifaidə batil arizulər.
Get! Dərdimə sən dəva deyilsən,
Biganəsən, aşina deyilsən.
Mən böylə kəlamə tutmazam guş,
Leyli sözü söylə, yoxsa xamuş!

(Bu halda bir neçə ərəb gəlib keçərkən bu macəranı görüb, M ә c n u n u n a t a s ı n d a n soruşurlar).

(M u s i q i; təsnif)

Ә r ә b l ә r--

Söylə bir görək, ərəb, bu cavan nədən xəstə, (2 dəfə)
Bəlkə bizdə bu dərdin davası tapıla kaş….
Davası tapıla kaş, davası tapıla kaş….
Ey, biz də dünya görmüş adamız, (2 dəfə)
Xəstələrə dava edəriz.
İnsan başına ələni bilmək gərək. (2 dəfə)

(M u s i q i)

M ә c n u n u n a t a s ı--

Allahın bəndələri, bu mənim fərzəndimdir, (2 dəfə)
Eşqdir bunun dərdi, olub bir qıza aşiq,
Leyliyə budur aşiq! (2 dəfə)
Ey, hər təbibə getdim, söylədim,
Dərdi-eşqə əlac istədim.
Min cürə dəva verdilər, kar etmədi…. (2 dəfə)

(M u s i q i)

Ә r ә b l ә r--

Ey pir, bunun dərdinə əlac bircə şey var, (2 dəfə)
Kəbəyə aparasan, həcəri görə bəlkə.
Həcəri görə bəlkə,
Dərdindən ola azad,
Ey, səcdə qılsın Kəbəyə oğlan, (2 dəfə)
Sən də üz tut dərgahi-ilahə,
Qılgilən münacat, dilə bir əlac. (2 dəfə)

(M u s i q i: əraq)

M ә c n u n--

Eşq dərdi, ey müalic, qabili-dərman deyil!
Cövhərindən eyləmək cismi cida asan deyil!
Dövr cövründən şikayət edənə aşiq demə,
Eşq məsti vaqifi-keyfiyyəti-dövran deyil!
Canı canan ittihadi fariq eylər cismdən,
Cismdən agah olan can vasili-canan deyil!

(M u s i q i: heyratı; N o f ә l qoşunu ilə gəlir; bunları görüb oxuyur.)

N o f ә l--

Ey xəstə, nədir bu çəkdiyin zəhmətü rənc,
Viranədə zaye etdiyin dürü gənc?!
Vəhşi nə bilir sənin məqamın? (2 dəfə)
Hal əhlisən, istə, əhli-hali etsin əlac,
Hal əhlisən, istə, tapasan şəfa.

Ә r ә b l ә r h a m ı s ı--

Bu oğlan aşiqdir

(M u s i q i)

Leyli adlı bir gözələ.
Əmma bəxti yar olmaz;
Atası qızı verməz.
Bu da qızın eşqindən olmuş divanə, (2 dəfə)
Əl çəkib dünyadan, ata-anadan qaçıbdır.
Əl çəkib dünyadan, məcnun olubdur.

(M u s i q i)

N o f ә l--

Ey cavan, bildim dərdini sənin, bəladır,
Əmma ümidini kəsmə, allah kərimdir.
Mən cəhd eylərəm, Leylini sənə alaram,
Qızıl istəsələr, qızıl bəxş eylərəm.
Yoxsa qılıncımın zoru ilə alaram.

(M u s i q i)

(N o f ә l kağız yazıb göndərir.)

M ә c n u n (Kabili üstə)--

Şükr eylərəm, ey yeganeyi-əhd!
Tədbirimə çoxlar etdilər cəhd.
Səndə, bilirəm ki, lütf çoxdur,
Nə sud ki, məndə bəxt yoxdur.
Bəxtim, bilirəm, mənim yamandır,
Sud istədiyin mənə ziyandır.

Ә r ә b l ә r--

Ey Nofəl, məlumdur, səndə şücaət çoxdur,
Əmma ki, Məcnunun bəxti, taleyi yoxdur.

M ә c n u n--

Bəxtim, taleyim yoxdur, bəxtim, taleyim yoxdur,

Mən ki, məcnunəm.

Ә r ә b l ә r--

Məcnunin də allahdan başqa bir əlacı yox,
Ona əlac olsa allahdan olar.

(M u s i q i)

N o f ә l--

Qəm çəkmə ki, mən olunca sənə qəmxar,
Yarın, bil ki, ənqərib olur sana yar.
Ümidvar ol!
Sən cəhd elə ki, yar ola sənə mayil,
Çün yar olsa mayil, kar olur asan.

(M u s i q i)

(Bu vaxt L e y l i n i n a t a s ı on nəfər yaraqlı ərəblə gəlir. N o f ә l onlara deyir:)

N o f ә l--

Ey qom büləndpayə,
Biganə olmuş aşinayə.
Leylini verin Məcnunə,
Bu işə siz razı olsanız,
Sizi eylərəm dövlətmənd.
Simüzər verərəm,
Əgər sözlərimi yerə salsanız, eylərəm
Sizi şəmşirin zərbinə qurban.

(M u s i q i)

L e y l i n i n a t a s ı--

Ey hünərvər, bu cünundur,
Bizdə cünunə qız yoxdur.
Lazım deyil bizə zərin,
Əl çəkirik zərindən.
Qorxmuruq şəmşirindən.
Hər nə bilsən et!
Laf ilə qılıncdan gəl urma qıl dəm
Kim, vardır qılınclar bizlərdə də həm.

(M u s i q i)

(Qılınclarını çəkib davaya başlayırlar. M ә c n u n əlinə bir xəncər alıb N o f ә l i n qoşunlarını qırmağa başlayır. N o f ә l onu kənara çəkib deyir:)

N o f ә l--

Nə iş görürsən, divanə!
Düşmənə kömək edirsən.
Biz ölürük sənin üçün,
Sən qırırsan bizi neçün?
Xəncəri tulla,
Mən cəhd edirəm ki, düşməni məğlub eyləyim
Kim, Leylini alıb sənə verdirim.

(M u s i q i)

M ә c n u n (Kabili üstə)--

Ey Nofəl, mən fədayi-yarəm,
Vəslinə onun ümidvarəm,
Yarım tərəfində ola nüsrət,
Bəlkə ki, bulam vüsalə fürsət.
Canım ola dust dilpəziri,
Ya köştəsi ola, ya əsiri.

(Bu vaxt L e y l i n i n a t a s ı ilə İ b n-S ә l a m gəlir; qılınclarını salıb, N o f ә l ә müraciətlə oxuyurlar:)

L e y l i n i n a t a s ı--

Ey hünərvər, səndə zəfər.
Bizə aman ver, nahaq bu xəlqi
Qırma, qırma, qırma, qırma!
Leylini vermişəm özgə ərə,
Leyli verilib İbn-Səlamə.
İndi razı olma iki əri olsun yarın,
Namusa toxunan iş deyilmi bu?!

(M u s i q i)

N o f ә l (əl verir)--

Doğrudur, doğrudur, doğrudur,

(Qoşuna)

Ey ləşkər! Çəkilin davadan,
Dəxi bəsdir cəng;
Əvvəldən bilsəydim tökməzdim bu qədər qan,
Məcnunə allahdan əql istərdim.

(M u s i q i)

(H a m ı bir yerdə əllərini yuxarı qaldırır).

H a m ı--

Bar, ilahi, əfv et
Bu günahı biz bəndədən.
Bu Məcnuni eylə
Aşiqlikdən xilas.

(M u s i q i)

PƏRDӘ