Məzmuna keç

Leyli və Məcnun (opera)/İkinci pərdə

Vikimənbə saytından
Birinci pərdə Leyli və Məcnun. İkinci pərdə
Müəllif: Üzeyir Hacıbəyov
Üçüncü pərdə


Vaqe olur L e y l i n i n evində. L e y l i v ә a n a s ı oturubdurlar. Pərdə qalxmazdan qabaq musiqi (səmayi-şəms) çalınır; pərdə qalxır, Leylinin anası oxuyur.

L e y l i n i n a n a s ı--

Ey şux! Nədir bu göftügülər?
Qılmaq sənə tənə eybculər?
Nəyçün özünə ziyan edirsən?
Yaxşı adını yaman edirsən?

(M u s i q i)

Derlər səni eşqə mübtəlasən,
Biganələr ilə aşinasən.

L e y l i--

Ey munisi-ruzigarım, ana!
Dürgi-düri-şahvarım ana!

(M u s i q i)

Sözlər dersən ki, bilməzəm mən,
Məzmununu fəhm qılmazam mən.

L e y l i n i n a n a s ı--

Sən hardanü eşq zövqü hardan?
Sən hardanü dust zövqü hardan?

(M u s i q i)

Oğlan əcəb olmaz olsa aşiq,
Aşiqlik işi qıza nə layiq?

L e y l i--

Dersən məşuqü eşqü aşiq,
Mən sadə ürək tifli-sadiq;
Bilməm nədir ol hədisə məzmun?
Söylə! Necə olmayım digərgun?

L e y l i n i n a n a s ı--

Neylərsən əgər atan eşitsə,
Qəhr ilə sənə siyasət etsə?

(M u s i q i)

Minbəd gəl eylə tərki-məktəb.
Bil əbcədini həmin cədü əb.

(M u s i q i)

Gərçi adın oda dildə məzkur,
Görmək səni ola ğeyri-məqdur.

L e y l i--

Mən məktəbə rəyim ilə getməm,
Bir şüğli xilafi-rəyin etməm.
Billah, mənə həm bu idi məqsud,
Məktəbdə olurmu tifl xoşnud?
Artıq bu sözü mükərrər etmə,
Lütf eylə, məni mükəddər etmə!

(M u s i q i)

(Şur çalınır. Qapı döyülür. L e y l i a n a s ı i l ә durub o biri qapıdan çıxırlar. L e y l i n i n a t a s ı gəlib qapını açır. M ә c n u n u n a t a s ı və bir neçə ərəb gəlirlər. L e y l i n i n a t a s ı onlara oturmağı təklif edir. M ә c n u n u n a t a s ı onlara müraciət edib oxuyur).

M ә c n u n u n a t a s ı (şur üstə) --

Ey qədrlə qibleyi-qəbait!
Əslü nəsəbim sənə əyandır,
Hökmüm neçə min evə rəvandır.
Məşhuri-qəbailəm səxadə,
Mərufi-təvaifam ətadə.
Nəxli-əməlim səmər veribdir,
İyzəd mənə bir gühər veribdir.
Hala dilərəm bu türfə lölu,
Bir ləl ilə ola həmtərazu.
Lütf eylə, inayətü kərəm qıl!
Ol ləl ilə dürrü möhtərəm qıl!

L e y l i n i n a t a s ı (şur üstə)--

Ey qovm içində bir xirədmənd!
Mən kimi əsiri-dami-fərzənd!
Müşgülcə xitabdır xitabın,
Bilməm necə verəyim cavabın.
Qürbün, bilirəm, mənə şərəfdir,
Əmma xələfin əcəb xələfdir.
"Məcnun"--deyə tən edir xəlayiq,
Məcnuna mənim qızım nə layiq?!

(M u s i q i)

X o r--Ərəblər (təsnif üstə)

Ey ərəb, bizləri məyus etmə!
Vergilən Leylini Qeysə getsin.

Q e y s--

Maldan da, candan da, puldan da,
Maldan da, candan da, puldan da,
Hamıdan artıqdır, bil bunu, ərəb
Bil bunu, ərəb!

(M u s i q i)

L e y l i n i n a t a s ı--

Xeyr, vermərəm, vermərəm, vermərəm!
Vermərəm, vermərəm, vermərəm!
Leyliyə yaraşmaz divana oğlan,
Divanə oğlan!

(M u s i q i: kurd-şahnaz)

Ərəblər əl ilə, göz ilə L e y l i n i n a t a s ı n ı rağib etmək istəyirlər.

M ә c n u n--

Ya rəbb! Bəlayi-eşq ilə qıl mübtəla məni,
Bir dəm bəlayi-eşqdən etmə cida məni.
Az eyləmə inayətini əhli-dərddən,
Yəni ki, çox bəlalara qıl mübtəla məni.

(Qonaqlar gedirlər, musiqi yenə şur çalır.)

L e y l i n i n a t a s ı (təkcә)--

Nəsl ilə olur bəqayi-insan,
Nəzmi-bəşərü nizami-dövran.
Can cövhərinə bədəldir övlad;
Övlad qoyan, qoyur həmin ad.
Xoş ol ki, xələfdən ola xoşdil,
Dünyada bir oğlu ola qabil.
Ah, olsa əgər səfihü sərkəş,
Ətvari kərihü xülqi naxoş,
Təşni oxuna olub nişanə,
Bizar ola ondan ata-anə.

(Qapı döyülür, L e y l i n i n a t a s ı qapını açır. İ b n-S ә l a m ilə bir neçə ərəb daxil olub oxuyurlar).

(M u s i q i)

Ә r ә b l ә r--

Ali-cahani bilib, gəlmişik ziyarətə,
Bir əmri edib izhar, əncamın alaq səndən,
Əncamın alaq səndən.

(M u s i q i)

L e y l i n i n a t a s ı--

Xoş gəldiz, səfa gəldiz, məni siz uca etdiz,
Hər əmrə varam hazır, mümkündürsə əlaci,
Mümkündürsə əlaci.

(M u s i q i)

Ә r ә b l ә r--

Bu oğlan İbn-Səlam, hər cahi-cəlali çox.
Əmma ki, onun, heyfa, həmdərdi-həmsirri yox,
Həmdərdi-həmsirri yox.

(M u s i q i)

Ә r ә b l ә r--

Bilmişdir sənin vardır ismətli gözəl qızın,
İstər kim, ola sənlə həm qom, həm dost, həm aşina.
Həm qom, həm dost, həm aşina.

(M u s i q i)

L e y l i n i n a t a s ı--

Ey tayifeyi-nəcib, mən bu təklifə şadam.
Xudavəndin əmrilə verdim Leylini getsin,
İbn-Səlamın olsun.

Ә r ә b l ә r (İbn-Səlama)--

İbn-Səlam, ilahi
Səni xoşbəxt eyləsin!

(M u s i q i)

İ b n-S ә l a m--

İmdi sən mənə oldun ata-anadan əziz,
Allah qoysa, mən də ollam sənə oğul yerində,
Sənə oğul yerində.

Ә r ә b l ә r--

İndi biz gedək toy üçün tədarükə başlayaq,
Tədarükə başlayaq.

(H a m ı gedir. L e y l i çıxıb qatar oxuyur.)

L e y l i--

Xilafi-rəyim ilə, ey fələk, mədar etdin,
Məni gül istər ikən mübtəlayi-xar etdin….

PƏRDӘ