Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/180-ci xütbə

Vikimənbə saytından
179-cu xütbə Nəhcül-bəlağə. 180-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
181-ci xütbə


İmam Əli əleyhis-salamın kəlamlarındandır. O, səhabələrindən birini (Abdullah ibn Quəyni) göndərdi ki, (Siffeyn müharibəsində) Kufə qoşunundan olan və (Şam əhli ilə müharibədən sonra) Nəhrəvan Xəvaricinə birləşmək istəyən, amma o Həzrət əleyhis-salamdan qorxan dəstədən (Bəni Naciyənin başçısı Xirrit ibn Raşid və onun ətrafındakılardan) bir xəbər gətirsin. Həmin şəxs qayıdanda o Həzrət soruşdu: Onlar qorxmayıb öz yerlərində qalıblar, yoxsa qorxub köçüblər? Həmin şəxs dedi: Ya Əmirəl-möminin, köçüblər. İmam əleyhis-salam buyurdu: Onları görüm (Allahın rəhmindən) uzaq düşsünlər, necə ki, Səmud tayfası (itaətsizlik edərək Salehin dəvəsinin ayaqlarını kəsdi və bununla da Allahın rəhmətindən) uzaq düşdü (və məhv oldu)! Bil ki, nizələr onlara tərəf uzananda və qılınclar təpələrinə enəndə etdikləri işdən peşman olacaqlar. Bu gün şeytan onları (bizdən) ayırıb parçalamaq (və öz davamçısı etmək) istəyib. Sabah (qiyamətdə isə) onlarla əlaqəli olmasını inkar edərək onlardan uzaqlaşacaq. Buna görə də onlara (onların əzaba layiq olmaları üçün) hidayət və nicatdan (hidayət yolundan) xaric olmaları, azğınlıq və korluğa (azğınlıq və korluq dərəsinə) düşmələri, haqdan (ona tabe olmaqdan) üz döndərmələri və azğınlıqda (azğınlıq yolunda) tüğyan və itaətsizlik etmələri kifayətdir.