Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/219-cu xütbə
←218-ci xütbə | Nəhcül-bəlağə. 219-cu xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
220-ci xütbə→ |
İmam Əli əleyhis-salamın (Ömər barəsində tövriyə yolu ilə buyurduğu, yəni, zahirdə onu tərifləməsi kimi görünən, amma batində onu məzəmmət etdiyi və buna görə də üçüncü xütbədə buyurduqları ilə heç bir ziddiyyət təşkil etməyən) kəlamlarındandır.
Allah filankəsin (Ömər ibn Xəttabın) şəhərlərinə bərəkət versin və qorusun ki, o, (Bəzilərinin fikrincə) əyriliyi düzəltdi (azğınları yola gətirdi), xəstəliyi müalicə etdi (bir sıra şəhərlərin əhalisini İslam dininə qovuşdurdu), sünnəni bərqərar etdi (Peyğəmbərin hökmlərini icra etdi) və fitnə-fəsadı arxaya atdı (onun zamanında bir fitnə baş vermədi). Dünyadan pak paltar və az eyblə getdi (Osman kimi özünü çirkinliklərə bulaşdırmadı). Xilafətin xeyrini əldə etdi və onun şərini qabaqladı (nə qədər ki, var idi xilafət işi nizam-intizamda idi və onda heç bir pozğunluq yaranmadı). Allahın itaətini yerinə yetirərək itaətsizlikdən çəkinib Onun haqqını əda etdi. O (dünyadan) köçdü, (lakin) onları (müsəlmanları) elə haçalanmış yollarda qoyub getdi ki, o yollarda yolunu azan hidayət, hidayət edilmiş isə yəqinlik tapmaz.