Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/220-ci xütbə
Görünüş
←219-cu xütbə | Nəhcül-bəlağə. 220-ci xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
221-ci xütbə→ |
İmam Əli əleyhis-salamın xalqın onunla bey’ətinin necəliyi barəsindəki kəlamlarındandır və bundan qabaq (əlli üçüncü və yüz otuz yeddinci kəlamda) bunun bənzəri başqa kəlmələrlə keçdi.
(Mənimlə bey’ət etmək üçün) əlimi açdınız, mən yumdum, onu çəkdiniz, mən saxladım. Ondan sonra susuz dəvələr su nohurlarına daxil olanda basabas saldıqları kimi izdihamla üstümə töküldünüz. Nəhayət, ayaqqabının ipi (ayaqlardan) açıldı, əba (çiyindən) düşdü, zəif ayaq altında qaldı və xalqın mənimlə bey’ət səbəbindən sevinci o həddə çatdı ki, uşaqlar şad oldular və zəif qoca, çətinlik və məşəqqətdə olan xəstə və yeni yetişmiş qızlar rübəndsiz onun tamaşasına gəldilər.