Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/46-cı xütbə

Vikimənbə saytından
45-ci xütbə Nəhcül-bəlağə. 46-cı xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
47-ci xütbə


İmam Əli əleyhis-salamın Şam şəhərinə hərəkət etmək qərarına gəldiyi vaxt buyurduğu kəlamlarındandır: Ey Allah! Səfərin məşəqqətindən, (yaxınların ölümü və ya malın tələf olmasından yaranan) dönüşün kədərindən, (camaatın) əhli-əyala, mala və övlada pis baxışından Sənə pənah gətirirəm. Allahım, Sən səfərdə yoldaşım, ailəmdə isə canişinimsən. Səndən başqa səfərdə yoldaşım, vətənimdə isə canişinim ola biləcək kimsə yoxdur. Çünki (vətəndə) hər kim canişin olsa, (səfərdə) yoldaş olmaz, yoldaş olan isə canişin deyil (Seyyid Rəzi buyurur:) Bu sözlərin əvvəli Allahın peyğəmbərindən (səlləllahu əleyhi və alih) nəql olunur və Həzrət əleyhis-salam ondan sonra وَلا يَجْمَعُهُمَا غَيْرُكَ sözündən buyuruğunun sonuna qədər ən bəlağətli kəlmələr işlətmiş və onu ən gözəl şəkildə tamamlamışdır.