Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/47-ci xütbə

Vikimənbə saytından
Jump to navigation Jump to search
46-cı xütbə Nəhcül-bəlağə. 47-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
48-ci xütbə


İmam Əli əleyhis-salamın Kufə barədə (onun viran olması, o böyük şəxsiyyətdən sonra zülmkarların şəhər əhalisinə edəcəyi zülm və sitəm haqda xəbər verdiyi) kəlamlarındandır. Ey Kufə! Səni sanki Okkaz gönü kimi (müxtəlif qoşunların gediş-gəlişi və hərcmərclikdən) dartılmış görürəm. Baş verən hadisələrdən (zülmkarların zülm və sitəmindən, dabbaqlar gönü ayaqlayan kimi) tapdalanacaq, (cürbəcür müsibət və bəlalarla) çalxalanacaqsan. Mən bilirəm ki, yalnız Allah-təalanın bəlaya düçar etdiklərindən və ya onların üzərində bir qatili hakim etdiklərindən başqa heç bir zülmkar sənə zülm və sitəm etmək qəsdində olmaz.