Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/77-ci məktub
Görünüş
←76-cı məktub | Nəhcül-bəlağə. 77-ci məktub (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
78-ci məktub→ |
İmam Əli əleyhis-salamın Abdullah ibn Abbası Xəvaricə (düşüncə və danışıqlarının səhv olması barəsində) dəlil gətirmək üçün göndərəndə buyurduğu tövsiyələrindəndir (və onda onu Qur'ana istinad edib dəlil gətirməkdən çəkindirib).
Onlarla Qur’anla mübahisə etmə (Qur’andan dəlil gətirmə). Çünki Qur’an (tə'vil, təfsir, batini və zahiri məna kimi) çoxlu ehtimal və yozumlara malikdir. (Onlardan birini) sən deyərsən (digər birini isə) onlar deyərlər (beləliklə, mübahisə uzun çəkər). Onlara sünnəyə əsaslanaraq dəlil gətir. Çünki onlar heç vaxt sünnəyə əsaslanan dəlildən qaçmağa yol tapa bilməzlər. (Həmin sözlərin düz və doğru olmasını qəbul etməkdən başqa bir çarələri olmaz.)