Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Fələq surəsi

Vikimənbə saytından
Əl-İxlas surəsi Quran. Əl-Fələq surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Ən-Nas surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. (Ya Peyğəmbər!) De: «Pənah aparıram sübhün Rəbbinə, (bulaqların və bitkilərin çıxması ilə yarılan yerin, övladların doğulması ilə əmələ gələn qohumluq əlaqələrinin və ölülərin dirilməsi üçün yarılan qəbirlərin Rəbbinə)!
2. Yaratdıqlarının şərindən (şərr sahib olan – şeytanlar, xəbis cinlər və maddi şərlərdən).
3. Və (zülmətə) bürünməkdə olan qaranlıq gecənin şərindən və hücum edən hər hansı bir şər mövcudun şərrindən.
4. Və düyünlərə üfürən (cadugər) qadınların şərindən.
5. Və paxıllıq etdiyi zaman paxılın şərindən».