Vikimənbə:Günün mətni/aprel 1
Görünüş
Səradən bir dəli şeytan deyər: insanlar, insanlar!
Mirzə Ələkbər Sabir
Səradən bir dəli şeytan deyər: insanlar, insanlar!
Nədir dünyanı dutmuş elmlər, irfanlar, insanlar!
Qanan kim, qandıran kim nəşri-irfan eyləyən kimdir?
Sizi irşad edir görmürsünüz fəttanlar, insanlar!?
Ədəbdən, elmdən gər feyziyab olsa əvamünnas,
Düşər şənü şərəfdən mollalar, işanlar, insanlar!?
Ayılmış rəncbərlər, almaq istər həqqi-məşruin,
Nə yerdə qalmısız bəylər, ağlar, xanlar, insanlar!?
Mühərrirlər, müfəttinlər usanmazlar, utanmazlar,
Yazarlar hərzələr, əfsanələr, hədyanlar, insanlar!