Vikimənbə:Günün mətni/fevral 20
Görünüş
Həmədan hakimi
Seyid Əzim Şirvani
Gəldi bir hakimi-ümüvv-məkan,
Həmədan ölkəsində oldu əyan –
Ki, eşitmişdi ol büləndməkan
Bir nəfər şəxsi sahibi-ehsan –
Kim, o şəxsin gözəl səxavəti var,
Süfrəsi, lütfü, bəzli-dövləti var,
Sahibi-bəzlü cuddir ənam,
Füqərayə müdam edir ikram.
Geydi bir köhnə sovb ol sərvər,
O səxinin yanına gəldi, məgər,
O səxi etmədi ona ikram,
Görmədi bəzlü cudü süfrə, təam.
Gəldi hakim evində tutdu qərar,
Görmədi onda lütfdən asar.
Sübh geydi libası-zərtarı,
Caməsin etdi rəngi-gülnari.
Görcək ol şəxs eylədi pişvaz,
əlini tutdu, qıldı çox ezaz.
Xoş səfa eylədi, dua qıldı,
Mədhlər söylədi, səna qıldı.