Məzmuna keç

Vikimənbə:Günün mətni/iyul 6

Vikimənbə saytından

De bir üz, bir üz
(təcnis)
Aşıq Ələsgər

Səndən ötrü ömrüm barın becərdim,
Mübarək dəstinlə de bir üz, bir üz!
Ölüb bu dünyadan həsrət gedirəm,
Qoysan üzüm üstə de bir üz, bir üz!

İpək nazbalışa Mina dayandı,
Həcər nalə çəkdi Minada, yandı.
Həsrətindən dərdim minə dayandı,
Sən gəlsən, əysilər de bir üz, bir üz.

Bayqu həsrət çəkdi, yara vermədi,
Təbib neştər vurdu, yara vermədi.
Yazıq Ələsgər, əlin yara yetmədi,
Çalxan qəm bəhrində, de bir üz, bir üz.