Məzmuna keç

Vikimənbə:Günün mətni/iyun 1

Vikimənbə saytından

Yeddi cam (poema)
Məhəmməd Füzuli

Qəflət yuxusundan о zaman kim oyanıb mən,
Söz bayrağı qaldırdım uzaq göylərə yerdən.
Güldü nəzərimdə mənim hər elm və hikmət,
Gəzdim yol alıb sənət ara xeyli imarət.
Meyxanə kimi dəbdəbəli, sevgili mənzil,
Həm piri-muğan tək üzü xoş mürşidi-kamil.
Mən görmədim heç yerdə, şikayətlə dedim: – Dövr
Neyçin bu qədər zülm edərək vermədədir cövr?
Rəyi bəyənilmiş bir ağıllı, qoca İnsan,
Müşkül işimi böylə açıb söylədi: – Ey can,
Arzu kələfində vurulan bu düyün, əlbət,
Əql üzrə doğub, dövrana, gəl, eyləmə töhmət.
Gör əqd fəzasında neçə dürlü xəyal var,
Bihudə və boşdur dediyim həm bu xəyallar.
Əql ilə ələm, bil ki, əkizdir bu cahanda,
Əqlin yoxalırsa, gedəcək ahü fəğan da.
Meydən tələb eylə, məzədən istə dəva sən,
Gəz badədə axtar həmişə, dərdə şəfa sən.
Dövri-qədəh ilə dolanır, bil ki, bu aləm,
Gəz dövri-qədəhdən tapasan şadlığı sən həm.
Vurma yaralı qəlbinə dağ çərxi-fələkdən,
Bu yeddi bağı seyr eləyib mey gülü dər sən.