Vikimənbə:Günün mətni/iyun 10
Görünüş
Ay üzə-üzə
Şair Məmmədhüseyn
Hicran xəstəsiyəm alagöz pərim,
Yetiş imdadıma, ay üzə-üzə.
İntizarda qoyma, tükənər səbrim,
Həsrətin könlümü ay üzə-üzə.
Əzəl gündən səni gördüm, yar dedim,
Ya mürvət et, ya bağrımı yar, dedim.
Sənə həmdəm dedim, sənə yar dedim,
Demədim sözümü ay üzə-üzə.
Məmmədhüseyn çətin eşqin daldalar,
Məhəbbət gölünə desən dal, dalar.
Dil ver oylağımız olsun daldalar,
Gəzim cüt narını ay üzə-üzə.