Məzmuna keç

Vikimənbə:Günün mətni/mart 14

Vikimənbə saytından

Adətimiz daş idi dəva günü
Mirzə Ələkbər Sabir

Adətimiz daş idi dəva günü
Tullarıdıq əldə sapan qıjhaqıj.

Hər kəsə dəysəydi edərdi haman
Bir neçə gün ahü fəğan, ufhauf.

Mərhəm olurdu, sağalırdı yara,
Əldə qalırdı yenə can sapbasağ

İndi revolverdi, dönüm başına,
Nagəh olur gülləfəşan partapart.

Onda görürsən yıxılıb yanbayan
Bir neçə növrəstə cavan laybalay.

Tüf belə dövranə ki, bədtər olur
Seyri-fələk, dövri-zaman ilbəil!