Vikimənbə:Günün mətni/mart 15
Hatəmin macərası
Seyid Əzim Şirvani
Səxavət nəzminin şirin zəbanı,
Fəsahət mülkünün xoş tərcümanı,
Bu növ ilə sözü çəkmiş bəyanə -
Ki, bir il qəhtlik düşdü cahanə,
Qəzadən bir gecə ol Hatəmi-Tey
Yeməkçün axtarıb tapmadı bir şey.
Özü, oğlu, qızı, həm övrəti ac,
Haman şəb qaldılar allahə möhtac.
Uşaqlarçün dedi Hatəm fəsanə,
Ol əfsanə olub xabə bəhanə.
Gedib xabə şərifü həm vəzin
Qalıb bidar özü, ancaq zəcii.
Bu oldu ol gecə məqsudi-Hatəm
Yatırsan övrətin əfsanədən həm.
Olub bərxurd övrət ol hesabə,
Özünü qoydu əmdən nuşi-xabə.
Neçə dəfə çağırdı Hatəm anı,
Sədası yox, sağın çıxmışdı canı.
Çü qadir olmadı övrət cəvabə,
Sağında Hatəm ol həm getdi xabə -
Ki, nagəh xeymə dalından bir övrət
Dedi: - Ey Hatəm, ey şahi-səxavət
Uşaqlarım qalıbdır bu gecə ac,
Olub bir loğməyə məcmui möhtac.