Məzmuna keç

Vikimənbə:Günün mətni/mart 25

Vikimənbə saytından

Bekarlara nəsihət
Mirzə Əli Möcüz

Hər şəxs gərək eyləyə bir sənətə xidmət,
Bir iş görə, ta olmaya mehtaci-cəmaət.
Naçar gərək iş görə qışda, həmi yayda,
Çün müftə deyil çay, çörək, qənd, pendir, ət!
Amma elə bir iş görəsən ki, onu tari
Mən eyləməyə, şəri-pəyəmbər verə rüxsət.
Mey satmağı mən eyləyib allah təala,
Var mənfəəti satmağın; amma, o ticarət
İslamə yaraşmaz-onu satsın və qazansın;
Mömün onu satsa, gedər imani o saət,
Mey içsə, gəzər kuçəvü bazarı tumançaq,
Mömün kişi tez kefləni, ey əhli-dəyanət.
Gəh nərə çəkər, gəh qəmə-qəddarə müsəlman