Məzmuna keç

Vikimənbə:Günün mətni/mart 7

Vikimənbə saytından

Vaxtıdır
Seyid Rza Sabir

Dilbəra, gəl, gəl ki, əyyami-baharın vaxtıdır,
Daməni-səhradə seyri-laləzarın vaxtıdır,
Mövsimi-gülkəşt, cami-zərnigarın vaxtıdır,
Sən kimi fərxəndəzati-gülüzarın vaxtıdır,
Dövri-ruxsarında zülfi-tabdarın vaxtıdır,
Lütf elə, can almağa çeşmi-xumarın vaxtıdır,
Görməyə ruxsarını bu dilfikarın vaxtıdır.
Sızlaram şamü səhər hicrində daim misli-ney,
Şahidi-halımdır aləmdə mütəlləq küllü şey,
Zövqi-könlümdür təmənnası ləbindən "mim"ü "bey",
Qaşların manəndi-Bismillah içində ikki "rey"
Olrauşam dərdi-qəmi-hicrinlə həmağuş hey,
Çəkmə gəl, xaki-məzəllət içrə ınunca qəhri-dey,
Dilbəra, gəl, gel, ki, əyyami-baharın vaxtıdır.
Rahzənük etdi çox eşqində ovbaşi-fələk,
Görmədi sahir sənin tək çeşm, nə qaşı-fələk,
Gözlərindən paybusun çox töküb yaşı-fələk,
Çəkmədi xəttin kimi bir xamə nəqqaşi-fələk,
Nəşə verməz badətək tiryak, xaşxaşi-fələk,
Döşəmiş işrət büsatın türfə fərraşi-fələk,
Daməni-səhradə seyri-laləzarın vaxtıdır.