Vikimənbə:Günün mətni/may 25
Görünüş
Ey afitabi-dövlət, vey kövkəbi-hidayət
Həbibi
Ey afitabi-dövlət, vey kövkəbi-hidayət,
Ey mətləyi-təcəlla, vey nuri-bibidayət.
Şəmi-rüxi-cəmalın bir nuri ləmyəzəldir,
K-ənvarinə bulunmaz hərgiz anın nihayət.
Ey nuri mehri-aləm, bir məhdürür ki, yüzün,
Mehr ilə mahə eylər hər dəmbədəm sirayət.
Hicrin şəbində məqsud yoluni yad qıldım,
Bir guşədən görüngil, ey kövkəbi-hidayət.
Sən müshəfi-həyatı yazdıqda dəsti-qüdrət,
Yüzün səhifəsinə nəqş etdi yeddi-ayət.
Kirpiklərinlə qaşın, zülfin hürufidir ki,
Səbülməsanidə səhh oldu ol kitabət.