Vikimənbə:Günün mətni/may 3
Görünüş
Ey afitabi-хavəri
İmadəddin Nəsimi
Mahi-tabandır üzün, еy afitabi-хavəri,
Təl’ətindən münfəildir şəmsü mahü Müştəri.
Zöhrədir alnın, nigara, qaşların qövsi-qüzеh,
Хətti-səbzin zülfün ilə Cəbrəilin şəhpəri.
Ərşi-ə’zəmdir cəmalın, sidrə boyun, еy günəş,
Surətin cənnati-ədnin, ləblərindir kövsəri.
Müshəfi-həqdir üzün mə’ni içində biхilaf,
Zülfü qaşü kirpigindir ol kitabın хətləri.