Məzmuna keç

Vikimənbə:Günün mətni/sentyabr 1

Vikimənbə saytından

Adəmi adəm eyləyən parədir
Mirzə Ələkbər Sabir

Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,

Qoy nə əslin, nəcabətin olsun,
Nə nəcibanə halətin olsun ,
Baş ayaq eyb içində olsan da –
Tək bu aləmdə dövlətin olsun;
Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,

Olmasın fəhmin, əqlin, idrakın,
Var nə qəm, ta ki, vardır əmlakın
Atəşi-xanə suzi-millət ikən –
Hər kəsin sacdəgahıdır xakın;
Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,