Vikimənbə:Günün mətni/sentyabr 20
Görünüş
Qoyma, gəldi!
Mirzə Ələkbər Sabir
Xan dostu, amandı, qoyma, gəldi!
Didarı yamandı qoyma gəldi!
Vay, vay! Deyəsən bəşər deyil bu!
Bir şəklə uyan təhər deyil bu!
Allahs sevirsən, ər deyil bu!
Ərdodu, qabandı, qoyma, gəldi!
Didarı yamandı, qoyma, gəldi!
Ol gən ki, adaxladız, utandım,
Olandı, dediz, ərin inandım,
Ər böylə olurmuş ?! İndi qandım;
Xandostu amandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!
Qorxdum, ay aman, yarıldı bamrsm,
Bir nazik ipə sarıldı bamrsm,
Gup-gup döyünüb darıldı bamrsm,
Canım oda yandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!