Vikimənbə:Günün mətni/yanvar 25

Vikimənbə saytından

Loğmanın satılması
Seyid Əzim Şirvani

Belə derlər ki, həzrəti-Loğman
Həbəş əhliydi, ya ki ol Sudan.
Ona dəydi həvadisin xətəri,
Satdılar qul kimi o pürhünəri.
Yusif-asa o mahi-ürfani
Keyd ilə satdı fövci-ixvani.
Qul xəyal eylədi ələzzahir,
Aldı Loğmanı bir nəfər tacir.
Bir siyəhfam idi sitəbri-ləban
Leyk təlim bəxşi-biədəban.
Fəhmini gördü çünki ağası,
Oldu onun yeganə mövlası.
İmtəhan ilə bir gün ol mövla,
Dedi: - Lazımdı bir lətif ğiza-
Ki, ola həm lətif, həm şirin,
Ta tənavül qılam məni-qəmgin.