Vikimənbə:Redaktələr müharibəsi

Vikimənbə saytından

Redaktə müharibəsi — uzun zaman konsensusa gələ bilməyən istifadəçilər mətni ardıcıl olaraq öz istədikləri məzmuna qaytarırlar. Redaktə müharibəsi adətən idarəçilərdən birinin məqaləni mühafizə etməsi və ya müharibədə iştirak edən istifadəçilərdən birini və ya hər ikisini bloklamasından sonra sona çatır.

Vikimənbədə redaktə müharibəsinə cəlb edilmiş idarəçinin mətni mühafizə etməsi düzgün addım sayılmır. Bunu yalnız neytral idarəçi etməlidir. Bu zaman da yalnız bir tərəfin müdafiyə etdiyi variantın seçilməsi düzgün deyildir.